Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

İrəvan Kremlin qəzəbində - Moskvadan daha bir təpki

 

Rusiya ombudsmanı Ermənistanı rus dilini və rus dilliləri sıxışdırmaqda ittiham etdi; Kremlin “düyməyə” basacağı gün uzaqda deyil, çünki...

Yenixeber.org: ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona, o cümlədən Ermənistana səfəri, İrəvanda bəyan elədiyi fikirlər və həmin fikirlərə erməni rəsmilərinin ehtiyatsız reaksiyaları hələ də müzakirə mövzusudur. Sanki cənab Bolton “arı yuvasına” çöp dürtdü və getdi. Xüsusən də Ermənistan rəhbərliyinin səfərlə bağlı ikibaşlı açıqlamaları, belə görünür ki, ən çox Rusiyanı məmnun etməyib.

Xatırladaq ki, Bolton İrəvanda Ermənistan rəhbərliyinə Rusiya təsirindən uzaqlaşmağı, Türkiyə ilə sərhədlərin açılması üçün seçkilərdən sonra Qarabağ probleminin həllində real addımlar atmağı və Amerika silahları almağı təklif edib. Baş nazir əvəzi Nikol Pşainyan isə Rusiyanı qıcıqlandıracaq tərzdə bəyan etmişdi ki, “silahlanma məsələsində Ermənistan üçün hansısa məhdudiyyət yoxdur”. Yəni Paşinyan işarə vurmuşdu ki, işğalçı ölkə ABŞ-dan da silah ala bilər. Hərçənd buna onun maliyyə resursları yox səviyyəsindədir.

Düzdür, bundan dərhal sonra müdafiə naziri əvəzi David Tonoyan vəziyyətin ciddiliyini nəzərə alaraq, Paşinyanı “təmizə çıxarmaq” və Rusiyanı sakitləşdirmək üçün bildirdi ki, Ermənistanın Rusiya silahlarından savayı başqa ölkələrin silahına ehtiyac yoxdur. Ancaq iş-işdən keçmiş, Moskvanın dalağı artıq sancmışdı. İndi tam dəqiqdir ki, Putin Paşinyan iqtidarına etibar eləmir.

*****

Bu təhlükəni anlayan erməni rəsmiləri son günlər yenidən Moskvanın qayğılarını azaltmaq və onu sakitləşdirmək üçün səylər göstərirlər. Onlardan biri də Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyandır.

Con Bolton ile ilgili görsel sonucu

“Biz tarixi yaddaşa hörmət edərək yeni Ermənistan qururuq. Bizim xarici siyasətimizdə ölkəmizi geosiyasi döyüşlərin və ya geosiyasi rəqabətin arenasına çevirmək barədə heç bir göstəriş yoxdur”. Bu sözləri erməni səfir deyib (teleqraf.com). O, ABŞ prezidentinin müşaviri Con Boltonun “Ermənistan tarixi ənənədən imtina etməlidir” fikrini də şərh edib.

Sitat: “ABŞ prezidentinin müşavirinin nə dediyini başa düşmürük. Bütün millətlər kimi ermənilər də reallığın tarixi hissəsində öz gələcəyini qurub. Mənim fikrimcə, tarixə hörmət etmək lazımdır. Buna baxmayaraq, uzun müsahibəsində cənab Bolton Ermənistan-Türkiyə sərhədinin açılması ehtimalı haqqında danışdı, güman ki, Ermənistan-Türkiyə münasibətləri ilə əlaqədar fikirlərini tarixi keçmişlə əsaslandırır. Rusiyalılarla əlaqələrimizdən danışarkən, nəzərə almaq lazımdır ki, bizim ortaq keçmişə bağlı olan bir neçə əsrlik mənəvi və mədəni əlaqələr tariximiz var. Strateji tərəfdaşlıq səviyyəsindəki hərbi-siyasi, mənəvi və mədəni sahələrdəki əlaqələrimizi də nəzərə alsaq, bizim qurduğumuz xarici siyasətin istiqamətini görmək o qədər də çətin olmamalıdır”.

Vardan Toqanyan ardınca Ermənistanın xarici siyasət istiqamətində Rusiyanın yerini dəyişdirməyəcəyini vurğulayıb və əlavə edib ki, “Ermənistan üçün Rusiya ilə strateji münasibətlər toxunulmazdır”. Ancaq söz ayrı, əməl ayrı. Bu gün Ermənistanda yaşanan ictimai-siyasi ovqat, hakimiyyətin də körüklədiyi anti-Rusiya isteriyası ayrı mətləblərdən xəbər verir.  

*****

Tatyana Moskalkova ile ilgili görsel sonucu

Gerçək belədir ki, Rusiyanın Ermənistanın hazırkı qərbyönlü rəhbərliyindən narazılığı qalır və artmaqdadır. Bu da növbəti fakt: Rusiyanın insan haqları üzrə müvəkkili (ombudsman) Tatyana Moskalkova dünən bir sıra xarici ölkələrdə, o cümlədən Ermənistanda rus dilinin sıxışdırıldığını bəyan edib.

“Yeni Müsavat”ı “RİA-Novosti”yə istinadən verdiyi məlumata görə, ombudsman deyib: “Bir sıra dövlətlərdə rus dilinin öyrənilməsinin yasaqlanması böyük problemlər yaradır və bu, rus dilində danışanların hüquqlarının kobud şəkildə pozulması deməkdir. Bunlar Baltikyanı dövlətlər, Ermənistan, Qırğızıstan və digər ölkələrdir. Orada insanları öz uşaqlarını rus dilində təhsil almaqdan məhrum edirlər”.

Qeyd edək ki, Rusiyadan Ermənistanın ünvanına bu kimi narazılıqlar indiyədək adətən qeyri-rəsmi səviyyədə səslənirdi. Ancaq artıq Moskvadan rəsmi şəxslərin təpkiləri gəlməyə başlayıb. Ermənistanda isə xüsusən də “məxməri inqilab”dan sonra rus dilinin, bütövlükdə rus təsirini azaltmaq üçün məqsədyönlü iş aparılır. Bunu heç gizlətmirlər də.

Kreml ile ilgili görsel sonucu

Məsələn, ölkənin yeni təhsil və elm naziri Araik Arutunyan vəzifəsinə keçər-keçməz açıq şəkildə bəyan edib ki, rus dilində yazışmalar qəbul edilməyəcək. Az sonra  İrəvandakı Rus Dram Teatrının qapadılacağı xəbəri yayıldı. Halbuki Azərbaycanda belə bir problem yoxdur. Əksinə, burada rus dilinin işlənmə dairəsi genişlənib. Rus məktəblərinə də təhlükə yoxdur. Hərçənd, Rusiya bizim yox, işğalçı ölkənin hərbi-siyasi müttəfiqidir.

Məsələ də ondadır ki, bütün bu neqativ proseslər  Ermənistanın yeganə varlıq qarantı olan Rusiyada diqqətlə izlənir. Kremlin “səbir kasası”nın getdikcə dolduğunu da söyləmək olar. Ancaq belə görünür ki, Moskva “düyməyə” basmaq üçün erkən parlament seçkilərinin yekununu gözləyəcək.

İstənilən halda, “düyməyə” mütləq basılacaq. Çünki söhbət təkcə Rusiya mədəni faktorunun, rus dilinin Ermənistanda sıxışdırılmasından yox, bütövlükdə Rusiya amilini, Rusiyanın özünü ölkədən sıxışdırıb çıxarmaqdan gedir. Nikol Paşinyan iqtidarının əsas hədəfinin də işğalçı ölkəni tədricən Rusiyadan uzaqlaşmaq olduğuna indi az adam şübhə edir...(müsavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam