Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Sarkisyan özünə gəlib və yeni qüvvələr toplayır-Faşist simvolları altında



Ermənistanda müzakirələr başlayıb – keçmişdə özünü doğrultmamış hakim Respublikaçılar Partiyasını əvəz edəcək yeni siyasi qüvvə yaranacaqmı? Və məhz bu siyasi qüvvə, ola bilsin ki, hakimiyyətə gələ biləcək.

Söhbət daha öncə yazdığımız əksinqilabdan gedir. Lakin Rusiya çətin ki, Ermənistan Respublikaçılar Partiyasına (ERP) ümid bağlasın.

Yenixeber.org: Ermənistan kütləvi informasiya vasitələrinin yazdığına görə, keçmiş baş nazir Karen Karapetyan əvvəlkitək ERP sədrinin birinci müavinidir. Lakin bunun yeganə səbəbi odur ki, o, hələlik siyasi fəaliyyətini necə davam etdirəcəyini müəyyənləşdirməyib. Onu inandırmağa çalışırlar ki, ERP-də qalsın və birlikdə partiyanı ayağa qaldırsınlar, lakin digər tərəfdən, Karapetyan görür ki, partiya günbəgün dağılır və siyasi layihə kimi perspektivsizdir.

“Karapetyan özünün rusiyalı sponsorları ilə yeni partiya yaratmaqdan çəkinə bilər. Belə bir məlumat da var ki, “Taşir Qrup”un sahibi Samvel Karapetyanın nümayəndələri müxtəlif insanların və qrupların təmsil olunacağı yeni partiyanın yaradılması barədə danışıqları davam etdirirlər.

Rusiya hakimiyyətinin iki proqramı mövcuddur – Nikol Paşinyanın hökumətini devirmək və hakimiyyətə nəzarət altında olan qüvvəni gətirmək, yaxud da ən pis halda ilkin mərhələdə güclü müxalifət formalaşdıraraq, istənilən anda ictimai narazılıqdan istifadə etmək və xalq hərəkatının köməyi ilə məxməri inqilab gerçəkləşdirmək. Rusiya ictimai narazılığı fəal şəkildə dəstəkləyəcək.

Lakin əgər keçmiş baş nazir doğrudan da arxasında Rusiyanın siyasi dəstəyi və Rusiya kapitalı duran yeni partiya yaradarsa, bu ERP-in sonu olacaq. Çünki bu gün ERP güman edir ki, Rusiyanın dəstəyi ilə yenidən hakimiyyətə gələ biləcək.

Respublikaçılar iddia edirlər ki, sədr Serj Sarkisyanın əhval-ruhiyyəsi heç vaxt son günlərdə olduğu qədər yüksək olmayıb. Bunu belə izah edirlər ki, cəmiyyət tədricən inqilab eyforiyasından oyanır və baş verənləri ayıq başla dəyərləndirərək, bunun onların real həyatına təsirini görür. Bu təsir isə, yumşaq desək, hiss olunan səviyyədə deyil. Ola bilsin ki, ERP lideri özünü xoş əhvalda göstərməklə partiyasının dağılmasının qarşısını almaq istəyir. Lakin bu prosesi dayandırmaq qeyri-mümkündür.

Digər tərəfdən, özünün siyasətçi deyil, daha çox menecer olduğunu deyən keçmiş baş nazir Karen Karapetyan gözəl anlayır ki, yüksək vəzifə tutmaqdan başqa gəlirli biznes yoxdur və dövlət adlı təşkilatdan başqa elə bir biznes növü yoxdur ki, ona rəhbərlik etməklə təmin olunmuş yüksək gəlir qazanasan.

“Taşir Qrup”un başçısı Samvel Karapetyanın da Ermənistanla bağlı iri planları vardı və Ermənistanın dövlət əmlakı hesabına milyardlarının artıra bilərdi. Bunun üçünsə Ermənistanda hakimiyyət lazımdır.

Rusiya amilini də unutmayaq. Rusiya hakimiyyəti Samvel Karapetyana milyarder olmağa şərait yaradıb, çünki o, Ermənistanda Rusiya nüfuzunun qartı tərəfdarı olub. Karen Karapetyan uzun illər Rusiya “Qazprom”unun Ermənistanda nümayəndəsi olub, Rusiya elminin və yaradılmış şəraitin sayəsində xeyli həcmdə imkanlara sahiblənib. Ruslar indi özlərinə rəva görə bilməzlər ki, Karapetyana Ermənistandakı iflası bağışlasınlar və o, Rusiya qarşısında siyasi öhdəliklərini yerinə yetirmədən yeni milyonlar və milyardlar qazansın.

Serj Sarkisyan amili olmasaydı, Karapetyanlar çoxdan yeni partiyanın yaradılması barədə bəyanat verərdilər. Qeyd etdiyimiz kimi, yeni partiya yaradıldığı təqdirdə ERP-ın məhvi bir neçə saat ərzində baş tutacaq, çünki bu partiyanın dayağı keçmiş məmurlardır. Artıq bir neçə ad da çəkilir: bu barədə danışmaq istəməyən Lori qubernatoru Artur Nalbandyan və polis rəisinin müavini Anubax Qəmbəryan. Məlumat var ki, Yerevanın hələlik yerində olan meri Taron Marqaryanla bu məsələ ilə bağlı görüş keçirilib və danışıqlar aparılıb. Hansı qərarın verildiyi hələlik məlum deyil”, - nəşr yazır.

ERP tərəfdarları nümayiş etdirməyə çalışırlar ki, ağır günlər geridə qalıb və indi işləmək zamanıdır ki, itirilənlər geri qaytarılsın və bunun üçün birlikdə olmaq lazımdır. Lakin çətin ki, bu mümkün olsun. ERP indi ümid bəslədiyi Rusiyada da gözdən düşüb.

Moskvada ERP-nin yürütdüyü faşizm ideologiyası qınağa məruz qalıb. Ermənistan Respublikaçılar Partiyasının embleminə baxmaq və onu Üçüncü reyxin simvolları ilə müqayisə etmək yetərlidir. ERP 2004-cü ildə Yerevanda dərc edilmiş “Qaregin Njde və onun təlimi” kitabının “naşiri”dir.

Bu səbəbdən aydındır ki, ERP süquta uğramış layihədir, halbuki Ermənistanda Qaregin Njde ideologiyası alqışlanır və hətta bununla fəxr edirlər.

Mövzunun davamı kimi qeyd edək ki, iyulun 11-də Ermənistanın baş naziri Nikol Paşinyan Brüsselə yollanacaq və burada onun Avropa İttifaqının yüksək rütbəli məmurları ilə görüşləri planlaşdırılır. Aİ-nin Ermənistandakı səfiri Pyotr Svitalski bildirib ki, Nikol Paşinyan Aİ rəhbərliyi tərəfindən isti qarşılanacaq.

Brüsselə səfərindən sonra Nikol Paşinyan NATO-nun zirvə görüşündə iştirak edəcək.

Ermənistan KİV-ləri yazırlar ki, ölkənin xarici siyasətində Avropaya və ümumilikdə, Qərbə meyllənməyə doğru nəzərə çarpacaq dəyişikliklər sezilir. “Qərb Ermənistana səhih ismarıclar yollayır ki, yeni hakimiyyətə hərtərəfli – həm daxili və xarici siyasət anlamında, həm də müdafiə və təhlükəsizlik baxımından dəstək verməyə hazırdır”.

Lakin növbəti gediş Kremlindir.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam