Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Müxalifət mənim üçün nə edə bilər ki?“

 

“Məni yalnız dövlətim, xalqım və prezidentim müdafiə edib. Sağ olsun, prezidentin göstərişi ilə azad edilmişəm. Müxalifət mənim üçün nə edə bilər ki?”.

 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə AzVision.az-a mətbuatın gündəmindən düşməyən keçmiş məhkum Lamiyə Quliyeva deyib. Ötən gün Milli Şuranın mitinqində adının hallanmasına etiraz edən L.Quliyeva müxalifətçiləri siyasi oyunbazlıqda ittiham edib.

“Məni prezidentim azad edib. Bu işdə jurnalistlərin işi böyük olub. Müxalifət mənim üçün heç nə etməyib. İndi də adımdan istifadə edirlər. Onlar kimdirlər ki, mənim namusumu qorusunlar? Müxalifətlə heç bir əlaqəm yoxdur və xahiş edirəm ki, onlar da mənim adımı hallandırmasınlar”.

L.Quliyeva bundan sonra mətbuatın gündəmində olmaq istəmədiyini deyib.

“Neçə dəfə verilişlərə dəvət ediblər, qəbul etməmişəm, artıq gündəmdən düşmək və sakit həyat yaşamaq istəyirəm. Kimsə məni silah kimi ortada istifadə etməsin. Ola bilər ki, işin gedişatı prosesində onlar da məni dəstəkləyən yazılar yazıb, ədalətin bərpasını tələb ediblər, buna görə də təşəkkür edirəm, amma başqa cür müdafiə görməmişəm”. 

Qeyd edək ki, müxalifətin ötən gün keçirilən mitinqində AXCP sədrinin müavini Nurəddin Məmmədli çıxışında deyib ki, Milli Şura Lamiyənin namusu uğrunda mübarizə aparırmış.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam