Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Türkiyə ABŞ və NATO ilə çox gərgin dövrlərini yaşayır" -HƏRBİ-SİYASİ İCMALÇI

 

"Türkiyə ABŞ və NATO ilə çox gərgin dövrlərini yaşayır" - HƏRBİ-SİYASİ İCMALÇI

Ramil Məmmədli: "Ankaranın Qərblə münasibətlərinin korlanmasından Rusiya və Çin yararlanmağa çalışır"

"Türkiyə-Rusiya yaxınlaşması heç də hər zaman Azərbaycanın dövlət müstəqilliyinin, milli təhlükəsizliyinin xeyrinə olmayıb"

Yenixeber.org: ABŞ-ın Türkiyəyə F-35 qırıcı təyyarələrini təslim etməyəcəyi ilə bağlı təhdidləri Ankaranı Milli Müharibə Təyyarələri (TFX) proqramını sürətləndirməyə vadar edib. Bununla bağlı publika.az-da gedən məlumatda deyilir ki, layihənin qısa müddətdə reallaşmasının qarşısında duran əsas maneə olan qırıcı motorların istehsalı üçün Ukrayna və İngiltərə ilə danışıqlara başlanııb. Bununla yanaşı, yeni xüsusiyyətləri olan motorların ortaq istehsalı məsələsində görüşlər aparılır. Lakin Türkiyənin Rusiya və Çindən qırıcı alması məsələsi də gündəmdən düşmür.

Belə ki, qaynaqlar F-35 təyyarələrinin alternativinin olmadığını bildirsə də, Rusiya hərəkətə keçərək Türkiyəyə təklif göndərib. Rusiya "Rosoboronexport" müdafiə sənayesi şirkətinin prezidenti Aleksandr Mixeyev Türkiyəyə qırıcı satmağa hazır olduqlarını deyib. Prezident bildirib ki, Ankara belə bir tələblə çıxış etsə, Rusiya Birləşmiş Təyyarə Şirkəti ilə ortaq şəkildə qırıcı istehsal etməyə hazırdır. Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da bu məsələdə Rusiyaya açıq qapı buraxaraq yeni qırıcılara ehtiyacları olduğunu bildirib: "F-35 olmasa, mən yenə ehtiyacım olan qırıcını almaq məcburiyyətindəyəm. Ta ki özüm istehsal edənə qədər".

Bu arada, məlumat üçün qeyd edək ki, Türkiyə 2023-cü ildən etibarən ilk yerli döyüş-qiricı təyyarəsinin istehsalına başlayacaq. Bu barədə açıqlama verən ölkənin vitse-prezidenti Fuat Oktay təyyarənin "Türkiyə Havaçılıq və Kosmos Sənayesi AŞ" (TUSAŞ) tərəfindən hazırlanacağını vurğulayıb: "2026-cı ildə təyyarəmizi göylərdə görmək mümkün olacaq, 2031-ci ildən isə təyyarə inventarına daxil ediləcək. Beləliklə, Türkiyə ABŞ, Rusiya və Çindən sonra 5-ci nəsil döyüş təyyarəsi istehsal edən ölkələr arasında yerini alacaq".

ÃÂÃÂÃÂðÃÂÃÂÃÂÃÂÃÂøÃÂýÃÂúÃÂø ÃÂÿÃÂþ ÃÂ÷ÃÂðÃÂÿÃÂÃÂÃÂþÃÂÃÂÃÂàhÃÂÃÂrbi-siyasi icmalÃÂçÃÂñ

Mövzu ilə əlaqədar mövqeyini bizimlə bölüşən hərbi-siyasi icmalçı Ramil Məmmədli bildirdi ki, Türkiyə hələ 10 il əvvəl özünün milli döyüş təyyarəsinin yaradılması ilə bağlı zəruri işlərə start verib: "Lakin bir sıra obyektiv və subyektiv səbəblər üzündən bu proses bir qədər gecikdirilib. Belə ki, Türkiyədə yaşanan siyasi çaxnaşma, o cümlədən İraq və Suriya əməliyyatları sözügedən prosesi bir az gecikdirdi. Onu da qeyd edim ki, təxminən, 2-3 il öncə ilkin prototip də nümayiş olundu. Ancaq milli döyüş təyyarəsinin yaradılması ilə bağlı prosesin hazırda hansı mərhələdə olmasına dair hər hansı bir məlumat verilmir. Ümumiyyətlə, bu təyyarənin istehsalının "Türkiyə Aerospace Industries" kompaniyasının həyata keçirməsi və yaxud da bir neçə müttəfiq şirkətlərin birgə həyata keçirdiyi haqda da bir informasiya yoxdur".

ABŞ-ın Türkiyəyə F-35 qırıcı təyyarələrini təslim etmək istəməməsinin gözlənilən olduğunu vurğulayan hərbi-siyasi icmalçı hesab edir ki, qardaş ölkə region və dünyanın super dövləti olmaq iddiasını irəli sürdükdə bu kimi problemlərlə qarşılaşacağını bilməli idi: "Bildiyiniz kimi, ABŞ tərəfindən Türkiyənin almaq istədiyi F-35 döyüş təyyarələrini verməyəcəyinə dair bəyanat səsləndilirdi. Bunun da səbəblərindən biri Rusiyadan alınması planlaşdırılan "S-400" zenit-raket kompleksi ilə bağlı məsələdir. NATO hesab edir ki, bu, alyansın regionda təhlükəsizliklə bağlı təməl prinsiplərinə zidd addımdır. Belə olan təqdirdə, ABŞ F-35 qırıcı təyyarələrinin Türkiyəyə verilməməsi ilə bağlı bəyanatla çıxış etdi. Hazırda Türkiyə tərəfindən hökumət yox, ekspertlər səviyyəsində bu məsələ ilə bağlı müəyyən fikirlər səsləndirilir, F-35-dən imtina edilməsi və alternativ təyyarənin alınmasına dair mövqe bildirilir. Nəzərinizə çatdırım ki, bu gün ABŞ-ın F-35 qırıcılarına alternativ olaraq Rusiya və Çin qırıcıları göstərilir. Onu da qeyd edim ki, hazırda Türkiyə ərazisində Çinlə birgə döyüş təyyarəsinin istehsalı ilə bağlı danışıqların getdiyi haqda fikirlər səsləndirilir. Bundan başqa, artıq bir neçə gündür ki, Rusiya mətbuatında Türkiyənin Rusiyanın yeni istehsalı olan SU-57 döyüş təyyarəsi ilə maraqlanması ilə bağlı informasiyalar yayılır. Bildirilir ki, əgər F-35 Türkiyəyə satılmasa, o zaman Ankara SU-57 almağa məcbur olacaq".

SU-57-nin yeni döyüş təyyarəsi olduğunu deyən Ramil Məmmədlinin sözlərinə görə, o, hələ Rusiyanın özündə silahlanmaya alınmayıb: "Bu səbəbdən də döyüş bacarığı və imkanları haqqında yalnız nəzəri informasiyalar var. Yəni SU-57-nin taktik döyüşdə texniki bacarığının hansı səviyyədə olmasına dair hər hansı müfəssəl məlumat, görüntü yoxdur. Ümumiyyətlə, hesab edirəm ki, artıq Türkiyə ABŞ və NATO ilə çox gərgin dövrlərini yaşayır. Bu vəziyyətdə Türkiyənin Rusiya və Çinə yaxınlaşdığını görməmək mümkün deyil. Hətta artıq münasibətlər elə bir mərhələyə gəlib çatıb ki, Türkiyə alternativ hərbi texnika almaqla bağlı qərarlar qəbul edir. Düşünürəm ki, hazırkı vəziyyətdə birmənalı şəkildə ABŞ-ı və ya Türkiyəni haqlı hesab etmək olmaz. Çünki hərəsinin özünə görə haqlı mövqeyi, fikirləri var. Təəssüf doğuran məqam odur ki, bu vəziyyətdən, yəni Türkiyənin Qərblə münasibətlərinin korlanmasından Rusiya və Çin çox yaxşı yararlanmağa çalışır. Hətta deyərdim ki, Rusiya artıq yararlanmaqdadır. Əfsus ki, bunun Azərbaycan üçün də mənfi tendensiyalarını görəcəyik. Çünki Türkiyə-Rusiya yaxınlaşması heç də hər zaman Azərbaycanın dövlət müstəqilliyinin, milli təhlükəsizliyinin xeyrinə olmayıb".("Hürriyyət")

Vazeh BƏHRAMOĞLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam