Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Ruslar Mariupol şəhərinə hücuma hazırlaşırlar

 

Rusiyapərəst separatçı yaraqlılar Mariupol şəhərinə hücuma hazırlaşır. Azadlıq Radiosunun Frans Pressin agentliyinə istinadən məlumatına görə, strateji liman şəhərini qoruyan Ukrayna batalyonlardan birinin – “Azov” batalyonunun “Bəbir” adlı döyüşçüsü avqustun 31-də deyib ki, “biz bu şəhəri qoruya bilərik. Ancaq nə qədər vaxta? Bizim onlara qalib gəlməyə gücümüz yoxdur”.
 "Xeberinfo.com": 
Frans Press yazır ki, “Azov” batalyonu ən radikal milətçilərdən ibarətdir və ən döyüşkən batalyonlardan biridir.

Rusiyaya qarşı yeni sanskiyalar hazırlayan Avropa Birliyinin sammitində, avqustun 30-da Britaniyanın baş naziri Cameron Rusioyaya xəbərdarlıq etdi ki, Moskva bu təcavüzünü davam etdirsə, “Britaniyanın Rusiya ilə, Avropa Birliyinin Rusiya ilə, ABŞ-ın Rusiya ilə münasibətləri əvvəlkindən radikal şəkildə fərqli olacaq”.
Sammitdə Litva prezidenti Dalia Grybauskaite deyib ki, “Rusiya praktiki olaraq Avropa ilə müharibədədir”.

Bu arada Rusiya prezidenti Putin Rusiya televiziyasının 1-ci Kanalına müsahibəsində deyib ki, Ukrayna böhranının tezliklə həll olunacağlnı gözləmir.
O, bunu Ukranyada parlament seçkiləri ilə izah edib: “Ukrayna parlament seçkçiləri ərəfəsindədir. Ona görə, namizədlər sərt danışacaqlar. Belə şəraitdə kiminsə hərbdən yox, sülhdən danışacağını gözləmək çətindir.”
“Böhran necə başa çatacaq?” sualına Putin cavab vermək istəməyib. O, deyib ki, “Bu, Ukrayna hakimiyyətinin siyasi iradəsindən asılıdır”.
Putin həmçinin bildirir ki, Ukraynada hərbi əməliyyatlar dərhal dayandırılmalıdır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam