Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Lukaşenkonun azərbaycanlı səfirlə görüşündən sonra…” -“Rus NATO-su”nda böhran

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nizamnaməsinin dəyişdirilməsini təklif edib.

Yenixeber.org: Məlumata görə, Ermənistanın təklifi KTMT Xarici İşlər Nazirləri Şurasının mayın 22-də Bişkekdə keçiriləcək iclasında müzakirə olunacaq.

Ermənistanın “rus NATO-su”nin nizamnaməsinə təklif etdiyi düzəliş baş katibin səlahiyyətlərinin erkən dayandırılması prosedurunu müəyyən etməklə bağlıdır. Bu təklifə görə, baş katib istefaya göndəriləcəyi halda onun mandatı təyin olunmuş ölkənin digər nümayəndəsi ilə əvəz edilməlidir.

Hazırda isə KTMT-yə Rusiya nümayəndəsi Valeri Semerikov rəhbərlik edir. O, 2020-ci ilə qədər bu postda qalacaq. Bundan sonra post Belarus keçəcək. 

Ermənistandan alınan post

2017-ci ilin aprel ayından etibarən KTMT baş katibinin vəzifəsini Ermənistan nümayəndəsi Yuri Xaçaturov icra edirdi.

Təşkilatın nizamnaməsinə əsasən, baş katib üzv dövlətlərdən rotasiya baxımından əlifba sırası ilə təsdiqlənir. Xaçaturov bu prinsipdə təsdiqlənmiş ilk baş katib idi. O bu vəzifədə Rusiya nümayəndəsi Nikolay Bordyujanı əvəz etmişdi.

Lakin 2018-ci ildə Ermənistanda qiyamla hakimiyyətə gəlmiş Nikol Paşinyan hökuməti Xaçaturovu baş katib vəzifəsindən geri çəkdi. Erməni general 2008-ci il martın 1-də İrəvanda baş vermiş dinc aksiyalarda iştirak edən insanlara odlu silahlardan atəş açmaq əmrini icra etməkdə ittiham olunur.

Paşinyan hökuməti bu səbəbdən Xaçaturovu həbs edərək, barəsində cinayət işi açdı. Beləliklə, keçən ilin 30 oktyabr tarixində Yuri Xaçaturovun səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması haqqında qərar qüvvəyə minib.

Nəticə verməyən etirazlar

Xaçaturovun həbs edilməsi başda Rusiya və Belarus olmaqla, KTMT-yə üzv digər dövlətlərin etirazına səbəb oldu. Bundan sonra İrəvan Xaçaturovun başqa bir Ermənistan nümayəndəsi ilə əvəz olunmasını tələb etsə də, bu nəticə vermədi. Xaçaturovun vaxtından əvvəl uzaqlaşdırıldığı posta Rusiya nümayəndəsi Semerikov keçdi.

Rəsmi Minsk isə əlifba sırasına uyğun olaraq, dönəm rəhbərliyinin birbaşa Belarus nümayəndəsinə keçdiyini açıqladı. Ötən ilin dekabr ayında Prezident Aleksandr Lukaşenko KTMT baş katibi vəzifəsinə Belarus Təhlükəsizlik Şurasının başçısı Stanislav Zasın namizədliyini təsdiqlədi.

Qırğızıstan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Rusiya prezidentləri də Zasın namizədliyinə razılıq verdi. Ermənistanın bu qərara veto qoymaq cəhdləri isə baş tutmadı.

Küncə sıxışdırılmış İrəvan

Xaçaturovun vaxtından əvvəl baş katib postundan çıxarılmasından sonra ittifaqa üzv dövlətlər arasında qarşılıqlı münasibətlərdə gərginlik yarandı və bir sıra anlaşılmazlıqlar olduğu özünü göstərməyə başladı.

Ötən ilin noyrabrın 8-də - Yuri Xaçaturovun vəzifədən azad edilməsindən bir neçə gün sonra, Astanada KTMT-nin növbəti sammiti keçirildi.

İttifaqa üzv dövlətlərin başçıları yeni baş katibi təsdiqləməmiş, müzakirələr dekabr ayına qədər təxirə salınmış, lakin ilin sonuna qədər ölkələr bu məsələni müzakirə etməmişdilər. Ermənistanın bütün etirazları gözardı edilməklə yanaşı, yekdil qərara veto qoymaq imkanı da tanınmadı.

Lukaşenkonun azərbaycanlı səfirlə görüşü

Zirvə toplantısından bir neçə gün sonra, noyabrın 12-də Lukaşenko Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovla görüşmüşdü. Belarus başçısının bu görüşdə Nikol Paşinyanla bağlı səsləndirdiyi fikirlər İrəvan-Minsk münasibətlərində keçilməz uçurum yaratdı.

Lukaşenkonun azərbaycanlı səfirlə görüşündə Ermənistan rəhbərliyini KTMT-yə rəhbərlik edəcək gücdə olmaması ilə bağlı ittihamları İrəvanda həqarət kimi qəbul edildi.

“Paşinyan yalnız hökumət qurmaqla məşğuldur. Digər yandan isə Avrasiya İttifaqı və MTMT-yə rəhbərlik etmək istəyir. Bu, ağır məsuliyyətdir. Bunun öhdəsindən gələ biləcəkmi? İnanmıram”, - deyə Belarus başçısı bildirmişdi.

Aleksandr Lukaşenkonun Azərbaycan səfiri ilə KTMT-dəki vəziyyəti müzakirə etməsi, Ermənistanda kəskin etirazlar yaratdı.

Proses Rusiyanın Ermənistandakı hərbi bazasının çıxarılması tələbinədək inkişaf etdi. Lakin bu etirazların heç biri nəticə vermədi. Ermənistan nə vaxtından əvvəl uzaqlaşdırıldığı posta geri qaytarıldı, nə bu istiqamətə tələbləri yerinə yetirildi, nə də Rusiya Gümrüdəki bazasını çıxardı.(Teleqraf.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam