Bakının işğalçıya son xəbərdarlığı və “addım-addım” taktikası
Azərbaycandan Paşinyanın 1 aylıq baş nazirliyinə sürpriz - Qarabağ ətrafında yeni gəlişmə; türkiyəli politoloq: “Paşinyan baş nazir olan kimi anladı ki...”Ermənistanda çevriliş nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyanın baş nazirliyindən bir ay ötdü. Əfsus ki, keçən bir ay Qarabağ məsələsində işğalçı ölkə tərəfdən heç bir pozitiv hərəkətlənməyə səbəb olmadı. Əksinə, belə məlum oldu ki, məsələdə kifayət qədər naşı olan Paşinyan problemi həll eləməkdən çox, qəlizləşdirməyə qadirdir. Onun hələ də Dağlıq Qarabağdakı separatçı rejimi müstəqil tərəf kimi danışıqlara qoşmaqda israr eləməsi buna sübutdur
Yenixeber.org: Bəllidir ki, artıq işğalçının 1 nömrəli müttəfiqi Rusiya da bu tələbi rədd edib və onu hətta “destruktiv” adlandırıb. Rəsmi Bakının mövqeyi isə çoxdan məlumdur. Ötən həftə bu xüsusda Azərbaycan prezidenti İlham Əliyev bir daha qarşı tərəfi, Ermənistanın yeni rəhbərliyini Qarabağ məsələsində konstruktiv mövqe tutmağa çağırdı...
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarova görə, əslində ölkə başçısının həmin çıxışı Ermənistanın yeni rəhbərliyinə sonuncu xəbərdarlıqdır. “Ermənistan Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı artıq işə başlamaq üçün ciddi tədbirlər görməlidir. Əks təqdirdə məsuliyyət İrəvanın üzərinə düşəcək” - T.Zülfüqarov bildirib.
Politoloq prezidentin işğalçıya xəbərdarlığını təqdir edərək deyib: “Paşinyanın ilk addımları da sübut etdi ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsini istəmir. Bu baxımdan prezidentin son xəbərdarlığında əsas ünvan əslində Ermənistan yox, beynəlxalq ictimaiyyətdir. Sirr deyil ki, Ermənistanın yeni iqtidarı ədalətli sülhün bərpasına hazır deyil və işğalçılıq siyasətini davam etdirmək niyyətindədir. Hesab edirəm ki, Azərbaycan Qarabağ məsələsinin həlli ilə bağlı öz təkliflərini verdi və Ermənistanı yenidən səhvə yol verməməyə çağırdı. Əgər İrəvan işğalçılıq siyasətini davam etdirsə və Bakının təklifini nəzərə almasa, baş verənlərin məsuliyyətini məhz Ermənistan daşıyacaq”.
*****
Söz düşmüşkən, Azərbaycan bu arada düşmən tərəfdən konstruktivlik gözləmədən öz ərazilərini “addım-addım” taktikası ilə azad eləməkdə davam edir. Söhbət Naxçıvan-Ermənistan sərhədində 11 min hektar ərazimizin, o cümlədən 26 ildir işğal altında olan Günnüt kəndinin azad edilməsindən edir. Bu faktı artıq erməni tərəfi rəsmən təsdiqləyib. Onu Paşinyanın bir aylıq baş nazirliyi üçün Azərbaycanın orijinal “sürprizi” də saymaq olar.
“Naxçıvanda işğaldan azad olan torpaqlarımız bəlkə də böyük qayıdışın, böyük proseslərin başlanğıcıdır”. Bu sözləri axar.az-a Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik Şair Ramaldanov Şərur rayonunun Günnüt kəndinin 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçməsinə münasibət bildirərkən deyib.
O bildirib ki, bu gün Azərbaycan ordusunun üstünlüyünü nəinki biz, hətta beynəlxalq statistik qurumlar da təsdiq edir:“Şərur rayonunun Günnüt kəndindən əhali düşmən işğalı zamanı köçməyə məcbur olmuşdu və buradakı infrastruktur dağılmışdı. Hazırda orada azad olunmuş torpaqlar Ermənistanla dövlət sərhədinə qədər olan böyük bir ərazini əhatə edir”.
Hərbi ekspertin sözlərinə görə, Cocuq Mərcanlıda olduğu kimi, azad olunan bu kəndimizdə də tezliklə bərpa işləri gedəcək və sakinlər öz yurd-yuvalarına qayıdacaq: “Bu torpaqların işğaldan azad olunmasının həm hərbi, həm strateji əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan artıq Xankəndidən İrəvana gedən yolu nəzarətdə saxlaya biləcək. Azərbaycan öz torpaqlarını qaytarıb, ordumuz Ermənistan sərhədini keçməyib. Azərbaycanın heç vaxt işğalçı niyyəti olmayıb”.
Polkovnik vurğulayıb ki, artıq Ermənistan bizim gücümüzün qarşısında sona qədər davam gətirə bilməyəcəyini anlayır:“Ermənistanda olan hərc-mərclik, idarəçilikdə, hərbi strukturlarda olan problemlər, klanlar arasında olan mübahisəli məsələlər, bu ölkənin işğalçılıq siyasəti nəticəsində iqtisadi blokadaya alınması, zəif iqtisadi potensial və s. Ermənistanı zəiflədir. Onların vəziyyəti gündən-günə pisləşir, perspektiv yoxdur, infrastruktur bərpa olunmur, ölkəyə investisiya qoyulmur. Daima qorxu içində yaşamaq o qədər də asan deyil”. O, əlavə edib ki, proses Azərbaycan torpaqları tam işğaldan azad olunana kimi bu və ya digər formalarda davam edəcək. “Ermənistan tərəfi bundan düzgün nəticə çıxarmasa, konstruktiv mövqe tutmasa, ola bilsin ki, proseslər bundan sonra irimiqyaslı anti-terror əməliyyatına çevrilsin. Naxçıvanda işğaldan azad olunan torpaqlar böyük qələbələrin başlanğıcıdır və bunun davamı olacaq. Buna bizim tarixi haqqımız da çatır”, - deyə o qeyd edib.
*****
Təəssüf ki, Ermənistanın yeni rəhbəri sələfləri kimi odla oynayır və yaxınlaşan böyük təhlükənin fərqində deyil. Əcnəbi analitiklər də məsələnin bu tərəfinə, Paşinyanın Qarabağ məsələsində qəribə davranışına xüsusi diqqət çəkməyə başlayıblar.
“Məsələ ondadır ki, İrəvandakı etirazlar zamanı özünü ”qərbçi" kimi göstərən Paşinyan Rusiyaya müxalif münasibətini gizllətmirdi. Ancaq baş nazir olan kimi anladı ki, Moskvanın dəstəyi olmadan irəli etmək mümkün deyil. Bu da Dağlıq Qarabağ məsələsinə bilavasitə təsir elədi". “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Vesti.az saytına türkiyəli politoloq, Cənubi Qafqaz üzrə ekspert Mehmet Fateh deyib.
Politoloqun sözlərinə görə, Qarabağ məsələsi Ermənistan hakimiyyətləri üçün həmişə öz təsirini artırmaq vasitəsi olub: “Və bundan onlar elə-belə imtina etməyəcəklər. Erməni cəmiyyəti üçün də uğurlu rəhbər o kəs deyil ki, Qarabağda sülhə nail olsun, odur ki, Qarabağı güc yolu ilə olsa belə, əldə saxlasın və Azərbaycana verməsin. Nahaq yerə Paşinyan oğlunu Dağlıq Qarabağa hərbi xidmət keçmək üçün göndərmir. Bu, yuxarıda deyilən sözlərin bariz təsdiqidir. Hərçənd, onun öz oğlunu başqa ölkə saydığı Qarabağa göndərməsi artıq paradoksdur. Axı, məntiqlə Ermənistan gəncləri Dağlıq Qarabağda hərbi xidmət keçməməlidir”.
Ekspertə görə, bu məqam hər halda Nikol Paşinyanın əlinə işləyə və daxili siyasətdə onun populyarlığını artıra bilər. “O anlamda ki, əgər erməni ailələri öz övladlarını Dağlıq Qarabağa göndərməkdən imtina eləməsələr, Paşinyan özünə xal toplayaq”, - deyə o əlavə edib.
Ancaq erməni ailələri atəşkəs dövründə kifayət qədər tabut alıb. Məntiqlə indi onlar Qarabağda övladlarının ucuz ölümündə deyil, daimi sülhün bərqərar olmasında maraqlı olmalıdır. Baş nazir Nikol Paşinyandan bunu tələb etməyəcəklərsə, o zaman yeni tabutlara hazır olsunlar. Ən azından Bakının işğaldakı əraziləri “addım-addım” azad eləmək taktikası bunu qaçılmaz edəcək...