Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

"Brexit” ləğv oluna bilər? –Avrokomissardan ilginc açıqlama

 

“Brexit” ləğv oluna bilər? – Avrokomissardan ilginc açıqlama
Nəzəri olaraq, Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması üçün keçirilən səsvermənin nəticələri ləğv edilə bilər.
 Yenixeber.org: "Reuters” xəbər verir ki, bu barədə Aİ-nın iqtisadi və maliyyə məsələləri üzrə komissarı Pyer Moskoviç britaniyalı milyonçu Culian Cankertonun qərarını şərh edərkən deyib.

“Superdry” brendinin həmtəsisçisi, britaniyalı milyonçu Culian CankertonBritaniyanın Aİ-dan çıxması üçün hazırlanan razılaşmanın şərtləri barədə bütün ölkə əhalisinin müxtəlif təbəqələrinin fikri və mövqeyinin öyrənilməsi üçün “People's Vote” (Xalqın səsi) ictimai birliyinə bir milyon funt-sterlinq verməyi qərara alıb. Bu mənada, jurnalistlərin ““Brexit” üzrə səsvermənin nəticələrini dəyişmək mümkündürmü?” sualına cavab olaraq, avrokomissar bildirib ki, “Nəzəri cəhətdən bəli... Amma bu, Aİ-dan çıxmaq qərarı verən ingilislərin özlərindən asılıdır”.

Lakin Pyer Moskoviçin fikrincə, “Brexit”in baş tutma ehtimalı çox yüksəkdir, çünki bununla bağlı referendum keçirilib.

Qeyd edək ki, “Brexit” üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük Britaniyanın Aİ-dan çıxmasının lehinə səs verib. “Brexit” prosesi rəsmən 2019-cu lin 29 martında başa çatacaq və Britaniya ilə Aİ 2020-ci ilin 31 dekabrınadək keçid dövrünə qədəm qoyacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam