Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ABŞ və Rusiya Ermənistanı sıxır- işğalçı “çəkic və zindan” arasında

 

Hər iki qlobal güc İrəvandan narazıdır; Nikol Paşinyan üçün seçkisonrası qəliz tənlik; işğalçı bataqlıq effekti yaşayır: tərpəndikcə daha dərinə gedir; ekspertlərdən xəbərdarlıqlar gəldi...

Yenixeber.org: ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Rusiyaya və regiona səfəri hələ də siyasi çevrələrdə müzakirə mövzusudur. Aydın olur ki, səfərdə daha bir məqsəd işğalçı Ermənistanla onun 1 nömrəli müttəfiqi Rusiya arasında münasibətlərdə etimadsızlıq və soyuqluq yaratmaq olub. Belə görünür, bu məqsədə müəyyən mənada nail də olunub.

Məsələ ondadır ki, Bolton inqilab nəticəsində Ermənistan rəhbərliyinə heç də rusofil qüvvələrin gəlmədiyini yaxşı bilirdi. Öz komandasını müstəsna olaraq, qərbyönlü, “Amerika uşaqları”ndan quran Nikol Paşinyanın da daxilən Rusiyaya simpatiya bəsləmədiyinin fərqində idi - baxmayaraq ki, Paşinyan obyektiv reallıqların diktəsi ilə hələ ki Moskvaya sədaqət göstərir.

Ancaq siyasətdə heç vaxt “heç vaxt” demək olmaz. Xüsusən də erkən parlament seçkilərindən sonra, öz hakimiyyətini legitimləşdirdib möhkəmlədəndən sonra Paşinyanın hansı xarici siyasət kursunu tərcih edəcəyi bəlli deyil. Bunu isə həm Moskvada, həm də okeanın o tayında fərq edirlər. Təsadüfi deyil ki, Bolton İrəvanda olarkən Ermənistana, onun hazırkı rəhbərinə məhz seçkisonrasına hesablanmış aydın mesajlar verdi. O sırada o, Rusiya asılılığından və Rusiya silahlarından qurtulmaq, qonşu Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq üçün Qarabağ problemini çözməyi təklif elədi, seçkilərdən sonra bu yöndə Paşinyanın real addım atacağına ümid ifadə elədi.

Boltonun bakı ile ilgili görsel sonucu

Gözlənildiyi kimi, Boltonun niyyətini yaxşı anlayan rəsmi Moskva, Rusiya XİN-i bu mesajlara sərt reaksiya verdi, hətta ABŞ-ı “Ermənistanın daxili işlərinə müdaxilədə” suçladı. Amma qatar artıq gedib. Bolton sözünü dedi və ölkəsinə qayıtdı. Onun sözlərinin bir anlamı da o idi ki, İrəvan Kremlin orbitindən uzaqlaşmayınca ciddi Amerika yardımlarına ümid edə bilməz. Boltonun səfəri ərəfəsində isə N.Paşinyan ABŞ-dan narazılıq eləmişdi ki, Vaşinqton inqilabdan sonra Ermənistana ciddi maraq göstərmir.

Bu diqqətsizliyin səbəbi deyildi artıq: ABŞ da Paşinyandan narazıdır. Ondan ciddi gözləntiləri var, ələlxüsus da Rusiyadan dolayı. Məsələn, məlumatlara görə, Con Bolton Ermənistandan olan ekspertlər və politoloqlarla görüşü zamanı Ermənistanın Rusiyanın bayrağı altında Suriyaya humanitar missiya göndərmək istəməsindən də narazı olduğunu dilə gətirib. Bunu “İravunk” erməni qəzeti yazıb.

“Bolton görüş zamanı Suriyaya göndəriləcək missiyanın humanitar yox, hərbi xarakter daşıyacağı halda hər şeyin pis olacağı ilə bağlı eyham vurub. O, həmçinin Rusiyada görüşləri zamanı bu təşəbbüsün Ermənistandan gəldiyinə dair məlumatlar əldə etdiyini bildirib. Bizim mənbələrimiz isə hazırda humanitar missiya məsələsinin Müdafiə Nazirliyində ciddi müzakirə olunduğunu qeyd ediblər”, - deyə mənbə təlaşla qeyd edib.

Kreml ile ilgili görsel sonucu

*****

Beləliklə, seçkilərdən sonra erməni baş nazir əvəzi Paşinyanı həqiqətən çox qəliz bir tənliyin həlli gözləyir. Çünki ikinci qlobal güc - Rusiya da Paşinyandan ciddi narazıdır və bu narazılıq böyüyür. Düşmən ölkə indi sanki “çəkic” (ABŞ) və “zindan” (Rusiya) arasında qalıb.

 

“Etiraf etməliyik ki, Ermənistandakı anti-Rusiya tendensiyası getdikcə güclənməkdədir”. Axar.az xəbər verir ki, bu sözləri tanınmış rusiyalı ekspert Qriqori Triomfçuk jurnalistlərə açıqlaması zamanı deyib. Onun sözlərinə görə, aprel ayından başlayaraq, çoxsaylı erməni fəalı öz adlarını gizlətmədən, açıq mətnlə öz vətəndaşlarını rus təşkilatları ilə əməkdaşlıqda və qrant və s. vasitəsilə pul almaqda ittiham edirlər.

“Aydındır ki, erməni fəallar bunun üçün hamının başa düşə biləcəyi sadə əsaslara istinad edirlər: Sərkisyan dövrünün məmurları birbaşa Moskva ilə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əlaqələndirilir və bu təşkilatın Ermənistanı qoruyacağına şübhə ilə yanaşırlar”, - ekspert bildirib.

Ä°lgili resim

Onun sözlərinə görə, müşahidəçilər postsovet məkanındakı bütün çevrilişlərin yerli millətçilik və rus mədəniyyəti, dili ilə mübarizəyə çevrildiyi fikrində həmrəydirlər: “Ermənistan hazırda bu istiqamətdə hərəkətə yenicə başlayıb. Rus Dram Teatrı ilə bağlı məlum vəziyyət bu barədə çox şeyi deyir. Mən deyərdim ki, teatrın taleyi burada sözün əsl mənasında faciəyə çevrilir. Rus Teatrının bağlanmasının vacibliyi ilə bağlı aşkar tələblər eşidilən bugünkü Ermənistanda bu çağırışları edənlər arasında həmən teatrın bədii rəhbəri vəzifəsinə namizəd də var ki, bu da xarakterik haldır”.

Politoloqa görə, İrəvandakı Rus Dram Teatrı hazırda mədəniyyətin deyil, siyasətin stimuluna çevrilib. “Bununla yanaşı, teatrın hələ də öz həllini tapmayan iqtisadi və maliyyə məsələləri siyasətdən daha tez öz işini görə bilər”, - deyə rusiyalı politoloq əlavə edib.

*****

Qeyd edək ki, inqilabdan sonra Ermənistanda Rusiyaya bağlı mənəvi dəyərlərə əməlli-başlı hücum başlayıb, rus dili sıxışdırılmağa başlayıb və s. Ən əsası, ölkənin siyasi-hərbi rəhbərliyində Rusiyaya bağlı bütün kadrlar, o cümlədən generallar (Silahlı Qüvvələrin Baş Qərargah rəisi Akop Movsesyan və başqaları) dərhal vəzifələrindən uzaqlaşdırılıb. Hərçənd Paşinyan Putinə dostluq nəğmələri oxumaqda davam edir.

Bəs bu nəğmələrin faydası olacaqmı? Bir şey dəqiqidir ki, işğalçı ölkə 6 aydır bataqlıq effekti yaşayır: tərpəndikcə daha dərinə gedir...(müsavat)      


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam