Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiya Əsədi inandırdı: ABŞ isə Türkiyəyə qarşı...– Sensasiya

 

Amerika Suriyada buraxdığı səhvlərin əziyyətini indi çəkir

Yenixeber.org: Bunu  sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq ABŞ-ın Suriyada 30 kilometr enində təhlükəsizlik xəttinin qurulması barədə Türkiyəyə etdiyi təklifin məqsədli olduğunu düşünür:

“Türkiyə vaxtilə təkidlə tələb edirdi ki, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Suriyanın 30 kilometr dərinliyinə doğru sərhədboyu ərazilərdə hərbi təyyarələrin uçuşunu qadağa edən təhlükəsiz zonalar qurulsun. O zamanki ABŞ Prezidenti Barak Obama Türkiyənin bu təklini müdafiə etmədi. Ancaq Türkiyə təhlükəsizlik zonalarının yaradılmasına başladığı, üstəlik, sərhədində terrorçu qruplaşmaların qarşısını almaq üçün genişmiqyaslı hərbi əməliyyatlar keçirdiyi bir dönəmdə Amerika Ankaranın vaxtilə etdiyi təklifə qayıtmaq istəyir. Düzdür, bu təklif hələ ki sözdədir, ciddi müzakirə edilməyib. Ancaq ABŞ bunun müqabilində dərhal Türkiyənin Afrin, Menbic bölgəsində əməliyyatları dayandırmağı tələb edir. ABŞ Türkiyəni tələyə salmaq istəyir. Yəni ABŞ bununla bir tərəfdən PKK və YPG-dən ibarət 30 minlik ordunun yaradılmasını işə salmaq, digər tərəfdən isə təhlükəsizlik zonalarından kənar qalan bölgələri kürdlərin sərəncamına verməklə Aralıq dənizinə qədər uzanacaq kürd dəhlizini yaratmaq məqsədi güdür”.

Politoloq bildirib ki, ABŞ ciddi surətdə Türkiyənin bu bölgədəki missiyasını əvəzləyəcək bir qondarma dövlətin yaradılmasına cəhd edir:

“Bu qondarma qurum isə kürd dövləti ola bilər. Amerika dəfələrlə bu ideyanı kürdlərin qulağına pıçıldayıb, ancaq bu planı həyata keçirmək mümkün olmadıqca zamanı gələndə sözünü tutacağına dair kürdləri sakitləşdirməyə çalışır. Hesab edirəm ki, ABŞ indi Türkiyə ilə müvəqqəti razılaşmaya gedib, yenidən sərsəm ideyalarını - böyük kürd dəhlizini gerçəkləşdirməyə çalışır. Bu sarıdan Türkiyə tərəfində Amerikanın səmimiliyinə ciddi tərəddüdlər var. Zənnimcə, bu məsələ ABŞ-la ciddi səviyyədə razılaşdırılmadığından baş tutmaya bilər. Türkiyə hərbi əməliyyatları davam etdirir, Rusiya da Ankaranın bu addımını bəyənir. Çünki Türkiyə ABŞ-ın Suriyada iştirakına qarşıdır. Əsəd kürdlərlə müəyyən danışıqlar aparsa da, Rusiya Əsədi Türkiyənin apardığı əməliyyatların faktiki olaraq onun xeyrinə olduğuna inandıra bilib. Bir sözlə, Amerika Suriyada buraxdığı səhvlərin əziyyətini indi çəkir. O üzdən ABŞ-ın Yaxın Şərq strategiyasının işləyəcəyi ciddi sual altındadır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam