Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

ERMƏNİSTAN RESPUBLİKAÇILAR PARTİYASINDA “MƏXMƏRİ ÇEVRİLİŞ”:Koçaryan partiyanın əsas namizədinə çevrilir - TƏHLİL

Aram Amatuni

“1in.am”, Ermənistan, 06 avqust 2018-ci il

 

Yenixeber.org: 25 apreldə – Serj Sarkisyanın istefa verməsindən sonra oyuna Karen Karapetyan girdikdə, həmin gün axşam Sarkisyan Ermənistan Respublikaçılar Partiyasının (ERP) parlament fraksiyasını toplantıya dəvət etdi və onları istənilən halda bir olmağa çağırdı. Bu çağırış “istənilən halda” birliyin olması haqqında olsa da, aydın idi ki, Serj Sarkisyan fraksiyanı Karen Karapetyana qarşı birliyə səsləyirdi.

Bunun, necə deyərlər, şifrəli açarı onun istefa mətnindəki “Nikol haqlı idi”ifadəsindəydi, lakin birbaşa bu deyil, küçə mübarizəsinin “onun idarəçiliyinə qarşı” olması haqqındakı digər cümləsi idi.

Bununla Serj Sarkisyan göstərdi ki, problem yalnız ondadır. Bu isə o deməkdir ki, qalib Nikol Paşinyan və ya onun hərəkatı deyildi, çünki küçə mübarizəsi, əlbəttə, yalnız ona qarşı yönəlməmişdi.

Nikol Paşinyan çox dəqiq şəkildə hakimiyyətin dəyişilməsi vəzifəsini qoydu, beləliklə, Serj Sarkisyan işarə etdi ki, onun istefası mərhələsində və ya, daha dəqiqi, onun istefa verdiyi gün – 23 apreldəki durum “məxməri inqilab”ın qələbəsi deyil, məxməri inqilab”la hakimiyyətdaxili çevriliş arasındakı bir durum idi.

Əgər Karen Karapetyanın oyuna girməsi uğurlu olsaydı, onda Ermənistanda “məxməri inqilab” yerinə, sadəcə hakimiyyətdaxili çevriliş olacaqdı.

Hakimiyyətdaxili çevrilişin qarşısı alındı, ancaq ERP-yə görə deyil. ERP bu andan başlayaraq, yəqin, mesajını anlamayaraq və ya sadəcə təklifini qəbul etməyərək, praktiki olaraq, Serj Sarkisyanı rədd etməyə başladı. Nəhayət, Serj Sarkisyan öz gedişilə işarə etdi ki, hakimiyyətin bir hissəsi və ya ERP onu sadəcə olaraq hakimiyyətdən vurub çıxardır. Sarkisyan, guya, onu əvəzedilməz lider kimi qiymətləndirənlərə, onların şəxsi sədaqətlərinə güvənərək, ERP fraksiyasına müraciət etdi. Mahiyyətcə, 25 apreldə Serj Sarkisyan faktiki olaraq onları “təslim olmağa” və Karen Karapetyan vasitəsilə hakimiyyətdə qalmağa deyil, onlar üçün özünün həqiqətən əvəzedilməz olduğunu, onunla bərabər hakimiyyətdən getməyə hazır olduqlarını sübut etməyə çağırdı. Bu nöqteyi-nəzərdən, 2 mayadək durum “məxməri inqilab”la hakimiyyətdaxili çevriliş arasında olan bir durum olaraq qalırdı.

Hakimiyyətdaxili çevrilişin, əlbəttə, heç bir şansı yox idi, lakin bu niyyəti olan qüvvələr durumu düzgün qiymətləndirməyərək, müqavimət göstərməyə cəhd etdilər. Hakimiyyətdaxili və ya məxməri çevriliş baş vermədi – “məxməri inqilab” qalib gəldi, ancaq ERP-də də, mahiyyətcə, artıq partiyadaxili “məxməri çevriliş” qalib gəldi.

İş ondadır ki, həmin 25 aprel axşamı parlament fraksiyasının iclasında Serj Sarkisyan partiya sədrinin dəyişdirilməsi məsələsinin müzakirə olunmasına çağırdı. Lakin sonrakı həftələrdə bu məsələ gündəlikdən çıxdı və bu barədə ERP-nin parlament fraksiyasının sədri Vaqram Baqdasaryan da dəqiq bəyanat verdi.

ERP, əslində, Serj Sarkisyana partiya sədrinin dəyişdirilməsi təklifilə əlaqədar olaraq rədd cavabı verdi, çünki ERP-də artıq nə yekcinslik, nə də birlik yox idi. Sarkisyan, təbii, öz varisini təqdim etməli idi, bu isə artıq partiyadakı çoxluq üçün məqbul deyildi. Çoxluq Sarkisyanın təklifini rədd etdi, eyni zamanda onun özü üçün məqbul olan bir namizədi də yox idi. Nəticə də o oldu ki, Serj Sarkisyan ERP-nin sədri qaldı. Əlbəttə, məcburi olaraq, çünki öz varisini qoya bilmədiyinə görə onun gedişi yeni risklər demək olardı. Sarkisyan bu riskləri neytrallaşdırmaq və ERP daxilində “əks-çevriliş” təşkil etmək üçün qaldı.

Ancaq indi, görünür, ERP çoxluğunun da namizədi var – Robert Koçaryan. Əlbəttə, bu, formalaşmış, ehtimal ki, dilə gətiriləcək bir namizəd deyil, lakin aydındır ki, ERP-nin davranışı hazırda Serj Sarkisyanın deyil, daha çox Robert Koçaryanın maraqları və perspektivi prizmasından idarə edilir. Çünki, misal üçün, bir tərəfdən alman Konrad Adenauer Fondu ilə ERP-də islahatların yol xəritəsini müzakirə etmək, digər tərəfdən də Robert Koçaryanın müdafiəsi ilə məşğul olmaq çətin ki, real siyasət rejimində, bəyanatlardan və ikiüzlülüklərdən azad bir rejimdə həmahəng olsun.

Onu da nəzər almaq lazımdır ki, Konrad Adenauer Fondu ilə ERP-də islahatların aparılması məsələsini şəxsən Serj Sarkisyan özü müzakirə edib. Bununla göstərib ki, bu, ciddi problemdir və heç də formal bir məsələ deyil. Özü də ERP artıq iqtidar deyil ki, öz avropalı tərəfdaşlarından da nə isə qoparmağa cəhd etsin.

Tərcümə Strateq.az-ındır 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam