Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Ermənistanın müdafiə naziri Ohanyanı "satdı"

Ermənistanın müdafiə naziri Ohanyanı "satdı"
Ermənistanın hazırkı müdafiə naziri David Tonoyan orduda irimiqyaslı qanun pozuntuları və korrupsiya hallarından xəbərsiz olduğunu bildirib.
Yenixeber.org: Erməni KİV-ləri xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin təchiz olunması üçün dövlət sifarişlərinin icrası və ordunun hərbi-texniki ehtiyacını ödəmək adı ilə 2014-2017-ci illərdə Müdafiə Nazirliyinin bir sıra keçmiş vəzifəli şəxslərinin irimiqyaslı korrupsiya əməli ifşa olunub. Ermənistanın Dövlət Gəlirləri üzrə Komitəsinin istintaq idarəsi Müdafiə Nazirliyinin bir sıra sabiq və hazırkı yüksək vəzifəli şəxslərini istintaqa cəlb edib. Onların sırasında Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan da var.

Qeyd olunub ki, 2016-cı ilədək Ohanyanın birinci müavini olan, indiki müdafiə naziri David Tonoyan, ordudakı qalmaqallı korrupsiya işində adının hallanmaması üçün hətta korrupsiya faktlarının aşkar olunduğu sahələrin onun səlahiyyət dairəsində olmadığını deyib. “Qanun pozuntularının aşkarlandığı istiqamətlərin birinci müavinə aidiyyatı yox idi. İndi mən bu məsələləri diqqətlə izləyirəm. Xüsusi tapşırıqlar verilib, yeni nazir müavinləri təyin olunub, tezliklə nazirlikdə dövlət satınalmaları departamentinə rəis təyin ediləcək. Başlıca vəzifəmiz korrupsiya risklərinin azaldılmasıdır” – deyə Tonoyan bildirib.

Erməni KİV-ləri yazır ki, Tonoyan qanun pozuntularından agah olsa da, müdafiə naziri postunu itirməmək üçün ordudakı irimiqyaslı korrupsiya cinayətindən özünü uzaq tutmağa çalışır. Bunun üçün ən yaxşı variant özünü “xəbərsiz” kimi göstərməkdir. Erməni mediası bir məsələni xüsusilə vurğulayıb. Belə ki, Tonoyan bundan sonrakı əsas vəzifə kimi müdafiə nazirliyindəki korrupsiyanın ümumiyyətlə tam aradan qaldırılması yox, bir qədər azaldılacağını qeyd edib. Yəni Ermənistan ordusunda korrupsiyanın kökünü kəsmək mümkün olmayacaq. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam