Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Eldəniz Quliyev siyasiləri “marallar“ adlandırdı

 

“Mən vicdanım qarşısında hesabat verirəm və o hesabatda xarici dövlət məsələsi yoxdur”

 

“Mən elə bir həqiqi müxalifət nümayəndəsi tanımıram ki, məni satqınlıqda, hansısa dövlətə agentlik etməkdə ittiham etsin”.
  "Xeberinfo.com": Bu sözləri Editor.az-a açıqlamasında “Ziyalılar Forumu”nun həmtəsisçisi Eldəniz Quliyev haqqında yayılan ittihamlara cavabında belə deyib.
Onun sözlərinə görə, o, heç bir dövlətə və beynəlxalq təşkilata emissarlıq etmir: “Mən müxalifət düşərgəsindən olan birini tanımıram… Yalançı ,yaxud psevdo müxalifət deyirsinizsə və siyasilər sözünü dırnaq içində işlədirsinizsə, onların peşəsi karvan dalınca hürməkdir. Düz danışan adama qarşı həmişə hədyanlar deyərlər!.. Araz Əlizadədir, Əli Əliyevdir, Qüdrət Həsənquliyevdir, Elçin Mirzəbəylidir, Cümşüd Nuriyevdir, Hafiz Hacıyevdir və onlara bənzəyən digər marallar! Onların işi-peşəsi quyuya daş atmaqdır… 
Onlar nə iddia edirlər etsinlər , dedikləri mənim üçün milçək vızıltısından cavayı bir şey deyil. Mən öz vicdanım qarşısında hesabat verirəm və o hesabatda xarici dövlət məsələsi yoxdur, ola da bilməz! Bir də çox şey iddia etmək olar. Nə olsun?! Hər bir irad,yaxud iddia sübut olunmalıdır. Faktla rəyi qarışıq salmayın, lütfən”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam