Yenixeber.org: Bunu ermənistanlı jurnalist Ruben Gülmisaryan “Təsadüf? Ermənistanın Qətərdəki səfirliyi İsrailin Bakı üçün istehsal etdiyi PUA-lara cavabdır” adlı yeni analizində yazıb.
Qətər dövlətinin iqtisadi imkanlarına xüsusilə diqqət mərkəzinə çəkən jurnalist Ermənistanın bu əməkdaşlıqdan əldə edəcəyi faydaları da sadalayıb. Lakin səfirliyin açılması məsələsinin arxasında gizlənən əsl səbəblərə də yazısında yer verib.
Sözügedən məqaləni təqdim edirik:
“Ermənistanın Qətərdəki səfirliyinin açılması barədə qərar erməni hökumətinin iclasında təsdiq olundu. İndi bizim Fars körfəzində yerləşən kiçik əmirlikdə səfirliyimiz olacaq. O əmirlik ki, orada dünya miqyasında adambaşına düşən ən yüksək ortalama gəlir var və həmin əmirlik cəmi 2,5 milyon əhalinin yüksək həyat səviyyəsini təmin edir. Ölkə yaxşıdır, yalnız çox istidir. Yayda 50 dərəcə temperatur olur. Lakin həyat səviyyəsinin bu qədər yüksək olduğu ölkə üçün bu temperatur problem deyil. İstiliklə mübarizə mümkündür. Göründüyü kimi, ən zəngin ölkələrdə də müəyyən problemlər var.
Ermənistanın Qətərlə dostluq münasibətləri, bu ölkədəki yüksək həyat standartı və investisiya imkanları, son dövrdə artan Ermənistan-Qətər arasındakı ticarət dövriyyəsi, eləcə də Ermənistana gələn turist sayının nəzərə alınması ilə tərəflər Qətərdə səfirlik açılmasına dair razılığa gəliblər", - Ermənistan hökumətinin qətnaməsində qeyd olunub.
Əmirlik səfirliyin saxlanılması üçün lazım olan 2 milyon dollardan az vəsaitin böyük hissəsini öz öhdəsinə götürməklə cəsarətli bir jest etdi. Belə ki, Qətərdəki səfirliyinin saxlanılması üçün illik xərc 192 584 dollardır. Bu məbləğin 110 min dollarını üç il ərzində Qətər dövləti ödəyəcək. Bundan əlavə, səfirlik üçün məkan, bina və iki rəsmi avtomobil təmin ediləcək. Eyni zamanda, Qətər İrəvanda öz səfirliyini açmağa hazır olduğunu da elan edib.
Müsəlman ölkəsindən Ermənistana BÖYÜK DƏSTƏK: üç il müddətində...
Bununla belə, Qətər çətin bir coğrafi bölgədə yerləşir. O, qonşuları Səudiyyə Ərəbistanı və İran tərəfindən sıxışdırılmış bir kompleks ölkədir. İran-İraq müharibəsi dövründə Qətər İraqı dəstəklədi və Tehranla münasibətlərini pozdu. Lakin bir müddət sonra tərəflər arasında münasibətlər elə dərəcədə yaxşılaşdı ki, bu bir sıra ərəb dövlətləri ilə diplomatik əlaqələrə ara verilməsinə səbəb oldu. Qətərin Ən-Nüsra, Müsəlman Qardaşlar və hətta İslam Dövləti (İD terror təşkilatı Rusiyada və bir sıra başqa ölkələrdə qadağan edilməkdədir) kimi təşkilatlarla sıx əlaqədə olduğu iddia edilir. Eləcə də onlara maliyyə və ideoloji dəstək verdiyi bildirilir.
Əlbəttə ki, belə şəraitdə Qətərlə İsrail arasındakı diplomatik əlaqələr barədə ortada heç bir şübhəyə yer yoxdur. Çünki Qətər on il bundan əvvəl İsrail ilə ticarət missiyasına son verdi. Lakin Qətər bununla belə bəzən Təl-Əvivə qarşı müəyyən jestlər edib. Məsələn, 2013-ci ildə Yəmən yəhudilərinin İsrailə getməsi üçün kömək etdi və İsrail idmançılarının 2022-ci ildə Dünya Kubokuna (Qətərdə keçiriləcək) qatılmasına icazə verib.
Bu fonda bir sual yaranır: Təl-Əvivin istehsal etdiyi və Aprel döyüşləri zamanı erməni mövqelərini məhv edən “Kamikadze” ləqəbli “Orbiter 1K” pilotsuz təyyarəsinin Azərbaycana satılması ilə bağlı lisenziyanın yenilənməsindən dərhal sonra Ermənistanın Dohada səfirlik açması xəbərinin yayılması təsadüfdürmü?
Bəlkə də deyil. Çünki lisenziya məsələsi Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfər edəcəyi xəbəri elan edildikdən sonra ortaya atıldı (səfər fevralın sonuna planlaşdırılıb).
Paşinyan İrana gedir
Burada həmçinin xatırladıram ki, Ermənistanla Qətər arasındakı rəsmi münasibətlər 2017-ci ildə Ermənistan prezidenti Serj Sərkisyanın əmirliyə səfəri ilə başlamışdır. Bu səfər körfəz ölkələrinin Qətəri diplomatik blokadaya aldığı dövrlərdə baş tutub. Daha sonra isə xarici işlər naziri Edvard Nalbandyan Dohaya yola düşdü. Bu səfərdən bir ay sonra İsrailin regional əməkdaşlıq naziri Tsaki Aneqbi səfəri ilə İrəvanı sevindirdi. O, sonra baş nazir Karen Karapetyan, parlamentin spikeri Ara Babloyan və Edvard Nalbandyanla görüşdü. Həmin vaxt Serj Sərkisyan məzuniyyətdə idi. Buna görə də, Haneqbi ilə görüşə bilmədi. Lakin Haneqbi gələndən bir həftə sonra Sərkisyan İran prezidenti Həsən Ruhaninin inauqurasiya mərasiminə qatılmaq üzrə Tehrana səfərə hazırlaşdı və məzuniyyətini yarımçıq qoydu. Aydındır ki, İsrailli nazirlə görüş nüfuzlu ölkənin prezidentinin və Ermənistanın yaxşı qonşusunun inaqurasiya mərasiminə qatılmaqla müqayisə edilə bilməz. Bununla belə, Təl-Əvivdə İranla hər hansı əlaqələr həddən artıq qıcıq yaradır.
Və son yarım ildə baş verən hadisələrin bu ardıcıllığı onun təsadüfi olduğuna şübhə etmək üçün səbəb verir. Əlbəttə, bu barədə konkret nəticəyə gəlmək mümkün deyil. Amma səfirlik açma qərarı da özlüyündən ortaya çıxmayıb.
İsrail şirkətinin lisenziyasının bərpasından sonra Dohada erməni səfirliyinin açılması barədə məlumatın çıxması təsadüfi deyilsə, bu, Təl-Əvivə cavab ola bilər”.