Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İRAN PENTAQONUN MÜHARİBƏ OYUNUNDA –Hörmüz bağlansa, ABŞ irimiqyaslı hərbi əməliyyatlara başlayacaq - TƏHLİL

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 08 sentyabr 2018-ci il

 

Yenixeber.org: Prezident Ərdoğanın iştirak etdiyi İrandakı üçlü zirvə görüşü öncəsi Vaşinqtondan İranla bağlı ziddiyyətli işarələr gəlirdi. Bir tərəfdən Pentaqon İranı müharibə oyunlarına daxil edir, digər tərəfdən Tramp ABŞ-ın İranla görüşmək üçün masaya oturmasına qarşı olmadığını söyləyir. İranın bir quruluş olaraq çözülməkdə olduğunu düşünən Tramp, “Əgər görüşməzlərsə də, özləri bilər” deyərək, əlavə edir.

Xarici işlər naziri Pompeo da sanksiyalar tam qüvvəyə mindikdən sonra İranın Hörmüz böğazını bağlama təşəbbüsü olduğu təqdirdə, Amerikanın qaynar münaqişəyə belə girə biləcəyini söyləyir.

 

Boz zona

 

Pentaqonda gray zone” (“boz zona”) anlayışı movcuddur. Bu anlayış qaynar münaqişəyə girmədən düşməni geri çəkilməyə vadar etməni ifadə edir.

Pentaqonda bu anlayış daha çox İranı nəzərdə tutaraq istifadə edilir. Bu məsələləri bilən mütəxəssislər ABŞ-ın İsraillə birgə keçirdiyi təlimlərdə İranı və onun regiondakı milislərini durdurmaq üçün nələr edilə biləcəyi üzərində iş aparıldığını söyləyirlər.

ABŞ daha çox regionda İranın təsirinin artmasından xoşlanmayan müttəfiqlərilə birgə çalışaraq “boz zona”ları müəyyən etmək istəyir. Ancaq Pompeonun da dediyi kimi, İranın Hörmüz böğazını bağlamağa təşəbbüs göstərdiyi halda, qaynar münaqişə də gündəliyə gələ bilər. Müdafiə naziri Mettisin də eyni görüşdə olduğu bildirilir.

ABŞ rəhbərliyi və kəşfiyyatı sanksiyalardan sonra İranın qlobal neft bazarlarını böhrana salmaq üçün Hörmüz boğazını gəmi nəqliyyatına bağlamağa cəhd edə biləcəyini düşünür. Rəhbərlik buna qətiyyətlə izn verilməməsini və lazım gələrsə, qaynar münaqişənin belə gözə alınmasını istəyir.

ABŞ bu məsələ ilə bağlı Səudiyyə Ərəbistanı və BƏƏ ilə də davamlı əlaqə saxlayır.

 

Gözlənilən mesajlar

 

ABŞ kəşfiyyatının İsrail kəşfiyyatından aldığı məlumata görə, Rusiya özünün daha öncə verdiyi “İranı Suriyadan çəkilməyə razı salaram” sözünü yerinə yetirmək üçün çox addım ata bilmədiyini İsrailə çatdırıb.

ABŞ kəşfiyyatına görə, hazırda Suriyada Rusiya ilə İran, əvvəllər olduğu kimi, uzlaşma içində işləyə bilmirlər. ABŞ Rusiyanın regionda İranın yerinə Türkiyə ilə daha çox uzlaşaraq işləməyə başladığını düşünür.

Hadisələrin bu istiqamətdə inkişafı Vaşinqtonda yaxından izlənilir və bunun Türkiyə baxımından hansı proseslərə yol aça biləcəyinə baxılır.

İranın və ona yaxın olan milislərin Suriyada daha müstəqil hərəkət etmələrini, Rusiya və Türkiyə ilə uzlaşmanı pozmalarını Vaşinqton özü üçün yarada biləcəyi mümkün manevr imkanları baxımından dəyərləndirir.

Hakimiyyət qurumları da İranda keçirilən üçlü zirvə görüşündən gələn xəbərləri və Rusiya ilə Türkiyənin birlikdə necə mesaj verəcəklərini bu kontekstdə maraqla gözləyirdilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam