Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Müxalifətçilərdən Əli Mirəliyevə cavab

 

Müğənni Əli Mirəliyevin “Azərbyacanda müxalifət yoxdur” fikri  müxalifətçilərin narazılığına səbəb olub.
"Xeberinfo.com":  Məlumata görə, Müsavat başqanının müavini Səxavət Soltanlı “Yeni Müsavat”ın əməkdaşına bu barədə açıqlama verib. Onun sözlərinə görə, Ə.Mirəliyevin siyasətdən danışmağa heç bir haqqı yoxdur:
“O getsin şou ilə məşğul olsun, siyasət onluq deyil. Əli Mirəliyev ümumiyyətlə şou-biznes aləmində də uğurlu sənətçi deyil. Siyasətdən danışmaq üçün xeyli mütaliə etmək lazımdır”.
S.Soltanlı müxalifətin hazırda olan durumundan da danışıb:
“Azərbaycanda müxalifətin durumu  çox gərgindir. Hakimiyyət elə bir vəziyyət yaradıb ki, artıq mətbuatda mediada müxalifət haqda çox az hallarda məlumat verilir, liderlərin regionlara getməsinin qarşını alınır. Burdan da bir nəticə çıxartmaq olar ki,  hakimiyyət müxalifətdən çəkinir”.
Prezidentliyə sabiq namizəd Hafiz Hacıyev də müğənninin siyasət haqqında danışmasını pisləyib:
“Əli Mirəliyev yanlışlığa yol verir. Yaxşı olardı ki, o gedib şou-biznesdə olan artistlərin proqnozunu verib öz sahəsində olan kəm-kəsirdən, başqa yollarla pul qazanıb artist olanlardan, televiziyalarda gedən bezdirici şoulardan danışaydı.
Siyasətdən hər kəs danışa bilməz. Siyasət ağır sahədir, o hardan bilir ki, siyasət nədir. Mənim ona böyük hörmətim var, yaxşı insandır, ancaq gərək başı girmədiyi yerdən danışmasın.
Deyir ki, siyasi mülahizələr yoxdur. Gəlsin şəxsən mən ona xeyli siyasi mülahizələr oxuyaram, yaxud internetə girib mənim video yazılarımı, prezident seçkiləri zamanı dediyim fikirləri izləyə bilər. Ola bilsin, Əli Mirəliyevin başı həmin vaxt hansısa cavan müğənniyə qarışıb. Qarşıdan parlament seçkiləri gəlir, bu seçkilərdə bizim də mülahizələrimiz olacaq. Həmin vaxt mən özüm əlaqə saxlayıb Əli Mirəliyevə öz mülahizələrimiz haqda məlumat verəcəm. Onda görər ki, Azərbyacanda elə siyasətçilər var  ki, onlar öz səslərini lazımı səviyyədə, tonda çatdıra bilir”.
 
Hafiz Hacıyev də ölkədə olan müxalifətin fəaliyyətinin qənaətbəxş olmadığını deyib:
“Azərbaycanda iki cür müxalifət var-milli müxalifət və  xarici ölkə və dövlətlərə işləyən müxalifət. Bunu danmaq olmaz. İnanıram gələcəkədə müxalifət birləşib ümumilikdə birgə addım atacaq. Biz imkan vermərik ki, Azərbaycan dövləti xarici ölkələrin poliqonuna çevrilsin. Bəziləri xaricdən pul alıb ölkədə qardaş qırğını yaratmaq istəyir və yaxud elə fikirləşir ki, ölkə başçısını təhqir edib meydana müxalif kimi çıxa bilər, bu qətiyyən belə deyil”.
Partiya sədri bəzi şou-biznes nümayəndələrinin parlament sevdasından da danışıb:
“Məmurların bir çoxu aktrisa və müğənnilərdən xoşu gəlir, çalışır ki, onları nəyinsə hesabına parlamentə gətirsin. Bu sevgi parlamenti deyil axı, parlament ciddi yerdir, müğənnilərin orda nə iş var axı, orda da mahnı oxumayacaqlar ki? Ə.Mirəliyev də bəlkə də istəyir parlamentə gəlsin, sinəsini qabağa verib deyir ki, məsələ belə və yaxud başqa cür olmalıdır. Onlar gedib elə öz sahələrinə çalışıb xalqa xeyir versinlər, bəs edər, şou yapan insanları parlamentə çıxarda bilmərik. Əli Mirəliyevin sovet dövründə yaxşı mahnıları var idi, indi yəqin artıq onları unudub keçib siyasət haqında danışmağa . Mənim tövsiyəm gedib bir az dincəlsin. Nə haqda danışdığını bilmir”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu elə bir sənətçini tanımadığını deyib:
“İndi şou-biznesdə o qədər oxuyan var ki, adlaırnı belə yadda saxlamaq olmur. Əli Mirəliyev kimi sənətçi tanımıram”.
Qeyd edək ki, bu günlərdə sənətçi Əli Mirəliyev “Yeni Müsavat”ın əməkdaşına açıqlama verərək bildirmişdi ki, Azərbaycanda müxalifət yoxdur. Onun sözlərinə görə ölkədə siyasi lider kimi fəaliyyət göstərən yalnız prezidentdir.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam