Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

TRAMPIN DİALOQ TƏKLİFİ İRANDA NECƏ QARŞILANIB?–Siyasi spektr şübhə və inam arasında bölünüb - TƏHLİL

Ruhulla Fəqihi

“Middle East Eye”

 

Bu, Donald Trampın diplomatik təlimat kitabçasına aid strategiyadır – ritorikanı sərtləşdirmək və sonra rəqibə görüş təklifi. Trampın texnologiyası Şimali Koreya lideri Kimi masaya gətirib-çıxarsa da, prezident Həsən Ruhani ilə görüşmək barədə sürpriz təklif İranda coşqu doğurmayıb, ölkə vətəndaşları şübhə və ümid arasında bölünüblər.

Yenixeber.org: ABŞ prezidentinin bəyanatına ilk rəsmi təpki bazar ertəsi, axşam saat 23:00 radələrində, “isti” təklifi üzərinə soyuq su tökən Ruhaninin məsləhətçisi Həmid Əbutalibidən gəlib: “Sivil toplumdakı fikir ayrılıqlarını həll etmək üçün dialoqa inananlar öz alətlərinə: İranın böyük millətinə hörmət, düşmənçiliyin azaldılması və ABŞ-ın JCPOA-ya (nüvə razılaşmasına) qayıtmasına sadiq olmalıdır”.

İnqilab Keşikçilərinin (İİKK) rəhbəri İranın Şimali Koreya olmadığını söyləyərək təklifi rədd edib. General Əziz Cəfəri deyib: “Cənab Tramp, İran Şimali Koreya deyil və sizin görüş təklifinizə müsbət cavab verməyəcək. Bilməlisiniz ki, İran xalqı heç vaxt öz məmurlarına “Böyük Şeytan”la görüşmək və müzakirə aparmağa icazə verməyəcək”.

O əlavə edib: “Bilməlisiniz ki, bu, prezidentliyinizin sonuna qədər gerçəkləşməyəcək yuxuzdır və hətta növbəti ABŞ prezidentinin də bu röyası çin olmayacaq”.

Buna baxmayaraq, iki ölkə arasındakı gərginliyin dərhal azalması ehtimalı İran valyutasının dəyərinə müsbət təsir göstərib.

Yerli mətbuatın verdiyi məlumata görə, Çərşənbə axşamı günü 1 dollar 100,800 riala satılıb, halbuki bir gün əvvəl məzənnə 113 min rialdan yüksək idi.

İran Ticarət Palatasının vitse-prezidenti Hüseyn Səlahvərzi “tweet”-ində qeyd edib: “Trampın Ruhani ilə görüşmək və danışıqlar təklifi bazara müsbət təsir göstərə bilər. Ruhanidən ehtiyatlı təpki və cavab bazarın çətin vəziyyətini azaldacaq və nəzarəti gücləndirəcək”.

 

Siyasi bölünmə

 

İranın müxtəlif siyasi düşərgələrinə gəldikdə, fikirlər bölünür.

İranlı mühafizəkarlar Vaşinqtona və onun hərəkətlərini həmişə pessimizmlə yanaşıblar və Trampın son təklifinə də münasibət mənfidir.

Mühafizəkar millət vəkili Vəliullah Nanva-Kənarinin fikrincə, ABŞ nüvə proqramını məhdudlaşdıran İranın lehinə sanksiyaları ləğv etməli və 2015-ci il tarixli sazişə qayıtmaılıdır. “Təklifini sübut etmək üçün Tramp əvvəlcə JCPOA çərçivəsində öhdəliklərini yerinə yetirməlidir”.

Ancaq İranın sərt tənzim tərəfdarları ümumən təklifin üstündən xətt çəkiblər. Məsələn, yarırəsmi “Fars” Xəbər Agentliyi Trampa nifrət püskürüb: “Tramp heç bir ilkin şərt olmadan müzakirəyə hazır olduğunu söyləyir, amma bu, ABŞ-ın dövlət katibi Mayk Pompeonun açıqladığı əvvəlki ABŞ şərtləri nəzərə alınmaqla, ağ yalandır”.

Trampı “Amerikalı tacir və qumarbaz” kimi təsvir edən “Fars” əlavə edir:“Pompeonun 12 şərti və ya tələbi nəzərə alındıqda, Trampın bərabər mövqedən danışıqlar aparmaq barədə sözləri İranın təslim olması mənası verir”.

“Fars”ın iddiasına görə, Tramp İranın, İsrail və Qərb müdaxiləsi olan ölkələrdə, bölgədə “müqavimət oxu”nu tərk etməsini istəyir.

Bununla yanaşı, bir sıra sərt tənzimçilər ABŞ prezidentinin əvvəlki 12 şərtdən geri çəkildiyini deyir və təklifi Tehranın qələbəsi kimi qiymətləndirirlər.

İranın mühafizəkar “Mehr” Xəbər Agentliyindəki mühafizəkar jurnalist Əli Rəcəbi İranın Hörmüz boğazını bağlamaq təhdidini və Ruhaninin Amerikanın tələblərini yerinə yetirməkdən imtina etdiyini vurğulayaraq yazır: “Tramp geri çəkildi və dedi ki, heç bir ilkin şərt yoxdur… Bəli, müqavimət həmişə işləkdir”.

İranın islahatçılarına gəldikdə, Trampın təklifinə müsbət rəy mövcuddur.

Məşhur islahatçı fəal Mustafa Taczadə “tweet”-ində qeyd edib: “Mən Ruhaninin ayaqqabılarını geyinsəydim, deyərdim ki, Tramp ölkəsinin öhdəliyinə hörmətsiz yanaşsa da, BMT Baş Assambleyası çərçivəsində bütün məsələlərə dair davamlı sülhə nail olmaq, yəni ABŞ-ın Yaxın Şərqdəki qeyri-sabitlik davranışını və İrana keçmiş müdaxilələrinin dəyişdirilməsinin zəruriliyini təmin edilməsi məqsədilə onunla danışmağa hazıram”.

“İranın İslami Xalqları İttifaqı” Partiyasının baş katibi Əli Şakurirad hər hansı bir cavabın yalnız İranın milli maraqlarına söykənməli olduğunu söyləyib. “İndi ABŞ dövlət katibi müzakirə üçün şərt qoymursa, xarici işlər naziri Cavad Zərifin Pompeo ilə heç bir ilkin şərt olmadan istənilən yerdə və istənilən vaxt danışıqlar aparmağı təklif etməsi yaxşı olardı”.

 

Sülh üçün şans?

 

Ən açıqlayıcı şərhlər İran hakimiyyətinin üst səviyyələrinə yaxın olanlardan gəlir.

Bu günə qədər ən mühüm təpki Ali Liderin ofisinin keçmiş yüksək mənsəbli üzvü Əli-Əkbər Natiq Nuri deyib: “İlk növbədə, danışıq təklifindən imtina etməməli və onun yanlış olduğunu bildirməliyik. Bunu düşünməli və tələsik hərəkət etməməliyik “. O əlavə edib: “Həyəcanlanmamalıyıq, çünki Tramp bundan istifadə edə bilər və bizi sınamış olar”.

Natiq Nuri də Milli Təhlükəsizlik Şurasının Trampın təklifini müzakirə etməsini istəyib.

Bundan əlavə, İran parlamentinin xarici siyasət komissiyasının mötədil sədri Heşmətullah Fəlahətpiş bildirib ki, iki ölkə arasında baş verən böhranların qarşısını almaq üçün İran və ABŞ arasında “qaynar xətt” yaradılmalıdır.

“Üçüncü ölkələr İran və Amerika arasında düşmənçilik yaradıb və bundan istifadə edirlər”, – komissiya sədri bildirib. – Amerikalılar zorakılıq mövqeyində olduqları müddətdə danışıqlar olmayacaq”.

Bu arada, ortaya çıxan əsas amillərdən biri Omandır. İran mətbuatı Oman hökumətinin Tehranla Vaşinqton arasında vasitəçilik etdiyini və Omanın xarici işlər naziri Yusif bin Ələvi bin Abdullahın avqustun 3-də Tehrana gedəcəyini xəbər verib. Buna əlavə olaraq bin Ələvi hazırda Vaşinqtonda olarkən, Zərif Muskata yollanıb.

Natiq Nuri qeyd edib ki, Oman 2015-ci ildə nüvə razılaşmasını əhatə edən danışıqlarda əsas faktor olub, buna görə də, bu rolu bərpa etmək tamamilə mümkündür. İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasimi isə bin Ələvinin Tehrana səfəri ilə bağlı məlumatları təkzib edib.

 

Geri çəkilmə

 

Analitiklərin fikrincə, dialoq İran liderlərinin zəifliyini faş edəcək.

Əllamə Təbatəbai Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Mürtəza Nurməhəmmədi bildirib: “İranda danışıqların səhv anlaşılması var və bunun əsasında danışıqlar kompromis hesab edilir. Halbuki dialoq yolu müharibə deyil, mübahisələrin həlli üçün vasitədir. Tərəflər bundan əvvəl şərtlər irəli sürmüşdü, amma Trampın indi dediyi şeylər diqqətlə araşdırılmalıdır. Tramp müharibəyə başlamaq niyyətində olmadığını söyləyib, güman ki özünü Amerika və İranda liberal dəyərlərin müdafiəçisi kimi göstərmək istəyir. Yəqin ki, topu İranın sahəsinə atmaq və daha sonra demək istəyir, “danışıqları təklif etdim, amma İran qəbul etmədi”.

Xarici siyasət mütəxəssisi Rəsul Hüseyninin sözlərinə görə, İran Trampın motivasiyasına əmin deyil. “Göründüyü kimi, ABŞ özünü danışıqların lehinə olması və İranı sülh vasitəsi ilə mübahisələrin həllini dayandıran ölkə kimi göstərməyə meyllidir. Əgər belədirsə, vəziyyət İran üçün çətin olacaq və Tehran artıq ehtiyatla cavab verməlidir. Əlbəttə, hər hansı danışıqlar, hətta davamlı olanlar hər iki tərəf üçün gərginliyi azalda bilər”.

Amma Nurməhəmmədinin fikrincə, İran bir sıra konkret məsələlər üzrə razılıq əldə etməyə çalışır, ballistik raketlər və ya nüvə məsələsi barədə danışmaq istəmir. Üstəlik, iki ölkənin prezidentlər yox, daha aşağı səviyyədə danışıqların başlayacağı ehtimal olunur.

İranın İordaniyadakı sabiq səfiri Nüsrətullah Tacik bildirib: “Hazırda İran və ABŞ prezidentləri arasında görüş mümkün deyil, ancaq belə görüşlər aşağı səviyyədə, məsələn, Zərif və Pompeo arasında baş verə bilər. İranla ABŞ arasındakı əlaqələr ABŞ-ın nüvə razılaşmasından çıxmasından sonra mürəkkəbləşib. Tramp İranın zəiflədiyini düşünür. Buna görə də, Ruhani ilə Tramp arasındakı görüş yetərindən artıq optimist rəydir”.

Tacik üçün prioritet – ciddi danışıqlar başlamazdan əvvəl Vaşinqton və Tehran arasında gərginliyi azaltmalıdır. “Xarici siyasətimizdəki gərginliyi sıfır faizədək azaltmalıyıq. Bu məqsədə çatmaq üçün İran iki yolla irəliləyə bilər: birincisi, ictimai səviyyədir; gizli səviyyədə olan ikinci yol vasitəçilər və şəxsi əlaqələr vasitəsilə Vaşinqtonla danışıqdır”.

 

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam