RUS ANALİTİKDƏN QORXULU PROQNOZLAR:"ABŞ kürdləri geri çəkmək qarşılığında Türkiyəni İranla savaşa təhrik edəcək"
Stanislav Tarasov
regnum.ru, 14.02.2018
ABŞ prezidenti Donald Trampın milli güvənlik məsələləri üzrə müşaviri Herbert Makmaster Türkiyəyə səfər etdikdən sonra Türkiyə ekspertlərinin əksəriyyəti, az qala, xorla bildirməyə başlayıb ki, “Türkiyə və ABŞ razılaşıb”. Konkret halda Türkiyə üçün “sülh” Afrindəki “Zeytun budağı” hərbi əməliyyatına ABŞ tərəfdən dəstək əldə etməyi, onun ümumiyyətlə Suriyada və xüsusən də Mənbicdə kürdlərlə hərbi-texniki və siyasi əməkdaşlıqdan imtinasını bildirir.
Yenixeber.org: İlk dövrlərdə Ankaranı hətta bu da çaşdırmırdı ki, Amerikanın “The National” nəşri bu günlərdə məlumat verib ki, Makmasterin qarşısında “Rəcəb Ərdoğanın Suriyada avantüraları və Rusiya və İranla tərəfdaşlığı haqda ABŞ və NATO-nun səbrinin həddini ABŞ-ın Yaxın Şərqdəki duruma yeni strateji görüşü ruhunda izah etmək” vəzifəsi qoyulub.
Makmasterin danışıqları İstanbulda Türkiyə prezidentinin rəsmi təmsilçisi İbrahim Kalınla keçib. Türkiyə prezidentinin dəftərxanası “Türkiyə və ABŞ arasında uzunmüddətli strateji tərəfdaşlığın davam etməyinin önəmi” göstərilən bəyanat yayandan sonra nəticəyə gəlmək olardı ki, ABŞ dövlət katibi Reks Tillersonun Türkiyəyə rəsmi səfəri zamanı ayrıntılı hansısa razılaşmalar əldə etmək olar. NATO baş katibi Yens Stoltenberq Suriyada durum üzrə Amerika-Türkiyə dialoqunu təbriklə çıxış edib və Ankaranı “Zeytun budağı” əməliyyatının gedişi haqda Brüsseli daha ətraflı məlumatlandırmağa çağırıb. Amma Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu cuşə gələn nikbinliyi tez soyudub. O, Ankaranın Vaşinqtonla münasibətlərinin normallaşmasının üç şərtini sadalayıb:
1. ABŞ Suriya kürdlərini silahlandırmağı dayandırmalıdır;
2. ABŞ zəmanət verməlidir ki, Suriya kürdlərinin hərbi bölmələri Suriyanın Mənbic şəhərini tərk edəcəklər;
3. Vaiz Fətüllah Gülən ABŞ-dan Türkiyəyə ekstradisiya olunmalıdır.
Amerikalılar tezliklə cavab veriblər. ABŞ müdafiə naziri Ceyms Mettis Brüsseldə türk həmkarı Nurəddin Canikli ilə görüşdən əvvəl bildirib ki, “Türkiyənin İŞİD-lə mübarizəyə cəmlənməsi lazımdır” və faktı etiraf edib ki, “kürdlər … görürlər ki, silahdaşları Afrində hücuma məruz qalıb və buna görə də İŞİD-lə mübarizədən yayınmağa məcbur olub öz qüvvələrini ora atırlar”.
Üstəgəl, Kobani, əl-Cəzirə, Hələbin şimalındakı Şeyx Məqsud rayonlarından Afrin bölgəsinə könüllülər göndərilir. Afrin sakinlərinə (1,5 milyon) ərzaq, mazut və ilkin zəruri mallar tədarükü Suriyanın şimalında hökumət qoşunlarının nəzarətindəki bölgələr üzərindən həyata keçirilir. Xatırladaq ki, Afrin bölgə administrasiyası əvvəllər Suriya dövlətini “öz borcunu yerinə yetirməyə və Türkiyə ilə sərhədi qorumağa” çağırıb. Hər şey dolaşıq düşüb. Qaldı ki ABŞ-a, Mettisə görə, o, hazırda diqqətini “Fərat çayı vadisində amansız döyüşlərə cəmləməyə çalışır”.
Lakin, baxışımızca, başlıcası hətta bu da deyil. Mettis “Türkiyənin öz ərazisində üsyançı hərəkat olan yeganə NATO-nun müttəfiqi” olduğundan danışmaqla qalmaqallı bəyanat verib. Məlum olduğu kimi, Ankaranın terrorçu elan etdiyi PKK Türkiyə ərazisində cənubi-şərq əyalətlərində mübarizə aparır. Amma bunlar ABŞ üçün eynilə Suriyadakı kimi “üsyançılar”dır. Hətta Türkiyənin “Hurriyet” qəzetinin məlumatına görə, Pentaqon “Suriya və Türkiyə sərhədlərinin qorunması üçün” Suriya Demokratik Qüvvələri (SDQ) birləşmələrinə təlim və məşqdən ötrü əlavə 300 milyon dollar tələb edib.
Aydındır ki, Vaşinqtonun belə qərarı Ankarada kəskin qıcıq doğurub. Türkiyə prezidenti Ərdoğan bununla bağlı ritorik şəkildə ABŞ-ı “tamaşanı qurtarmağa, maskaları çıxarmağa” çağırıb və hətta onu “Osmanlı yumruğu”yla hədələyib.
Amma maskalar çoxdan götürülüb, Osmanlı yumruğundan isə heç kim çəkinmir. Sadəcə, hadisələrin yeni dönüşü göz qabağındaıdr. Rusiya XİN başçısı Sergey Lavrov hərfən sıradakını deyib: “Moskvada şübhə yaranıb ki, ABŞ Suriyada həmişəlik olmasa da, uzun müddət qalmaq istəyir” və “Birləşmiş Ştatların Suriyadakı fəaliyyəti Suriyanın böyük hissəsində Fəratın şərq sahilində və İraq sərhədinədək necəsə bir qondarma dövlət yaradılmasını getdikcə daha çox xatırladır”.
Smolensk meydanı (Rusiya XİN binası Moskvadan bu meydanda yerləşir-tərc.)öz şübhələri üçün nəsə çox gec yetişib, amma Rusiyanın bir çox ekspertləri bu haqda çoxdan car çəkib və çəkirlər. Qeyd edək ki, söhbət daha çox Suriyada kürd dövlətinin yaranmasından gedir, amma əvvəllər ehtimalı təkcə Türkiyədə irəli sürülməyən ərazidə deyil.
“İndi artıq aydındır ki, hər şeydən əvvəl Rusiya HKQ-nin dəstəyi ilə Suriya ordusunun fəaliyyəti sayəsində İŞİD xilafət layihəsi kimi baş tutmayıb, – Lavrov deyib.- Lakin biz bu nailiyyətdə Amerika koalisiyasının müəyyən töhfəsini də inkar etmirik. Bununla belə, əlbəttə, Suriya torpağında yaradılmış xilafət konsepsiyasını və rüşeymini darmadağın edərək hələlik axırına çıxmamış və Suriyaya yayılaraq qonşu ölkələrə “sürünməyə” çalışan pərakəndə dəstələri məhv etməmişik. Bu, işin önəmli hissəsidir”.
Beləliklə, bütün əlamətlər üzrə Suriyada dayanıqlı səciyyə əldə edəcək sıradakı dispozisiya cizgilənir. Onun bəzi parametrlərini göstərək:
– ABŞ Suriyada hərbi iştirakı üçün İŞİD-dən bəhanə kimi istifadə edərək bu ölkədə onu bərpa etmək niyyətindədir;
– ABŞ İraq sərhədinə, daha dəqiqi, İraq Kürdüstanına çıxmaqla Suriyada kürd dövləti qurmaq layihəsindən imtina etməyib. İstisna deyil ki, ABŞ orada İraq, Suriya, Türkiyə və İran arasında “kürd körpüsü” deyilən qurum yaradacaq;
– Perspektivdə PKK döyüşçülərinin terrorçu deyil, “üsyançı” adlandırıldığı Türkiyənin parçalanması istisna olunmur; amma Türkiyəni hələlik “itirməmək” üçün belə aksiya sonraya saxlanacaq;
– ABŞ Suriyada İran, Rusiya və Türkiyənin hərbi iştirakının mümkün əks-fəaliyyət imkanının yeganə variantı kimi nəzərdən keçirilən şərait və durum yaradacaq. Sözügedən istənilən dövlətlərdən birinin bu ölkədən gedişinə məğlubiyyət kimi baxılacaq;
– İki ox formatlanacaq: ABŞ-İsrail-Səudiyyə Ərəbistanı və Rusiya-Türkiyə-İran. Bu zaman Türkiyənin ərazi bütövlüyünün saxlanması bəhanəsilə bu ölkədə kürd məsələsinin kəskinliyinin aradan qaldırılması vasitəsilə Türkiyəni bu alyansdan çıxaracaq və şiə İranıyla mübarizəyə təhrikləndirəcəklər ki, bunu da İsrail dəstəkləyəcək;
– ABŞ hadisələr inkişaf etdikcə avropalı müttəfiqlərini, xüsusən də Fransanı qoşmaqla ən geniş coğrafiyada durumun tənzimlənməsi üzrə danışıqlar gündəliyini və Şərqdə xristianlar problemini irəli sürəcək;
– Gələcək Suriya dövlətinin formalaşmsı prosesi ərəb amilini “oyuna” daxil edilməklə hər vəchlə pozulacaq.
Rusiyanın buna hazır olması lazımdır ki, bir müddətdən sonra Moskva-Ankara-Tehran xətti üzrə Suriyada duruma baxışlarda ciddi fikir ayrılıqları meydana çıxa bilər, bu da təkcə Suriyada deyil, artıq bütün bölgədə etibarlı və ədalətli sülhün əldə edilməsinə mane olar. Lakin hər şeydən qabaq hələ xeyli “zəif yerlərin” olduğu sərhədyanı Qafqazda mövqeləri möhkəmlətməyi lazımdır ki, istənilən gözlənilməz hadisədən yayınsın.
Bir sözlə, Rusiyaya xarici siyasətdə bütünlükdə Yaxın Şərqdə və xüsusən də Cənubi Qafqazda “böyük yenidənqurma” gərəkdir.
Türkiyəyə gəlincə, bir tərəfdən, NATO üzvü olmaqla Qərb koalisiya sistemində möhkəmlənib, digər yandan Avropa və ABŞ-da Türkiyə prezidenti Ərdoğana güclü inamsızlıq hökm sürür. O, Suriyanın şimalında kürdlərlə yeni hərbi münaqişəyə girməklə özünün siyasi gələcəyini karta qoyub. Afrin yaxınlığında uzunmüddətli ləngimə baş verərsə və ardınca çoxsaylı insan itkisi gələrsə, türklərin narazılığı Ərdoğanın özünü aşırda bilər.