Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Türkiyə ilə ortaq şəkildə Su-57 təyyarələrini istehsal edə bilərik” -RUSİYADAN AÇIQLAMA

 

“Türkiyə ilə ortaq şəkildə Su-57 təyyarələrini istehsal edə bilərik” - RUSİYADAN AÇIQLAMA

ABŞ F-35-ləri satmayacağı təqdirdə, Ankaranın alternativi var

Yenixeber.org: Rusiyanın Dünya Silah Ticarəti Analiz Mərkəzinin müdiri və Rusiya Müdafiə Nazirinin Xalq Şurasının üzvü İqor Korotçenko ABŞ-ın F-35 təyyarələrini Türkiyəyə verməyəcəyi təqdirdə, gələcəkdə Ankara ilə Moskvanın Rusiya Su-57 təyyarəsini almaq məsələsini müzakirə edə biləcəyini və razılaşma əldə ediləcəyi təqdirdə, təyyarənin hissələrinin birgə istehsal edilə biləcəyini bildirib.

Korotçenko deyib: “İki tərəfin müdafiə sənayesi komissiyaları arasındakı ekspert çalışmaları zamanı birlikdə silah istehsalı perspektivi dəqiqləşdirilə bilər. Hazırda belə bir ehtimal var. Türkiyə S-400 alarsa, sistemlər üçün daşıyıcı çərçivə istehsal edə bilər. Türkiyədə hazırlanacaq sistemlərin Rusiya hava hücumundan müdafiə sistemləri ilə inteqrasiyası mümkündür. Elektrik təchizatı parçalarının və digər vasitələrin də istehsalı mümkündür... Bütün bunlar Türkiyənin hərbi sənayesinin müəyyən qabiliyyətlərə sahib olub-olmaması ilə bağlıdır. Türkiyənin hissələri istehsal eləməkdə hansı məsuliyyətləri nə qədər müddətdə boynuna götürə biləcəyinin razılaşdırılmasından sonra məsələ mütəxəssislər arasındakı detallı danışıqlar zamanı həll oluna bilər”.

ABD F-35 verməsə, SU-57 üçün danışıqlar aparıla bilər

Korotçenkonun fikrincə, ABŞ Türkiyəyə F-35 verməsə, əvvəlcə Su-35 satılması, ardından da beşinci nəsil Su-57 təyyarəsinin satılması məsələsi müzakirə edilə bilər. Su-57 razılaşması daxilində ortaq istehsal və Türkiyə hava sənayesi müəssisəndə təyyarəsinin yığılması həyata keçirilə bilər. Hər şey Türkiyənin ortaq layihələr həyata keçirməyi nə dərəcədə istəməsi ilə bağlıdır”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam