Çərşənbə günü Paşinyanın çağırışı ilə ölkədə yenidən etiraz aksiyaları başlamışdı. Aksiyaçılar hava limanına gedən yolları bağlamış, dövlət binalarına girişi əngəlləmişdilər. Bu səbəbdən nəqliyyatda və metroda gecikmələr müşahidə olunmuşdu.
Yerevanda Ermənistan bayraqları ilə yürüş keçirən minlərlə insan "Nikol baş nazir" şüarlarını səsləndirmişdilər.
Müxalif siyasətçi N.Paşinyan onu dəstəkləyənlərə səslənərək, aksiyalara bir müddət ara verilməsini istəyib. O, problemin həll olunmuş kimi göründüyünü və parlamentdəki bütün siyasi partiyaların onun namizədliyini dəstəklədiyini söyləyib.
Paşinyan mayın 8-də keçiriləcək ikinci səsvermədə baş nazir seçiləcəyini gözlədiyini ifadə edib.(qaynarinfo)