Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Britaniya ikinci dəfə “Brexit” referendumu keçirəcək

 

Britaniya ikinci dəfə “Brexit” referendumu keçirəcək
Əgər baş nazir Tereza Meyin “Brexit”lə üzrə planı rədd edilsə, Böyük Britaniya Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı ikinci dəfə referenduma gedə bilər. 
 Yenixeber.org: Bu barədə “Sky News”a Britaniya maliyyə Nazirliyinin maliyyə katibi, ölkənin baş xəzinədarı Mel Strid bildirib. 

“Partiyanın sağ qolu – “Brexit” tərəfdarları Meyin Aİ ilə üzərində işlədiyi planı səs çoxluğu qazanmazsa çox narahat olacaqlar. Çünki belə vəziyyətdə biz ikinci dəfə referendum keçirə və onun nəticəsinə uyğun olaraq ümumiyyətlə Aİ-nı tərk etməyə bilərik. Bunun baş vermə riski olduqca böyükdür.” – deyə, Strid bildirib. 

Qeyd edək ki, “Brexit” üzrə Londonun Aİ ilə apardığı danışıqların yekununda əldə olanacaq razılaşmaya dair referendum keçirilməsi üçün baş nazir Tereza Meyə çağırış edilən “Final Say” petisiyası artıq 811 mindən çox imza toplayıb. Petisiyanın təşəbbüskarı “Independent” qəzetinin əməkdaşı Kristian Broutondur. 

Xatırladaq ki, “Brexit” üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük Britaniyanın Aİ-dan çıxmasının lehinə səs verib. “Brexit” prosesi rəsmən 2019-cu lin 29 martında başa çatacaq və Britaniya ilə Aİ 2020-ci ilin 31 dekabrınadək keçid dövrünə qədəm qoyacaq. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam