Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

İrana qarşı ağırlaşan sanksiyaların 20 günü - Azərbaycana hansı təsirlər var?

 

Ekspertlərə görə, sanksiyalar iki ölkə münasibətlərinə təsirsiz ötüşməyəcək

Yenixeber.org: İrana qarşı daha ağır sanksiyaların qüvvəyə minməsindən  20 gün ötdü. Bu günlər ərzində sərt sanksiyaların cənub qonşumuza, ən əsası, ölkəmizə təsirlərinin olub-olmadığı istiqamətində ekspertlərin rəyləri müxtəlifdir. Ölkələrarası ticarət dövriyyəsinin 20 gün ərzində necə olduğu barədə də fərqli fikirlər səslənir.

Ötən həftəsonu isə Azərbaycanın İrana vəd elədiyi 500 milyon dollar kreditin ertələnə biləcəyi barədə iqtisadiyyat naziri Şahin Mustafayev anons verdi. Rəsmi Bakının ABŞ-la ehtiyatlı siyasətə üstünlük verdiyi üçün kredit verməyi təxirə saldığı bildirilir. Bundan sonra Azərbaycanın ənənəvi olaraq yürütdüyü balanslı siyasətə sadiq qalacağı qeyd olunur. Bu xüsusda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin taleyinin sanksiyalar dövründə necə olacağı da müzakirələr sırasındadır.

Elxan ÅahinoÄlu ile ilgili görsel sonucu

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ABŞ-ın İrana qarşı sanksiyalarının var gücü ilə işlədiyini söylədi: “İranda iqtisadi çətinliklər var. Elə Vaşinqtonun da məqsədi budur ki, İranın iqtisadi və sosial durumu ağırlaşsın ki, Tehran Suriya, Livan, Yəmən və digər dövlətlərdəki tərəfdarlarına ciddi dəstək verə bilməsin. Ancaq Tehranın bu siyasətdən asanlıqla əl çəkəcəyini düşünmürəm. Tehran bir çox dövlətdəki silahlı qruplaşmaları məhz ona görə dəstəkləyir ki, ABŞ və Səudiyyə Ərəbistanı öz maraqlarını İran sərhədinə yaxınlaşdıra bilməsinlər. Bu mübarizədə kimin qalib gələcəyini yaxın aylar və ya illər göstərəcək. Tehranda ona ümid edirlər ki, bir gün Donald Trampın yerinə başqası ABŞ prezidenti seçiləcək və o keçmiş prezident Barak Obamanın siyasətinə qayıdacaq. Məsələn, bu gün ABŞ-ın prezidenti Hillari Klinton olsaydı, o, Obamanın xarici siyasətini davam etdirəcək və İranla nüvə razılaşmasına riayət edəcək, sanksiyalar da olmayacaqdı. Tramp Administrasiyası İran mövzusunda Azərbaycana təzyiq etmir. Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Bakıya səfəri zamanı rəsmilərimizə demişdi. Buna baxmayaraq, Azərbaycanın İrana verməyə planlaşdırdığı 500 milyon dollarlıq kredit məsələsində qeyri-müəyyənlik yaranıb. Məsələn, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev noyabrın 23-də keçirdiyi mətbuat konfransında belə bir fikir işlətdi: ”Mövcud beynəlxalq siyasi vəziyyətdən xəbərdarsınız. Bu səbəbdən də bu yolun tikintisi ilə bağlı danışıqlar, müzakirələr hələ davam etdirilir". Böyük ehtimalla bu fikir İranla əlaqədar işlənib. Mən nazirin bu cümləsini belə anladım ki, Azərbaycanın İrana verməyi planlaşdırdığı 500 milyon dollar kredit hazırki şərtlər daxilində bir az ləngidə bilər. Hazırki şərtlərin sanksiyalarla əlaqəli olduğunu bilməyən yoxdur. Əgər Azərbaycan həmin krediti İrana birbaşa verməkdə çətinlik çəkirsə, ABŞ beynəlxalq bank sistemində İrana pul köçürmələrinə nəzarət edirsə, həmin maliyyə vəsaitinin üçüncü dövlət vasitəsilə də İrana çatdırılması mümkündür. Fikrimcə, bu varianta ABŞ-da etiraz etməz. Vaşinqton Tehrana qarşı sanksiyalar tətbiq etsə də, Rəşt-Astara dəmiryolunun tikintisi Amerikanın regional maraqlarına zidd deyil. Başlıcası odur ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi üçün Azərbaycan öz ərazisində dəmiryolunu inşa edib, Yalama istiqamətində dəmiryolu infrastrukturu yenilənib, Astaraya qədər olan yolda işlər yekunlaşıb. İran tərəfi isə öz ərazisində Qəzvin-Rəşt dəmiryolu xəttinin tikintisini demək olar ki, başa çatdırıb. Yəni “Şimal-Cənub” dəhlizi işlək vəziyyətdədir. Yetər ki, sanksiyalar dövründə dövlətlər İranla və İran üzərindən daşımaçılığı artırmağa həvəsli olsunlar".

Natiq CÉfÉrli ile ilgili görsel sonucu

İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, sanksiyalar İranın digər dövlətlərlə iqtisadi münasibətlərinə ciddi təsir edir:“Burada əsas məsələlərdən biri enerji və neft sektorunda sanksiyaların tətbiq edilməməsi oldu ki, bununla 8 ölkəyə İrandan neft almağa və enerji məsələsində əməkdaşlıq etmək üçün keçid dövrü tanındı. Burada Amerika ümid edir ki, İranla 6 ay ərzində anlaşma mümkün olacaq və ümumi bir məxrəcə gəlmək mümkündür. İranda bank sistemində ciddi problemlər var. 50 bankın beynəlxalq sistemdən ayrılması məsələsi gündəmə gəlib. İran banklarına və maliyyə qurumlarına ciddi sanksiyalar tətbiq olunacaq. Artıq bu proses başlayıb. Bu baxımdan sanksiyaların İrana təsirləri ciddidir. Azərbaycan-İran münasibətlərinə gəlincə, ticarət dövriyyəsi əsasən, sərhədyani ticarətdən ibarət idi. Böyük müqavilələr iki istiqamətdən həyata keçirilirdi. ”Cənub-Şimal" dəmir yolu dəhlizinin tikintisi və istifadəyə verilməsi və digər məsələ isə Azərbaycan ərazisində İranın iştirakı ilə dərman zavodunun açılması idi. Bununla bağlı ilkin razılaşmalar və protokollar var idi. “Cənub-Şimal” dəmiryolu dəhlizində gözlənildiyi kimi, ciddi problemlər yaşandı. Azərbaycanın 500 milyonluq krediti ertələməsi də bunun sübutudur. Rəsmi Bakı bu işi görsəydi, ABŞ tərəfindən ciddi sanksiyalarla üzləşə bilərdi. Ona görə də çox ehtiyatlı bir mövqe tutuldu. Con Boltonun səfərindən sonra bu mövqe daha da dəqiqləşdi. Azərbaycan hələ ki bu layihədən bir qədər kənarda qalmağa üstünlük verib. Digər layihələrlə bağlı hələ ki konkret qərarlar qəbul olunmayıb. Amma böyük ehtimal ki, nəzərdə tutulan dərman istehsalı da dayandırılacaq.

Neftçaladakı avtomobil zavodu ilə bağlı da gələcəkdə, ola bilsin ki, müəyyən problemlər yaşansın. Burada İrandan gətirilən ehtiyat hissələrinin orada yığılması prosesi baş verirdi. Burada axsamaların ola biləcəyi ehtimalları böyük görünür. Ümumilikdə, İran sanksiyaları böyük həcmdə Azərbaycan iqtisadiyyatına təsir etmir. Çünki Rusiya və Avropa Birliyinə baxdıqda ticarət dövriyyəsi o qədər də böyük deyil. Amma hər halda bəzi layihələr gecikdirilə, bu da Azərbaycan iqtisadiyyatına müəyyən dərəcədə təsirlər edə bilər. Ən böyük təsirlərdən biri dolayı təsirlərdir. İranın iş adamlarının mövcud durumla əlaqədar pullarını Azərbaycana gətirib, yerli məzənnəyə uyğun şəkildə əvvəl manata, sonra da dollara çevirib ölkədən çıxarmaq istəkləri artıb. İş adamlarının məhsullarını ölkəmizə gətirmək istəklərinin də artacağı reallıqdır. Bu baxımdan valyuta bazarımıza müəyyən təsirlər ola bilər. Bütün bunları ümumiləşdirib deyə bilərik ki, tətbiq olunan sanksiyalar Azərbaycan-İran münasibətlərinə təsirsiz ötüşməyəcək. “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin bundan sonra necə olacağına gəlincə, hər şey Amerika-İran münasibətlərindən asılı olacaq. Düşünmürəm ki, sanksiyalar fonunda Azərbaycan risk edib nəqliyyat dəhlizinin maliyyələşdirilməsində iştirak etsin. Bu az məbləğ də deyil, yarım milyard dollarlıq məbləğdən söhbət gedir. ABŞ-İran münasibətləri düzəlməyənə qədər bu layihə kənarda saxlanılacaq".(müsavat)

Cavanşir ABBASLI


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam