Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“RUSİYA – İLGƏK DARALIR” – Putin ölkəni daha dərin quyuya dartmağa hazırdır

 

  ABŞ-da nəşr olunan “Amerikan Thinker” jurnalı Vladimir Putinin Ukraynaya aqressiyasından sonra Rusiya iqtisadiyyatında yaranmış böhranla bağlı maraqlı təhlili məqalə dərc edib. AzPolitika.info “Rusiya – İlgək daralır”adlı məqalənin tərcüməsini təqdim edir.

“Hələ bu yaxınlarda Vladimir Putini Rusiya iqtisadiyyatını fəlakətdən qurtardığına görə xeyli tərifləyirdilər. Hətta Putinin iqtisadi siyasətini mükəmməl və ölkə üçün mühüm hesab edən bir çoxları bu nailiyyətlərə görə onun repressiv fəaliyyətlərinə fikir verməməyi də məsləhət görürdülər (Hitlerin hakimiyyətinin ilk illərində də belə olub). Ancaq hal-hazırda Rusiya iqtisadiyyatı tüstülənən xarabalığa çevrilib və Putini göylərə qaldıranlar gizlənməyə yer axtarırlar.
Bu yaxınlarda Vyana İqtisadi Araşdırmalar İnstitutu məlumat yayıb ki, 2013-cü il illə müqayisədə Rusiyaya olunan birbaşa xarici investisiyaların ümumi həcmi şokedici dərəcədə, yəni 50% aşağı düşüb. Beləliklə də, Rusiya bütün Şərqi Avropada ən az cəlbediciliyə malik ölkə səviyyəsinə çevrilib. Vyana İnstitutu hesab edir ki, bu cür fəlakətli itkinin başlıca səbəbi Putinin Ukraynaya qarşı aqressiyası ilə əlaqədardır. Onun hərəkərləri nəinki təkcə Rusiya iqtisadiyyatına, eləcə də Şərqi Avropaya böyük ziyan gətirəcək və nəticədə isə Moskvanı öz qonşularından daha da uzaqlaşdıracaq.
HSBCBundan başqa beynəlxalq bank nəhənglərindən biri olan “HSBC” bildirib ki, Rusiyanın xidmət sahəsindəki inkişaf tempi son beş ilin ən aşağı həddinə enib və may ayındakı iqtisadi fəaliyyət aktivliyi 46,1-ə düşüb. Həmin indeksin mənası belədir ki, əgər onun göstəricisi 50-dən yuxarıdırsa bu yüksək səviyyə sayılır. Əksinə olanda isə iqtisadi düşüş hesab edilir.
Rusiyaya qarşı yönələn güclü iqtisadi təzyiqlər hökuməti öz valyuta ehtiyyatlarının böyük hissəsini rublun və dövlət səhmlərinin qorunmasına sərf etməyə məcbur edib. Bu il Rusiya xəzinəsindən 40 milyard dollara qədər pul qiymətli rezervdən axıb gedib. Onu da demək lazımdır ki, belə “qanaxma” 2014 -cü ilin axırına kimi ümumi şəkildə Rusiyaya 200 milyard dollar həcmində sarsıdıcı zərbə vuracaq. Rublun və fond bazasının qorunması dövlət xərclərindəki problemlər aysberqinin yalnız görünən yuxarı hissəsidir. Artıq Putin rejimi açıq şəkildə etiraf edir ki, məhv olmadan qurtulmaq üçün iqtisadiyyatın bank və enerji sektorları dövlət tərəfindən ciddi şəkildə yenidən kapitallaşdırılmadın keçirilməlidir. Məsələn Rusiyanın dövlət qaz inhisarçısı “Qazprom”-un infrastrukturunun maliyyələşdirilməsi və bu yaxınlarda Çinlə bağlanmış müqavilədəki öhdəliklərin yerinə yetirilməsi üçün 50 milyard dollara ehtiyac var.
71551Aşağı düşən rubl, bazar səhmləri, ümumi daxili məhsulun rəqəmləri – bütün bunların hamısı altı il öncəki dünya maliyyə böhranının Rusiyaya necə təsir etdiyini xatırladır. Rusiya dövlət bankının yüksək vəzifəli məmuru “Reuters” agentliyinə bildirib: ”İndiki böhran 2008-ci ildə olduğundan daha ciddidir. Onda bütün dünya ölkələri bir qayıqda idilər. İndi həmin qayıqda yalnız Rusiya qalıb və hər kəs öz problemlərini həll etməkdən yana bu qayığı batırmaq istəyir. Bu il hədsiz çətin olacaq.”
Bütün iş ondadır. Putinin Ukraynaya qarşı aqressiyası geniş masştablı beynəlxalq sanksiyaya gətirib çıxarıb. Bu Rusiya iqtisadiyyatına qasırğa kimi təsir edib. Sanksiyalara Putinin reaksiya verməmək cəhdləri sadəcə gülüş doğurur. ”Ekonomist” jurnalı Putin tərəfindən ümidsiz vəziyyətə salınmış Rusiya haqqında yazıb: ”Putin strategiyasının çatışmamazlığı ondan ibarətdir ki, o, özünün daxili qorxusuna Ukrayna siyasətini idarə etməyə icazə verir. O, Ukraynanı bir müttəfiq və Avrasiya ittifaqı ilə potensial əməkdaşlıq edə biləcək bir ölkə kimi itirib. NATO isə öz müdafiə sistemini möhkəmləndirir. NATO gücləri Rusiya sərhədindəki Polşa və Baltika ölkələrində təlim keçirlər. Putinin qorxulu röyası onun Ukraynadakı hərəkətlərindən sonra gerçək olmağa başlayıb. Rusiya özünün Avropa və Qərbdəki suverenliyini və iqtisadi təsir imkanlarını qorumaq uğrunda mübarizə aparmaqla, Çindən asılı vəziyyətə düşür.”
Bu hələ hamısı deyil. Putin onun öz ölkəsindən ayrılmaq istəyən regionlar üçün müəyyən separatizm presedenti yaradıb. Putin tərəfindən qorxudulmuş ölkələrlə əhatə olunmuş, izolyasiyadakı Kalininqrad vilayəti də özünü kəskin pis hiss etməyə başlayacaq.
Çin çox sərt əməkdaşdır və Avropanın əvəzinə üstünlüyü onlara vermək ancaq axmaqlıqdır. Lakin Putin Rusiyanı daha dərin quyuya dartmağa hazırdır. O açıq şəkildə Şimali Koreya tipli dövlətlər və Avropanın faşist ekstemistləri ilə yaxınlıq etmək istəyir.
042600076798Bir çox məna daşıyan karikaturada təsvir olunan Putin, köynəksiz özəl bir kluba yollanır. O, bir əlində böyük dəyənək tutub və digər əlində isə döşəmə ilə sürüklədiyi qadının saçlarından yapışıb. Qadın Ukraynadır. Həmin klub isə böyük dövlətlərin “G-8” təşilatıdır. Putini qapı ağzında saxlayırlar və bildirirlər ki, onun xarıcı görünüşü klubun qaydalarına uyğun gəlmir.
Vladimir Putin Qış Olimpiya oyunlarına 50 milyard dolları yalnız bir məqsəd üçün xərcləyib. O, istəyirdi ki, bütün dünyaya Rusiyanın üstün və mədəni dövlət olduğunu nümayış etdirsin. Ancaq onun tankları Ukraynaya daxil olan zaman Putinin gördüyü bütün işlər oda atıldı. İndi Putin çox yalnız adamdır və özünün iqtisadi uğursuzluğunu vətəndaşlardan gizlətmək üçün yalnız dövlətin repressiv imkanlarına bel bağlayır. Məhz belə bir taktika SSRİ-nin dağılmasına səbəb olmuşdu.

Tərcümə etdi: Vaqif Nəsibov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam