Rusiya nə Sarkisyanı, nə də Paşinyanı istəyir
Yenixeber.org: Mayın 1-də Ermənistan parlamentinin xüsusi iclasında yeni baş nazir seçkiləri keçirilib. Bu posta yeganə namizəd etiraz aksiyalarının lideri, parlamentdə müxalif “Çıxış” fraksiyasının rəhbəri Nikol Paşinyan olub. Altı saatdan çox davam edən iclasın yekununda Nikol Paşinyan baş nazir seçilməyib.
Hakim Respublika partiyasının deputatları Paşinyanın əleyinə səs veriblər. Bu səbəbdən etirazçı deputat baş nazir seçilməsi üçün lazım olan 53 səsi toplaya bilməyib. 7 gündən sonra parlamentdə yenidən seçki keçiriləcək.
Seçkidən sonra Paşinyan Ermənistan xalqını ümummilli tətilə çağırıb. O, tərəfdarlarına müraciətində bildirib: “İrəvanın əsas yollarını bağlayırıq. Kütləvi vətəndaş itaətsizliyinə, ümummilli tətilə başlayırıq, küçələri, magistralları, aeroporta aparan bütün yolları bağlayırıq”.
İrəvanda kütləvi etirazların keçirildiyi məqamda Ermənistanın sabiq prezidentləri Serj Sarkisyan və Robert Köçəryan birlikdə Moskvaya gediblər.
"Jamanak" qəzeti yazır ki, səfər zamanı eks-prezidentlər Ermənistanda baş verən son hadisələrlə bağlı Rusiyanın hakimiyyət dairələri ilə danışıqlar aparacaq, siyasi böhranı həll etməyə çalışacaqlar.
Parlamentdə baş nazir seçkisinin nəticələri, küçələrin yenidən qarışması və sabiq prezidentlərin Moskva səfəri göstərir ki, Paşinyanın baş nazir olması hələlik mümkün görünmür. Belə olan halda Ermənistandakı hadisələri gedişi necə inkişaf edəcək?
Millət vəkili, politoloq Rasim Musabəyov AzVision.az-a bildirib ki, Ermənistanda pərdəarxası siyasi alver gedir: “Nikol Paşinyan öz tərəfdarlarını kütləvi tətilə, yolları bağlamağa çağırıb və etirazlar hələ də davam edir. Demək olar ki, küçələrə nəzarət tam şəkildə Paşinyanın əlindədir. Hesab edirəm ki, pərdəarxası siyasi alver gedir. Hakim elita Paşinyanın baş nazir təyin olunduğu halda, bir sıra sahələrin, ilk növbədə güc strukturlarının, xarici siyasətin öz nəzarətlərində olmasını istəyir. Paşinyan isə bu təminatı vermir. O, deyir ki, əvvəlcə məni baş nazir təyin edin, sonrasına baxarıq. Təbii ki, buna da hakim elita getmir”.
R.Musabəyovun fikrincə, Ermənistanda hadisələrin sonrakı inkişafı müxtəlif cür ola bilər: “Tutaq ki, Paşinyanı baş nazir təyin etdilər. Bu zaman ötən bir həftə ərzində hökumətin proqramı təsdiqlənməlidir. Təsdiqlənmədiyi halda yenə də parlament buraxılır. Amma baş nazir kimi Paşinyan qalır. O isə mühüm postlara kimi istəsə təyin edir. Yəni, iki ay fironluq edir. Respublikaçılar isə buna getmirlər. Düşünürəm ki, pərdəarxası müəyyən alver gedir. Etirazların dağıdılması üçün kütləvi güc tətbiq olunması inandırıcı deyil. Çünki söhbət yüzlərlə etirazçıdan gedir. Ancaq erməni ənənəsində terror çox geniş yayılmış üsuldur. Ona görə də proseslərin müxtəlif cür inkişafının şahidi ola bilərik”.
Millət vəkili bildirib ki, Rusiya Ermənistandakı vəziyyəti öz nəzarətindən buraxmaq niyyətində deyil: “Serj Sarkisyanın yenidən hakimiyyətə qayıtması inandırıcı deyil. O, baş nazir kürsüsünə oturanda Moskvanın “xeyir-dua”sını almamışdı. Əslində ona məsləhət edirdilər ki, “vaxtın qurtarıb, çəkil kənara”. Amma o, qulaq asmadı. Bu baxımdan düşünmürəm ki, Sarkisyanı yenidən o kürsüyə qaytarsınlar. Nəzərə alsaq ki, Sarkisyanın pullarının bir hissəsi Rusiyadadır və Moskvanın nəzarətindədir. Təbii, onun imkanları və adamları var. Ondan tələb edirlər ki, həmin adamlar Rusiyanın istədiyi kimi iş aparsınlar. O cümlədən ,Köçəryandan da bunu tələb edirlər”.
Politoloq əlavə edib ki, Ermənistanda rəsmən Respublika partiyası hakim mövqedədir. Deputatların say çoxluğuna görə, hakim partiyanın razılığı olmadan heç bir proseduru həyata keçirmək mümkün deyil.
“Rusiya deyir ki, parlamenti buraxmayın, Paşinyanı isə baş nazir etməyin. Bunu etmək çox çətindir. Bu halda hər şey ola bilər. Ya razılığa gələcəklər və bu razılaşma nəticəsində güc strukturları, xarici siyasətə rəhbərlik edən şəxslər Rusiyanın adamları olsunlar”, - R.Musabəyov vurğulayıb.
Elvin Abdulqədirov