Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Türkiyədə İrəvanla bağlı MÜHÜM ADDIM: qardaş ölkənin susqunluğu pozuldu - FOTO

  Türkiyənin Manisa şəhərində yerləşən Cəlal Bayar Universitetində “İrəvan xanlığı və İrəvanın itirilməsi” mövzusunda elmi konfrans keçirilib.

 

Yenixeber.org: İstanbul Azərbaycan Kültür Evinin təşkilatçılığı ilə baş tutan tədbirdə professor Ədalət Tahirzadə, dosent Əziz Ələkbərli və tədqiqatçı-jurnalist Dilqəm Əhməd çıxış ediblər. Tədbirə universitetin rektoru professor A.Kamal Çələbi, rektor müavini professor Müzəffər Tepekaya, universitetin müəllim və tələbə kollektivi, Manisa Azərbaycan Kültür Dayanışma Dərnəyinin idarə heyəti qatılıb. Konfransı giriş sözü ilə açan İstanbul Azərbaycan Kültür Evinin başqanı Hikmət Elp İrəvan xanlığı, İrəvanın itirilməsi ilə bağlı Türkiyədəki susqunluğun aradan qaldırılmasının vacibliyindən danışıb: “İrəvanın ermənilər tərəfindən işğal edilməsi, o zamankı beynəlxalq siyasətlə bağlı Türkiyədə illərdir danışılmır. İrəvan tarixi türk torpağıdır və bu barədə təşkilat olaraq Türkiyənin bölgələrində silsilə tədbirlər keçiririk”. “İrəvanın tarixi. İrəvan xanlığı. Sovet dönəmində İrəvandan türklərin köçürülməsi” mövzusunda çıxış edən Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, dosent Əziz Ələkbərli İrəvan torpağının tarixindən danışıb. O, İrəvan xanlığının qurulması, süqut etmə səbəblərini açıqlayıb: “Haylar Cənubi Qafqazdakı xristian tarixinə, xristian türklərin irsinə sahib çıxaraq buradakı qədim məbədləri erməniləşdirib, daha sonra isə azərbaycanlılara aid tarixi irsi yox edərək soyqırımı aktı törədiblər”. “1918-ci ildə beynəlxalq siyasətdə İrəvan” mövzusunda çıxış edən Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə Azərbaycan Cümhuriyyətinin qurulması dönəmində İrəvanın itirilməsinin səbəblərinə açıqlıq gətirib, Qafqaz İslam Ordusunun tarixi missiyasından bəhs edib: “1918-ci ildə İrəvanın itirilməsinin qarşısını almaq mümkün deyildi. İsrail qurulduğu zaman ərəb ölkələri qarşı çıxa bildimi? Əsla. Bu baxımdan kimisə günahlandırmaq doğru deyil”. Tədqiqatçı-jurnalist Dilqəm Əhməd isə İrəvanda ermənilər tərəfindən yox edilən Sərdar sarayının tarixindən söz açıb, sarayın Gürcüstan arxivindəki fotoşəkillərini təqdim edib. Sonda tədbirin təşkilatçılarına və çıxışçılara təşəkkür edən universitetin rektoru A.Kamal Çələbi İrəvan tarixinin Manisada ali təhsil ocağında bəhs edilməsindən məmnun olduğunu bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam