Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Britaniyanı parçalamaq istəyirlər” -Tereza Mey

 

“Britaniyanı parçalamaq istəyirlər” - Tereza Mey
Böyük Britaniya Avropa İttifaqından sazişsiz ayrılmayacaq.

 Yenixeber.org: "Reuters” xəbər verir ki, bunu Britaniyanın baş naziri Tereza Mey uğursuzluğa düçar olmuş “Brexit” sazişinə alternativ “B planı”nı parlamentə təqdim edərkən deyib.
Onun sözlərinə görə, Aİ-dən heç bir saziş olmadan çıxmaq yenidən referendumun keçirilməsi deməkdir. Bu isə, Britaniyanı zəiflətmək və cəmiyyəti parçalamaq istəyənlərin xeyrinə işləyəcək.

“Sazişsiz ayrılma variantı o vaxt masadan götürülə bilər ki, ya İttifaq nizamnaməsinin 50-ci maddəsi ləğv edilsin – bu, “Brexit” referendumunun nəticələrinin də ləğv edilməsi deməkdir və Britaniya hökuməti buna getməyəcək, çünki ikinci referendumun keçirilməsi Britaniya cəmiyyətində birliyi pozacaq və demokratiyaya inamı sarsıdacaq - ya da ki, Aİ-dan sazişlə çıxılsın və bizim uğrunda çalışdığımız məhz budur. Sazişlə bağlı başlıca problem İrlandiya ilə sərhəd məsələsidir və biz bunun həllini tapmaq üzərində ciddi işləyirik”, – deyə Mey vurğulayıb.

Qeyd edək ki, ötən gün Meyin parlamentə təqdim etdiyi alternativ “B planı” demək olar ki, daha əvvəlki “Brexit” sazişinin eynisidir. “B planı”nda fərqli olan bənd yalnız, ayrılmadan sonra Böyük Britaniyada qalmaq və tibbi sığorta ilə təhsilə çıxış əldə etmək istəyən Aİ vətəndaşları üçün 65 funt məbləğində yığımların ləğvi ilə bağlı təklifdir. Bu təklifi hətta Meyin ən qatı əleyhdarı, müxalif Leyboristlər partiyasının lideri Ceremi Korbin müsbət qarşılayıb.

“B planı”nın parlamentdə müzakirəsi və sənədlə bağlı səsvermə isə 29 yanvarda keçiriləcək. Daha sonra Mey nəticələri Aİ-yə təqdim etməli və Brüssel də öz növbəsində “B planı”nı təsdiq etməlidir. Lakin ekspertlərə görə, mübahisəli məsələlərin hələ də həllini tapmadığı nəzərə alınsa, yeni sənədin Britaniyaparlamenti və Aİ tərəfindən təsdiqlənməsi çətin olacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam