Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

İrəvanın Bakıya qarşı xam xəyalı: “Regionun İsraili olmaq...”

 

Rusiya üçün “qulpsuz çamadan”a çevrilən Ermənistanın yeni təlaşı; erməni müdafiə nazirinin Azərbaycana qarşı hədələyici bəyanatı ciddi qarşılanmır, çünki...; işğalçı qorxutmaqdan çox qorxur...

Yenixeber.org: Ermənistanın müdafiə naziri David Tonoyanın müharibə olacağı təqdirdə Azərbaycanı yeni ərazilərin işğalı ilə hədələməsi barədə məlumat vermişik. Tonoyan bundan ötrü erməni işğalçı ordusunda “hücum bölmələrinin sayını artıracağını” və ümumiyyətlə, bundan sonra “səngər taktikası deyil, hücum taktikasına üstünlük verəcəklərini” bəyan edib.

Erməni güc nazirinin bu təxribatçı açıqlamanı Azərbaycan və Ermənistan rəhbərlərinin Vyana görüşü günü verməsi xüsusi diqqət çəkib. Azərbaycanla sülhdən dəm vuran baş nazir Nikol Paşinyan öz nazirinin avantürist bəyanatına hələ ki münasibət bildirməyib. Susmaq isə razılıq əlaməti hesab edilir.

Xatırladaq ki, az öncə David Tonoyan işğal altındakı Füzuli rayonunda olarkən Azərbaycana bir qarış torpağın belə qaytarılmayacağını bəyan eləmiş, üstəlik, Dağlıq Qarabağdakı separatçı rejimin başçısı ilə Arazboyu ərazilərdə süni məskunlaşma məsələsini müzakirə eləmişdi...  

*****

Gözlənildiyi kimi, işğalçı ölkədəki radikal çevrələr və KİV Tonoyanın bəyanatını alqışlayıblar.

david tonoyan ile ilgili görsel sonucu

“Düşmən (Azərbaycan nəzərdə tutulur - red.) hərbi əməliyyatlara olan ümidlərinin mənasız olduğunu başa düşməlidir. O anlamalıdır ki, istənilən belə cəhd ona yeni ərazi itkisi hesabına başa gələcək. O, öz üzərində Demokl qılıncını hiss eləməlidir. Bu qılıncı da onun üzərində ABŞ, Rusiya, Avropa Birliyi asmalıdır”.

“Yeni Müsavat” xəbər verir ki, bu, armenianreport.com-da getmiş dünənki məqalədəndir.

“Ermənistanın və ”arsax"ın (dırnaqlar bizimdir - red.) mövcudluğunu və gələcəyini təhlükə altına qoymaq olmaz. Ancaq bundan ötrü biz dəyişməliyik. Biz Cənubi Qafqazın İsraili olmalıyıq. Bütün mənalarda. İlk növbədə də ordumuzun qüdrəti anlamında. O halda Azərbaycanda yalnız bir şeyi arzulayacaqlar: necə etməli ki, bu ölkənin ərazisi Bakının ölçüləri qədər kiçilməsin", - deyə Tonoyanın boşboğazlığından eyforiyaya düşən məqalə müəllifi qeyd edib.

Halbuki bu eyforiyanı da, erməni işğalçı ordusunun məğlubedilməzlik mifini də Azərbaycan əsgəri düz 3 il qabaq - “4 günlük” aprel müharibəsi zamanı darmadağın edib.

*****

Bu, öz yerində. Ermənistan əlbəttə ki, İsrail ola bilməz və heç vaxt olmayacaq.  Bu, xam xəyallardır. Ümumiyyətlə, Ermənistanın İsraillə bu cür müqayisəsi absurddur və düşmən ölkənin Azərbaycan torpaqlarının işğalına haqq qazandırmaq üçün beynəlxalq rəyi öz xeyrinə çaşdırmağa yönəlik növbəti hiyləsidir. Hər necə olmasa, İsrail sırf öz hesabına güclü iqtisadiyyat, demokratik siyasi sistem qurmuş, dünyaya qabaqcıl hərbi texnologiya idxalına nail olmuş dövlətdir. Doğrudur, ABŞ kimi qüdrətli müttəfiq var, ancaq İsrailin Amerikanın vassalı olduğunu söyləmək yersiz olar.

Dəfələrlə yazdığımız kimi, Rusiyanın vassalı olan, ondan iqtisadi-maliyyə, silah asılılığında inləyən və blokada rejimində çapalayan bir ölkənin demokratik inkişaf perspektivi, köklü iqtisadi və siyasi islahatlar aparıb güclü dövlətə çevrilmək şansı sıfra bərabərdir. Necə ki, Nikol Paşinyan inqilabdan sonrakı 1 ildə bu yöndə heç bir ciddi uğura nal ola bilməyib. Paşinyandan güclü vətənpərvər isə Ermənistanda yoxdur.

david tonoyan ile ilgili görsel sonucu

Yəni Nikol Paşinyan erməni toplumunun, nəhayət, acı gerçəyi anlaması, Qarabağ müharibəsində “Pirr qələbəsi” (məğlubiyyətə bərabər qələbə) əldə etdiyini dərk eləməsi üçün ən sonuncu rəhbəridir. Bunu artıq Ermənistanda  anlayanlar var.

*****

“Tonoyanın bəyanatı çox mühümdür, ancaq Ermənistan nə dərəcədə dövlət olaraq, müdafiə nazirinin təklif elədiyi yemi formulu reallaşdırmaq iqtidarındadır? Belə bir formulu həyata keçirmək üçün güclü iqtisadiyyata, çevik idarəetmə sisteminə malik dövlətin varlığı şərtdir”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözlər Qarnik Gevorkyanın 1in.am erməni portalında getmiş dünənki məqaləsindəndir.

Yəni erməni şərhçi faktiki surətdə Tonoyanın “hücum taktikası”nı xam xəyal adlandırır. Onun sonrakı fikirləri də bunu təsdiqləyir: “Ermənistan belə iddialı formulu həyata keçirmək üçün hələ ki zəruri keyfiyyətlərə malik deyil. Məxməri inqilabdan təxminən 1 il ötüb. Ancaq biz bu müddətdə iqtisadiyyatın köklü inkişafı üçün layihə və proqramlar görmürük. Dövlətin çevik və tarazlı idarəçiliyini də görmədik. Əvəzində dövləti daxildən həyat qabiliyyətli etməyən çoxsaylı səhvlərin və qüsurların şahidi olduq. David Tonoyanın bəyanatının reallaşması üçün Ermənistan böyük inkişaf tempinə malik olmalıdır. Paşinyan iqtisadi inqilabdan danışır. Ancaq bu ideya strateji və konseptual zəminə malik deyil. İqtisadi inqilab olmadan, sosial, demoqrafik sferalarda dönüş xarakterli inkişaf olmadan isə Tonoyanın bəyanatı reallaşması mümkün olmayan quru qələbə ritorikasından başqa bir şey deyil”.

*****

PaÅinyan ile ilgili görsel sonucu

Müharibəni əlbəttə ki, təkcə ordular aparmır, dövlətlər, xalqlar aparır - özünün həm də iqtisadi, insani, təbii resursları ilə birgə. Bu resursların müqayisəsi özlüyündə hər şeyi deyir. Əksər yerli və əcnəbi hərbi analitiklər əmindirlər ki, Azərbaycanla uzunmüddətli, məsələn, 4 aylıq, 1 illik müharibə aparmaq, duruş gətirmək üçün Ermənistanın yetərli hərbi, iqtisadi və insani imkanları yoxdur. Ermənistan yalnız kiçik müddətli müharibədən çıxmaq imkanındadır. Ordusuna düz-əməlli çağırışçı tapa bilməyən, əsgərini düz-əməlli qida və paltarla təmin edə bilməyən bir ölkənin qısa zamanda “regionun İsraili”nə çevrilməsi isə fantastika janrından olan ehtimaldır.

Ermənistan yalnız kiminsə əlində “regionun masa”sı, köləsi ola bilər və elə də qalır. Onun yeganə ümidi öz sahibinə - Rusiyadır. Rusiya da nə vaxtadək “qulpsuz çamadan”ı əlavə yük kimi yanında daşıyacaq ki? Bir gün mütləq bezəcək, yorulacaq...

Bir neçə gün öncə “Global Firepower” təşkilatı dünya ölkələri ordularının gücü ilə bağlı 2019-cu il üçün hazırladığı yeni hesabat açıqlayıb. Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusu kimi göstərilib. Siyahıda ordumuz gücünə görə 52-ci yeri tutub. Cənubi Qafqazın digər ölkəsi Gürcüstan 85-ci sırada qərarlaşıb, Ermənistan 96-cı yerdədir. Rəqəmlər özlüyündə çox şey deyir.

Azərbaycan beləcə, işğalçı üzərində hərbi üstünlüyünü durmadan artırır - həm xaricdən, o cümlədən İsraildən modern silahlar almaq hesabına, həm də özünün yerli sənaye kompleksini gücləndirmək sayəsində - hansı imkanlar ki, düşmən ölkədə yoxdur, gözlənilmir. Bu xüsusda o da diqqət çəkir ki, Ermənistanın “demokrat” rəhbərliyi də hərbi təchizata bağlı rusun əlinə və cibinə baxmaq zorunda qalıb.

Bir sözlə, Tonoyanın yekəxana bəyanatına düşmən ölkənin çarəsizlikdən doğan hədəsi kimi, qorxutmaqdan daha çox qorxması kimi qəbul eləmək lazım gəlir...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam