Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Kreml bununla İrəvana “kiçik xəbərdarlıq” etdi

 

Ermənistan xarici və təhlükəsizlik siyasətində Rusiyanın mənafelərini nəzərə almazsa, təbii qazın qiymətində gözlənilmədən artım yaşana bilər.

Yenixeber.org: Bu sözləri politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, Paşinyan hökuməti üçün daxili siyasətin ən problemli məsələlərindən biri Ermənistanın Rusiyadan təbii qaz idxalıdır:

“Rusiya təbii qazın Ermənistana hər min kub metrini 165 dollara satacaq. Bu ötən ilki qiymətdən 15 dollar bahadır. Qiyməti Rusiya baxımından dəyərləndirsək, o qədər də baha deyil, amma Ermənistan baxımından dəyərləndirildiyində 15 dollar büdcəyə təsir edəcəyi kimi, pərəkandə satışda istehlakçılar da bahalaşmanı hiss ediləcəkdir. Ermənistanın elektrik enerjisi istehsalında təbii qazın payı 60 faizə yaxındır, bu, eyni zamanda elektrikin də qiymətinin bahalaşması deməkdir. Ermənistanda bir kub metr təbii qaz vətəndaşlara 100 dram (600 kub metr limitlə, təxminən 20 sent) limiti keçdikdə isə 135 drama satılır. 2016-cı ilə qədər Ermənistan təbii qazın hər min kub metrini kiçik istehlakçıya 210-292 dollara, böyük həcmli istehlakçıya isə 212-242 dollara satırdı. Ermənistanın illik təbii qaz idxalı təxminən 1,3-1,5 milyrad kub metrdir. Əsas tədarükçüsü Rusiya olsa da, İrandan da müəyyən miqdarda qaz alır. Amma İrandan aldığı təbii qazı birbaşa istehlakçıya satmaq haqqı yoxdur. Ermənistan bu qazdan elektrik enerjisi əldə edir və xalqa satır. Ermənistan İran ilə müqavilə bağlayarkən Rusiya müdaxilə etmiş və İrandan alınacaq təbii qazın sadəcə elektrik enerjisi istehsalında istehlakı şərtini qəbul etdirmişdi”.

Politoloqun sözlərinə görə, Rusiyanın təbii qazın qiymətini 15 dollar bahalaşdırması Ermənistan üçün kiçik bir xəbərdarlıq kimi də dəyərləndirilə bilər.(axar)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam