Redaktor seçimi
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Günün xəbəri

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ XOCALI TƏDBİRLƏRİ

 

Gəncə Dövlət Universitetində Xocalı soyqrımına həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.

 

Xeberinfo.com:  Universitet Qadınlar Şurasının Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş “Xocalı soyqırımı  qadınların  gözü  ilə“ mövzusunda təşkil etdiyi seminar ciddi maraq doğurmuşdur. 

Seminarı giriş sözü ilə Humanitar məsələlər üzrə prorektor Asif Cavadov açaraq  Xocalı soyqırımında azərbaycanlıların başına gətirilən vəhşiliklər haqqında seminar iştirakçılarına məlumat vermişdir. Qeyd etmişdir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “ Xocalıya ədalət “ adlı kompaniya əsasında bu soyqırımı xeyli sayda ölkə tanımışdır.

Seminarda Universitetin Qadınlar Şurasının sədri Nərgiz Tağıyeva bildirdi ki, Azərbaycan xalqının başına gətirilən  amansız və qəddar Xocalı soyqırımı  insanlıq tarixinə ən qorxulu, kütləvi terror aktlarından biri kimi daxil olmuşdur. Rəsmi məlumata görə 613 insan həlak olub, onlardan 63-ü-uşaq, 106-sı-qadın,  70-i-qoca olub. 76 nəfəri uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşmüşdür. Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalı sakini Əntiqə erməni hərbçilərinin tələb etdiyi “bu yerlər böyük Ermənistanın bir hissəsidir” sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən diri-diri yandırılmış. Digər Xocalı sakini Səriyyə Talıbovanın sözlərinə görə, 4 mesxeti türkü və 3 azərbaycanlının erməni qəbirinin üzərində başını kəsmişlər. Sonra daha 2 azərbaycanlının gözləri çıxardılmışdır.

Köçkün ailəsindən olan Riyaziyyat-informatika fakültəsinin tələbəsi Hekayət Əhmədzadə müəllifi olduğu “ İntiqam alınsın “ adlı şeirilə, Yazıçılar birliyinin üzvü, yazıçı publisist  Ümbülbanu Hacıyeva, Azərbaycan tarixi kafedrasının müdiri dosent Emma Aslanova, Tarix-coğrafiya kafedrasının müəllimləri Nəsibə Hacıyeva və Arifə Əhmədova, Universitetin “Yüksəliş “ qəzetinin əməkdaşı Firəngiz  İsmayılova öz çıxışlarında  Xocalı faciəsinin Azərbaycan xalqının unudulmayan qan yaddaşı olduğunu bir daha vurğuladılar.

İqtisadiyyat ve idarəetme fakültəsində keçirilən tədbirdə çıxış edən fakültə dekanı dosent Şahin Xurşudov belə bir faciəni törətmiş erməni faşistləri ilə bərabər, onlara havadarlıq etmiş o zamankı SSRİ rəhbərliyini də lənətlədi. Bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən əliyalın, günahsız insanlar düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldular.

Fakültənin tədris işləri  üzrə dekan müavin dosent Əli, Dövlət və bələdiyyə idarəetmesi ixtisasının II kurs tələbəsi Aytac Qurbanova, IV kurs tələbəsi Firuzə Nağızadə  çıxış edərək Xocalı soyqırımının xalqın yaddaşına əbədi həkk olunduğunu, heç vaxt unudulmayacağını bildirdilər.

Biologiya-kimya fakültəısində keçirilən tədbirə Xocalı sakimləri də dəvət olunmuşdular. Səmayə Mirzəyeva, Vaqif Məmmədov və Mirzəxan Quliyev ermənilərin  nəinki Xocalı,  Qarabağın digər bölgələrində də törətdikləri qanlı cinayətlərdən bəhs etdilər.

Universitetin Pedaqoji, Filologiya, Fizika və ümumi texniki fənnlər, Xarici dillər fakültələrində də Xocalı faciəsinə aid foto-stendlər, video-çarxlar nümayiş etdirilmiş, tələbə və müəllimlərin iştirakı ilə yığıncaqlar keçirilmişdir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam