Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiya ABŞ-ı Ermənistanın daxili işlərinə qarışmaqda ittiham etdi

Rusiya XİN ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonun Yerevana səfəri zamanı verdiyi bəyanatı “saymazyanalıq” adlandırıb. Siyasətçi Ermənistanı Moskva ilə dostluğa son qoymağa çağırıb və Amerika silahlarını reklam edib.

Yenixeber.org: RİA “Novosti” xəbər verir ki, Rusiyanın xarici siyasət idarəsində Boltonun sözlərini daha öncə ABŞ-ın Yerevandakı səfiri Riçard Millsin bəyanatı ilə müqayisə ediblər. O zaman Mills bildirmişdi ki, Vaşinqton Ermənistanda müəyyən qrupları məqsədyönlü və davamlı olaraq dəstəkləyir. O, həmçinin “vətəndaş cəmiyyətinin və KİV-in” möhkəmlənməsi üçün ölkəyə 26 milyon dollar yardım ediləcəyini də qeyd edib.

“Belə görünə bilərdi ki, daxili işlərə qarışmaqdan seçilməyən daha böyük saymazyanalıq ola bilməz. Lakin məlum oldu ki, belə deyil”, - XİN-də vurğulayıblar.

Qeyd olunur ki, Bolton “Ermənistandan beynəlxalq münasibətlərdə “tarixi şablon”lardan uzaqlaşmağı tələb edib” və heç də gizlətməyib ki, söhbət Rusiya ilə ənənəvi dostluqdan gedir.

“O, həmçinin bəyan edib ki, parlament seçkilərindən sonra Paşinyandan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə təşəbbüskar addımlar gözləyir. Təbii ki, bununla birlikdə Ermənistanın Rusiya silahının əvəzinə Amerika silahını almasının vacibliyini bildirib”, - idarədən bildirilib.

Xatırladaq ki, ötən həftə Yerevana səfəri çərçivəsində Bolton Amerika silahlarının “istənilən halda Rusiya silahlarından daha yaxşı olması” barədə fikir səsləndirib.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam