Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ermənilərin yeni ərazi iddiası

 

Yeni il qabağı Ermənistan parlamentinin işi xüsusilə çoxdur. Amma burda iqtisadiyyatı böhrandan necə çıxarmaq, ərzaq məhsullarının qiymətinin bahalaşması ilə necə mübarizə aparmaq, insanların iş tapmaq üçün başqa ölkələrə getməsinin qarşısını almaq üçün yeni iş yerlərinin açılması barədə məsələlərə baxılmır.

"Xeberinfo.com":  Burda söhbət başqa şeydən gedir və deputatların fikrincə, bu, daha yüksək səviyyəli məsələdir.

Məsələ bundadır ki, ermənilər bu yaxınlarda beynəlxalq təşkilatlara xahişlə müraciət ediblər ki, lavaşı bu Cənubi Qafqaz respublikasının mədəni irsi saysınlar. İndi isə parlamentin divarları arasında YUNESKO-ya Ağrı dağın (ermənilər ona uydurma Ararat adı qoyub - red.) Ermənistanın qeyri-maddi irsi sayılmasını tələb edən məktubun göndərilməsini müzakirə edirlər. 

Heç kimi də utandırmır ki, bu dağ başqa dövlətin ərazisində yerləşir. Ermənilərin bu vecinə də deyil. Dağlıq Qarabağı işğal etdilər, onu ikinci erməni dövləti adlandırırlar, Azərbaycan mahnılarını oğurlayırlar və onları öz mahnıları kimi təqdim edirlər. Onlar bu üsullarla ermənilərin çoxdan uydurduğu dənizdən dənizə Böyük Ermənistan yalanını qəbul etdirmək istəyirlər. Yeri gəlmişkən, bu heç zaman olmamış dövlətin uydurma xəritəsi İrəvanın etnoqrafik muzeyində nümayiş etdirilir. 

Ekspertlərin hesabatına görə, Ermənistanın əsas müttəfiqi olan Rusiyada bu gün öz respublikalarındakından çox erməni yaşayır. Atalar demişkən, divarda asılmış tüfəng gec-tez atəş açacaq. Yəni çox tezliklə parlament Rusiyanın bir sıra şəhərlərinin Ermənistana birləşdirilməsi barədə məsələ qaldıra bilər. Həmin şəhərlərdə indi ermənilərin sayı yerli əhalini üstələyir. Deyirlər, iştah diş altındadır. Erməni siyasətçilərin tamahı həmişə göz çıxarıb. Xüsusilə də başqasına məxsus olanlarla bağlı. Ağrı dağa gəldikdə isə, o, həmişə Türkiyə ərazisində olub və olacaq - heç bir erməni mədəni irsinə dəxli olmadan. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam