Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Azərbaycan narkotrafik şəbəkəsinin tam üzvüdü”

 

 

    "Xeberinfo.com": Milli Şura iyulun 30-da RATİ-nin mətbuat konfransında  ictimai dinləmələr keçirilib. Dinləmələr Gürcüstanda saxlanılan 3 ton heroinlə bağlı olub.

 

“İnsanların siyasi fəaliyyətinə qarşı mübarizədə narkotika mühüm vasitəyə çevrilib”

 

Giriş nitqi çıxış edən Milli Şuranın sədri Cəmil Həsənli bildirdi ki, ölkə “halal və gözəl respublikamızı” narkotiranzit ölkəyə çevriliblər: “Azərbaycan hökuməti narkotikadan iki yolla bəhrələnir. Birincisi biznes kimi, ikincisi siyasi fəallara qarşı istifadə edir. Narkomaniya ölkəmizi təhdid edən problemə çevrilib”.

Milli Şura sədri bildirdi ki, hazırda 13 siyasi fəal narkotika ittihamı ilə həbs olunub. O, əminliklə bildirdi ki, onlardan heç birinin narkotikayla bağlılığı yoxdur: “İnsanların siyasi fəaliyyətinə qarşı mübarizədə narkotika mühüm vasitəyə çevrilib”.

Cəmil Həsənli Hacı Taleh Bağırzadə və başqa dindarlara qarşı saxta narkotik ittihamını da pislədi: “İnanclı insanların narkotika ilə şərlənməsi bütövlükdə islamın narkotikaya bulaşdırılmasıdır. Saxta ittihamlarla belə adamları həbsə atmaq hakimiyyətin yalnız hüquq anlayışından deyil, əxlaq anlayışından da uzaq olduğunu göstərir”.

“Azərbaycan müstəqilliyinə qovuşandan sonra ən böyük narkotika böhranı baş verib. Gürcüstanda böyük həcmdə Azərbaycandan keçən narkotika saxlanılıb. Bu məlumatlar şaiyə deyil, rəsmi məlumatlardı. Bizim ölkənin rəsmi dairələri təşəbbüs qaldırırdılar ki, işğal olunmuş əraziləri narkotrafik əraziləri kimi beynəlxalq aləmə təqdim etsinlər. Yəni, Ermənistanın işğalı altında olan ərazilərin narkotrafik zonasıdı dünyaya çatdırsınlar. İndi birdən-birə Azərbaycanın bir başından maçşın daxil olur, təxminən 800 kilmetrlik məsafəni qət edir, verilən rəsmi məlumata görə hətta burada təkrar istehsal hadisəsidə baş verib. Azərbaycanda boya fabrikinin qablarından digər ölkənin ərazisinə gedib. Bu dövləti, milli rüsvayçılıqdı. Hakimiyyət Azərbaycanı elə bir həddə gətirib çıxarıb ki, Latın Amerikasının tanınmış ənənəvi ölkələriylə Azərbaycanın adı bir sırada çəkilir. Mətbuatda yarızarafat, yarı gerçək belə ifadə işlədilir: Görünür qeyri neft sektorunun inkişafı hakimiyyəti belə analoqu olmayan gəlir gətirən sahədə tapmaq istəyir”, - deyə Cəmil Həsənli qeyd etdi.

Milli Şura sədrinin sözlərinə görə, harada neqativ hadisə baş verir Azərbaycanın adı onun içərisindən çıxır: “Londonda bir müddət əvvəl olimpiada keçirildi. Yalnız bir ölkənin adı rüşvət qalmaqalında hallandı. Bu Azərbaycan idi. Avstriyada Suriya hakimiyyətinin pullarını axtarırlar, eyni zamanda ondan daha çox “şapka” tikdirən Azərbaycan hakimiyyətinin pulları çıxır. Yaxud offşor zonalarda oğurlanmış, ölkələrdən qaçırılmış pullar axtarırlar, ən böyük məbləğ bziim ölkədən çıxır. Bu siyahını uzatmaq olar. Harada neqativ, qanunazidd, oğurluq və başqa məsələlər var, Azərbaycanın adı hallanır”.

Kim danışırsa da İranın yaxasından yapışır. Yaxşı İran pisdi, bunu öz sərhədindən buraxdı. Gəlib bizim sərhəddən buraxdırmayıb ki? Ölkənin içərisində sex tikdirib təkrar istehsal etməyib ki? Gürcüstan sərhədindən də İran buraxdırmayıb ki? Biz ilk növbədə öz ölkəmizin içərisində hallalıəq axtarmalıyıq. Məktəblərimiz dağılıb gedir, səhiyyə sistemimiz qara gündə, mədəni həyatımız ondan da bərbad vəziyyətdədi. Bu gün sizə şad xəbər vermək istəyirəm. İranda türk dilinin işlənməsi üçün çox çalışırdılar. İrana o qədər xəstə gedir ki, bütün elanlar, reseptlər artıq türk dilində yazılıb”.

 

“Əhalisinin 2 milyonu narkomaniyanın nəticələrindən əziyyət çəkir”

 

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev öz məruzəsində bildirib ki, narkotrafik haqqında ilk araşdırma 2006-cı ildə aparılıb, həmin vaxt jurnalist Mirzə Sakit narkotik saxlamaq və istifadə etmək ittihamı ilə həbs edilmişdi: “Həmin vaxt Azərbaycan üzrə açıq beynəlxalq statistik məlumatlar hələ yox idi, ancaq Mərkəzi Kəşfiyyat İdarəsi, Federal Təhqiqat Bürosu və digər xüsusi qurumların Əfqanıstanda narkotik istehsalı və narkotikin daşınması marşrutları haqqında açıq məlumatları əsasında 200 tona yaxın bir rəqəm çıxarılmışdı. İl ərzində Azərbaycandan məhz bu ölçüdə narkotik keçir. BMT-nin kriminal və narkotiklər üzrə ofisinin rəsmi məlumatına görə, 2012-ci il ərzində Azərbaycan vasitəsilə Avropaya və Rusiyaya 4 milyard dollar dəyərində 308 ton narkotik daşınıb. Azərbaycandan keçən narkotiklərin 90%-i İran vasitəsilə Əfqanıstandan gəlir. Bu məlumatları vaxtilə Dövlət Gömrük Komitəsinin gömrük pozuntuları və qaçaqmalçılığa qarşı mübarizə İdarəsinin rəhbəri Güloğlan Muradlı təqdim etmişdi”.

“Beynəlxalq qurumların hesabatları Azərbaycanda narkomanların sayının sürətlə artdığını göstərir. İnyeksiya narkomaniyası üzrə ölkə ilk yerlərdən birini tutur - əhalinin 5 faizdən çoxu bu kateqoriyaya aiddir. Bu, təxminən yarım milyon insan deməkdir. Orta statistik Azərbaycan ailəsinin 4 nəfərdən ibarət olduğunu nəzərə alsaq, 9 milyonluq ölkə əhalisinin 2 milyonu narkomaniyanın nəticələrindən əziyyət çəkir”, - deyə Mehman Əliyev qeyd edib.

 

“Ölkə sözün tam mənasında fələkət qarşısındadı”

 

Dinləmələrdə iştirak edən keçmiş polis zabitləri etiraf ediblər ki, narkotrafik dövlət qurumlarının və məmurların himayəsi altında həyata keçirilir.

İstefada olan polis polkovniki Mahmud Hacıyev bir çox ölkələrdə, o cümlədən Rusiyada olduğu kimi, Narkotiklərə qarşı Mübarizə Baş İdarəsinin DİN-in tərkibindən çıxarılmasının və narkotrafikə qarşı mübarizə üzrə müstəqil dövlət müəssisəsinin formalaşdırılmasının tərəfdarı olduğunu bildirib: “Azərbaycanda narkomafiya çox güclü şəkildə inkişaf edib. Ölkə sözün tam mənasında fələkət qarşısındadı. Narkomaniyaya qarşı mübarizə demək olar ki, getmir. Hərdən KİV-də yazırlar ki, qərb bölgəsi belə getdi, cənub bölgəsi elə gəldi. Azərbaycanın bütün bölgələri pis gündədi. Bunu Şərqə, Qərbə bğölmək düzgün deyil”.

 

“Baş verənlər bir daha sübut olunur ki, bu dövlət siyasətinin nəticəsidir”

 

AXCP sədri Əli Kərimli çıxışında bildirdi ki, söhbət adi bir cinayətkarlıqdan, qrup şəklində olan cinayətkarlıqdan getmir: “Bu bir dövlət siyasətidi. Başqa necə bu hökumət izah edə bilər ki, bir qrama görə insanlar həbsdədi. Mən yalandan, böhtanla tutulanları demirəm. Üzərilərində 1 qram tapılan adamlar həbsxanaların hazırda 35-40 faizini təşkil edir. Ancaq 3 tonda 3 milyon qram. 3 milyon qrama görə bir kişi ölkədə hələ məsuliyyət daşımayıb. Normal hökumət olsaydı bizə keçə bilməzdi, necə ki, Gürcüstanı keçə bilmədi. Ancaq tutaq ki, hansısa dövlət orqanının səhvi olmuşdu, dövlətin, hökumətin reaksiyası necə olmalı idi? Təhlükəsizlik Şurası, yaxud Nazirlər Kabineti toplaşmalı idi. Neçə yerdə keçib? Gömrükdən, sərhəddən, Daxili İşlər Nazirliyinin bir diviziyasının, Milli Təhlükəsizlik Nazirliyinin nəzarətindən keçib. Bunların heç biri niyə məsuliyyət daşımır? Əgər doğrudanda siyasi iradənin xaricində baş versəydi bu, o adamlar ən azından vəzifəsinin öhdəsindən gələ bilmədiklərinə, səhlənkarlığa görə işdən çıxarılmalıydı. Nəinki cinayət, hətta inzibati məsuliyyəti belə bir nəfər cəlb olunmur. Bizim bu hökumətə narkotrafiklərin qarşısını almaq üçün təkliflərimizin heç bir perespektivi yoxdur. Onlar indi bu saat nə barədə düşünürlər? Necə edək ki, Gürcüstandan da keçsin başımız ağrımasın? Necə edək Rusiyadan ilişməsin biz o ton yarımın izahatını vermək məcburiyyətində qalmayaq? Bunun haqda düşünürlər. Baş verənlər bir daha sübut olunur ki, dövlət siyasətinin nəticəsidir. Narkotikanın dövlət siyasətinin nəticəsinin olması iki ağır nəticəni ortaya qoyur. BMT-nin hesabatına görə, Azərbaycanda təxminən hər 5-6 ailənin bir üzvü narkomandı. Əminəm ki, bu hesabatda dəqiq deyil. Bu iş mümkün qədər gizlədilir. BMT-nin ekspertlərinin də imkanları yoxdur ki, bunu araşdırsın. Hətta ortada olan bu hesabat Azərbaycanda 5 ailədən birin bədbəxtliyə düçar edildiyini ortaya qoyur.  Niyə görə bu imkanı yaradıblar? Şüurlu şəkildə daxilə satışa imkan yaradılması üçün bu cür ediblər. Bəli, bu gün 500 min nəfər o daxili bazarın istifadəçisi var. Bu, xalqa qarşı cinayətdi”.

AXCP sədri dedi ki, Azərbaycanda bütün ağır cinayətlərin üzərində monopoliya var: “Elşad Abdullayevin videolarından sübut olundu ki, mandat alveri dövlət səviyyəsindədi. Adam oğurluğu, insan alveri, korrupsiyadövlət səviyyəsindədi. İndi də məlum olur ki, narkotrafikdə Azərbaycanda dövlət səviyyəsində idarə olunur. Azərbaycanda bütün ağır cinayətlərin üzərində monopoliya var. Burada qeyd olundu, narkomaniya ilə bağlı açılan cinayət işlərinin bəziləri qurulmuş işlərdi, statistikaya hesablanıb, razıyam belə hallar var, ancaq müəyyən bir hissəsidə monopoliyanı qorumaq üçündü. Kiçik, xırda adamlar bazara girəndə, dövlətin bütün gücüyülə onları elə əzirlər ki, bir daha bu bazara girməsinlər. Bizim bütün çağrışlarımız xalqa çatmalıdı. Dəfələrlə demişəm, bunun baçşqa bir alternativini də görmürəm. Bu hökumət, siyasi rəhbərlik, idarəetmə, insanlara münasibət qaldıqca heç bir mütəşəkkül cinayətkarlığın heç biri aradan qalxmayacaq. Əksinə, bu günü-gündən mütəşəkkil cinayətkar dəstələr öz inhisarını Azərbaycanda daha da artıracaq. Biz cəmiyyət olaraq öz məsuliyyətimizi başa düşməliyik”.

 

“Ölkələr var ki, narkomaniyanı xəstəlik kimi qəbul edib cinayət məcəlləsindən çıxardıblar”

 

ReAL Vətəndaş Hərəkatının icraçı katib Natiq Cəfərli çıxışında inkişaf etmiş ölkələrin narkomaniyaya qarşı mübarizə təcrübəsinin tətbiq edilməsinin tərəfdarı olduğunu qeyd edib: “Əvəzedici terapiya kimi yüngül narkotiklərin istifadəsinə icazə verilib. Dünya artıq bu yolu keçdi. Düşündülər ki, başqa cür yolu yoxdur. Yüngül narkotika leqallaşmasa, ona polisin və cəmiyyətin nəzarəti güclənməsə narkomaniyaya qarşı mübarizə çox çətin olacaq. Bu barədə düşünməliyik. Biz nə edə bilərik? Cəmiyyəti necə qoruya bilərik? Hansı təşviq proqramları həyata keçirilə bilər? Ölkələr var ki, narkomaniyanı xəstəlik kimi qəbul edib cinayət məcəlləsindən çıxardıblar.

Keçmiş polis zabiti Mirfeyzulla Seyidov bildirdi ki, narkomaniya bəşəri məsələdi?: “Şəbəkə necə qurulur? Ehtiyacda olan adamlara “çamadan” ləqəbi verirlər. Sonra tuturlar onlar. Ancaq tonlarla öz işlərini görürlər. Gürcüstanda tutulan narkotika bir neçə ölkədən keçib Azərbaycana gəlib. Bu o deməkdir ki, Azərbaycan narkotrafik şəbəkəsinin tam üzvüdü”.

 

“Azərbaycanda dövlət hakimiyyətinin narkomaniyaya yoluxması bütün vətəndaşları təhlükə altında qoyub”

 

AXCP mətbuat xidmətinin rəhbəri Natiq Güləhmədoğlu isə çıxışında həbsxana xatirlərinə istinad edərək dedi ki, polis statistika naminə bomjları “narko ticarətçi” kimi türməyə salır. “Bizim kamerada 4 bomj vardı. Dördünün də” işi” narkotik satmaq idi. Halbuki bu adamlar heç düz əməlli özlərini təqdim edə bilmirdilər. Polis sadəcə plan yerinə yetirmək üçün onları bu ad altında qeydə almışdılar”.

Natiq Güləhmədoğlu dedi ki, Azərbaycanda dövlət hakimiyyətinin narkomaniyaya yoluxması bütün vətəndaşları təhlükə altında qoyub: “Biz bu dəqiqə faktiki köməksiz vəziyyətdəyik. Elə bu tədbirdən çıxan kimi hər birimizi narkotiklə şərləyib tuta bilərlər. Hesab edirəm ki, Milli Şura narkoşərləmədən müdafiə mexanizmi barədə ayrıca tədbir keçirməlidir”.

AXCP rəsmisi ondan əvvəlki çıxışçı Natiq Cəfərlinin narkotikin fərdi istehlak miqdarında leqallaşmasına da qarşı olduğunu dedi və bildirdi ki, hələ də Azərbaycanda narkotik istifadəçilərinə loyal baxılmaması çox yaxşı haldır.

 

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının sözlərinə görə, heç bir təminat olmasaydı, bu qədər narkotika ölkəyə gətirilib yenidən istehsal olunub qablaşdırılmazdı: “Nəyə görə Azərbaycan hüquq mühafizə orqanları bununla bağlı araşdrıma aparmayıblar. Burada kim iştirak edib? Ən azından həmin adamlar istintaqa ifadə verməlidi.  Bu məsələni bir dinləməylə buraxmaq olmaz. Lazım olsa ictimai istintaq qrupu yaradılmalı, bu iş üzrə araşdırma aparılmalıdı, beynəlxalq qurumlarla əməkdaşlıq edilməlidi”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam