Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Ermənistanda ikihakimiyyətlilik:1 may tarixə qanla düşə bilər

 

 

 

İşğalçı ölkədə tufanqabağı sakitlik kimin xeyrinə bitəcək? Moskva Nikol Paşinyanın hakimiyyətə gedən yolunu kəsib, küçə aksiyaları dayandırmaq istəyir...

Yenixeber.org: Ermənistanda “məxməri inqilab” 15 gündür davam eləsə də, hələlik məntiqi sonluğuna çatmayıb. Serj Sərkisyanın baş nazir postunda cəmi bir neçə gün duruş gətirməsinə rəğmən, hakim partiya iqtidarda faktiki, öz mövqeyini saxlayır. Əsas güc strukturları, həmçinin, xarici siyasət Sərkisyan kadrlarının əlindədir. Bunu müxalif hərəkatın lideri, deputat, “Vətəndaş Müqaviləsi” Partiyasının sədri, qərbyönlü siyasətçi sayılan  Nikol Paşinyan da yaxşı bilir və o üzdən nə qədər ki, böyük ictimai dəstəyə malikdir, tələsir.

Yəni əslində Ermənistanda inqilab hələ bitməyib. Ölkədə real olaraq ikihakimiyyətlilik hökm sürür. Bu da o anlama gəlir ki, proseslərin kulminasiyası qan tökülməsi ilə də nəticələnə bilər. Məlumdur ki, Rusiya da proseslərə müdaxilə etməyə başlayıb - amma Paşinyan və tərəfdarlarının xeyrinə yox...

Demək, yarımçıq inqilabın və ya daha dəqiqi, qiyamın bələkdəcə boğulması ehtimalını da istisna eləmək olmaz. Çünki Kremlin postsovet məkanı ölkələrində siyasəti  məlumdur. Moskvanın simpatiyasının “rəngli inqilablar” tərəfində olmadığı bəllidir. Hərçənd, fors-major vəziyyətlərdə Rusiyanın xalqın namizədi ilə işləmək zorunda qalmasına dair faktlar da az deyil.

Məsələn, V.Putin Ukraynada narıncı inqilabdan sonra hakimiyyətə gələn prezident Viktor Yuşşenko ilə 5 il işləməli olmuşdu. Hərçənd, Ukrayna Ermənistan deyil. İşğalçı ölkə Kremldən qat-qat asılı, onun ovucunun içində olan balaca, vassal bir ölkədir və İrəvanın Moskvaya qarşı geniş manevr imkanları yoxdur - yeni baş nazir kim olur-olsun.

Pashinyan erevan ile ilgili görsel sonucu

Təsadüfi deyil ki, ənənəvi anti-Rusiya mövqeyi ilə seçilən Nikol Paşinyan etiraz aksiyaları başlayandan Rusiya əleyhinə heç bir söz deməyib, şüar səsləndirməyib, çağırış eləməyib, baş verənlərin sırf Ermənistanın daxili məsələsi olduğunu bəyan edib. Çünki o da anlayır ki, ölkənin 1-ci şəxsi olsa belə, Rusiyanın dəstəyi olmadan bu postda uzun müddət qala bilməz. Hələliksə, vassal ölkənin əsas şəxsi olmaq uğrunda mübarizə gedir və qızışmaqdadır.

*****

Bu arada Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Karen Karapetyan müxalifət lideri Nikol Paşinyanla görüşdən imtina edib. Bu haqda Karapetyanın mətbuat katibi Aram Araratyan bildirib. Qeyd edək ki, aprelin 27-də saat 12:00-da İrəvan hotelində onların görüşü nəzərdə tutulmuşdu. Paşinyan görüşün KİV üçün açıq keçirilməsini istəyirdi. Lakin Krapetyan bundan imtina edib. İmtinanı da belə əsaslandırıb ki, jurnalistlərin iştirakı ilə heç bir effektli dialoq aparıla bilməz və belə görüşlərin mənası yoxdur.

karapetyan ile ilgili görsel sonucu

O, belə dialoq formatını Paşinyanın qarşı tərəflə diktə dilində danışıq istəyi kimi qiymətləndirib. Öz növbəsində müxalifət lideri Karen Karapetyanı siyasi iradəsizlikdə və qorxaqlıda suçlayıb, “Qarabağa dair danışıqları da beləmi aparacaqlar”, - deyə ironik şəkildə bildirib. Onu da bəyan edib ki, artıq əsas mandat - xalqın mandatı ondadır və əgər baş nazir özü olmasa, heç kim ola bilməyəcək.    

Pashinyan erevan ile ilgili görsel sonucu

“Yeni Müsavat ” xatırladır ki, aprelin 26-da Rusiya prezidenti Vladimir Putinlə Karen Karapetyan arasında telefon danışığı olub. Danışıq zamanı Ermənistandakı siyasi böhranın həlli yolları müzakirə edilib və bildirilib ki, nizamlanma yalnız mövcud konstitusiya çərçivəsində, 2017-ci ilin aprel ayında keçirilmiş legitim parlament seçkilərinin nəticələrinə əsasən baş verməlidir. Tərəflər həmçinin mayın 1-nə planlaşdırılan parlament tərəfindən respublikanın baş nazirinin seçilməsinə dair məsələni xüsusi vurğulayıblar.

Rusiya rəsmiləri Nikol Paşinyanla da təmas qurublar. Ancaq bu İrəvandakı səfir səviyyəsində olub. Və məlumatlara görə, indiyədək Ermənistan hakimiyyətinin “səhmdarları” qismində çıxış edən erməni mənşəli rusiyalı oliqarxlar ona müəyyən mesajlar göndəriblər, Paşinyana çatdırıblar ki, Moskva onun baş nazir olmasına izn verməyəcək.

*****

Yazı hazırlanarkən məlum oldu ki, Rusiya Dumasının MDB İşləri üzrə Komitəsinin deputatları İrəvana gediblər. axar.az xəbər verir ki, TASS İrəvana gedən nümayəndə heyətinə Leonid Kalaşnikovun rəhbərlik etdiyini bildirib. Nümayəndə heyətinin tərkibində ümumilikdə 9 deputat yer alıb. Onların İrəvanda erməni deputatlarla görüşü nəzərdə tutulub.

Pashinyan erevan ile ilgili görsel sonucu

Paşinyan isə istirahət günləri ilə bağlı, “xalqın istirahəti üçün” mitinqlərə ara veriləcəyini söyləyib. Lakin gələn həftənin əvvəlindən kütləvi aksiyalar yenidən bərpa ediləcək. Müxalifət lideri xalqı mayın 1-də, səhər saat 8:00-da mitinqlərə çağırıb.

Həmin gün parlamentdə yeni baş nazirliyə namizədlərin adları açıqlanmalıdır. Bəzi məlumatlara görə, “Qarabağ klanı”, oliqarxlar hakimiyyətdəki dayaqlarını və biznes maraqlarını qorumaq üçün müxtəlif kombinasiyalı oyunlara girişiblər və hətta müxalif hərəkatdan qarantiya almağa çalışırlar.

Paşinyaın öz şansı da zəif görünmür. Belə ki, ona lazım olan 53 səsdən (parlamentdə 105 deputat var) öz bloku da daxil, xalqın tərəfinə keçən “Tsarukyan” blokunun üzvləri hesabına artıq 40-ına sahibdir. 2 daşnak deputat və hakim Respublikaçılar Partiyasından 3 deputat da onun tərəfinə keçib. Demək, daha 5-6 deputat səsi məsələni həll edə bilər. Əsas mübarizə də yəqin ki, həmin deputatlar uğrunda gedəcək.

Hələliksə Ermənistanda inqilabın yekun nəticəsinə “hamilə” olan “tufanqabağı” sakitlikdir...(müsavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam