Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Putin Avropaya necə meydan oxuyur?

 

  Fransada nəşr olunan ”Slate.fr” jurnalında “Rusiya Avropanın yanacaq doldurma məntəqəsidir” adlı maraqlı analitik məqalə dərc olunub. Müəllif Daniel Qross Ukrayna böhranına görə Avropanın niyə Rusiyaya qarşı sərt qərarlar verə bilmədiyini təhlil edir, Putinin Avropaya meydan oxuya bilməsinin səbəblərini gösətirir.
"Xeberinfo.com" maraqlı məqalənin tərcüməsini təqdim edir.

“Malayziya Hava Yollarına” məxsus təyyarənin vurulmasından sonra Ukraynadakı hadisələrin qızışdırılmasının qarşısını almaqdan ötrü bir çox Avropa vətandaşında, onların öz hakimiyyətləri tərəfindən Vladimir Putinin cəzalandırılması istəyi baş qaldırıb.
Avropa Komissiyasının analitik hesabatına görə, Rusiyaya qoyulan investisiyaların dörddə üçü Avropa Birliyinin payına düşür. Uzun illərdir ki, Avropa ölkələri ilə Rusiya arasında ticari, iqtisadi və digər məsələlərdə geniş əlaqələr qurulub. İndiki gərgin şəraitdə də bu münasibətlər davam edir.Ukrayna münaqişəsinin gərginləşməsinə baxmayaraq, Fransa heç də ucuz sayılmayan iki döyüş gəmisinin rus ordusuna satılmasından vaz keçməyib. Rusiyalı varlılar isə hələdə Londandakı bahalı daşınmaz əmlak və zənginliyin zahiri görüntülərini nümayiş etdirən digər atributların aktiv alıcısısı sayılırlar.

Avropa Birliyi Rusiya ilə ticarət əlaqələrini kəsmək istəyərsə, bu proses avropalılara əhəmiyyətli ziyan verməyə də bilər. Ancaq bunun əksinə olarsa, Moskva onun üçün ciddi nəticələr törədəcək zərbələr alacaq. Ümumiyyətlə isə 2013-cü ildə Avropa Birliyinə ixrac olunan rus mallarının ümumi dəyəri 206,5 milyard avro təşkil edib. Rusya isə AB-dən 120 milyard avroluq məhsul ixrac edib.
Əgər rəqəmlərə çox diqqətlə nəzər yetirsək, etiraf etməliyik ki, indiki vəziyyət Avropanın Rusiyaya qarşı sanksiya tətbiq etmək marağını xeyli azaldır. Sadə dillə belə ifadə etməliyik ki, Rusiya Avropanın yanacaq doldurma məntəqəsidir. Hesab edək ki, siz adət etdiyiniz yaxınlıqdakı yanacaq doldurma məntəqəsinə getməkdən imtina edirsiniz. Əlbəttə ki, bu hərəkətinizlə həmin məntəqənin biznesinə ziyan vurmuş olacaqsınınz. Ancaq bunula yanaşı siz də müəyyən problemlərlə qarşılaşacaqsınız. Yəni evə vaxtında çata bilməyəcək və ya uşağınızı məktəbə aparmaqda çətiniklərlə üzləşəcəksiniz.

AVROPAYA DAHA ÇOX TƏBİİ QAZ LAZIMDIR

İqtisadi nöqteyi-nəzərdən Rusiya nisbətən kasıb və zəif inkişaf etmiş ölkədir. Başqa cür desək, Rusiya dağ mədən sənayesi, təbii resursların ixrac edilməsi hesabına yaşayır. Həmin təbii resursların əksər hissəsi isə təmizlənmədən birbaşa xammal şəklində satılır. Şübhəsiz ki, bunların içərisində daha çox mənfət gətirən məhsullar neft və qazdır. ABŞ-ın “Enerji informasiyası idarəsinin” məlumatına əsasən, 2012-ci il Rusiya Federasiyasının ümumi gəlirinin 70%-i məhz karbohidrogenlərin payına düşüb. Rus qazının böyük bir hissəsini öz daxili enerji resurslarında qıtlıq və problemlər yaşayan varlı Qərbi Avropa ölkələri alır. Avropanın əsasən Şimal dənizində yerləşən neft ehtiyyatları durmadan azalır. Hələki, Avropa dərin “hidrolik fraktrasiya” adlanan üsul vasitəsilə böyük həcmli təbii qaz istismarına baş vurmayıb. Digər yandan isə daş kömürdən imtina, Almaniyada atom elektrik stansiyalarının dayandırılması tələbi və bir çox siyasi qərarlar elektroenerji sektorunda qazdan itifadəyə ehtiyacı artırır.

Rusiya öz neftinin 84%-i, qazının isə üçdə birini Avropa bazarına ixrac edir. Avropa öz qazının təxminən 30% -ni Rusiyadan alır.
Ümumiyyətlə isə Avropa ilə Rusiya arasındakı ticarət mübadiləsinin böyük hissəsini yanacaq təşkil edir. 2013-cü ildə AB Rusiyadan 166,4 milyard avro dəyərində yanacaq idxal edib ki, bu da Rusiyanın AB –yə ümumi ixracının 80% deməkdir.

Deməli, ona görə də bir çox iri Avropa müəssisələri birbaşa Rusiya yanacağı ilə sıx əlaqədədirlər. Almaniyanın keçmiş kansleri Gerhard Şröder 2005-ci ildəki seçkilərdə Angela Merkelə məğlub olduqdan sonra “Qazprom”şırkətinə aid olan “Nord Stream AG” aksioner şirkətinin komitə sədri oldu. “Nord Stream AG” şirkəti Rusiyadan Qərbi Avropaya qazın çəkilişi və onun daimi işinin təşkil olunması məsələləri ilə məşğuldur. Bu ilin aprel ayında isə Gerhard Şröder Krımdan özünə ev də alıb. Avropanın bütün böyük neft şirkətlərinin Rusiyada biznesi mövcuddur.

Bunlardan əlavə bir çox Qərbi Avropa ölkələrinin hökumətləri Rusiya enerji daşıyıcıları ticarətində fəal rol oynayırlar. ”The New York Times” qəzeti “Qazprom”la uzun və mürəkkəb tarixi əlaqələri olan Avstriyanın iri sənaye şirkəti olan “OMV” –nin işlərindən yazaraq bildirir ki, Avstriyanın istehlak etdiyi qazın 60%-i Rusiyadan gəlir və qaz nəqliyyatı şəbəkəsi olan “OMV” Rus qazının Avropaya tranzitində əhəmiyyətli yer tutur. Ona görə də təəccüblü deyil ki, Avstriya Rusiyaya qarşı sərt tədbirlər görməyin əleyhinədir.

Əgər Avropa Birliyi qəflətən Rusiyadan gələn neft trubasının qapadılması haqqında qərar çıxararsa, sözssüz ki, bu hərəkət qısa müddətli perespektivdə Rusiyaya böyük və sarsıdıcı zərbə vuracaq. Ancaq bütün bunlara baxmayaraq rus neftinin istənilən qədər alıcıları tapılacaq.

O ki qaldı təbii qazın satış məsələsinə, Rusiyanın Şərq tərəfində Çin kimi böyük müştərinin peyda olması artıq çox mətləblərdən xəbər verir. Hal-hazırda hələki, avropalılar üçün Rusiya qazını əvəzləyəcək yeni və iri bir mənbə yoxdur.”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam