Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

"20 ilə yaxındır ki, Əli Kərimli ilə savaşırıq"

 

“Bundan sonra da qəzetə, şəxsimə yönəlik təhqir və əsassız böhtanlar cavablandırılacaq. Müsavat Partiyası haqqında heç nə deyə bilmərəm, partiyanın öz seçimi var. Əli Kərimli və Cəmil Həsənliyə qarşı savaşda mənim heç bir xüsusi dəstəyə ehtiyacım yoxdur, tam əksinə, bu bir söz və informasiya savaşı olduğu üçün partiyanın mənim dəstəyimə ehtiyacı var. Bu imkanlar məndə daha genişdir”.
 
"Xeberinfo.com":  Məlumata görə, bu sözləri APA-ya açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib. O bildirib ki, Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimlinin sosial şəbəkədə saxta profillərlə təşkilatlanmış qrupu var:"Ancaq qəzetimizin tirajı bu adamların hamısının bir yerdə “layk”larından dəfələrlə yuxarıdır. Bu baxımdan narahatlığa və dəstəyə ehtiyac yoxdur”.
 
R. Arifoğlu rəhbəri olduğu qəzetdə Milli Şura haqqında yayılan məlumatların əsaslı olduğunu vurğulayıb:“Bizim yazılarımızın hər biri doğru və dəqiqdir. Bu məlumatlar normal siyasi mühitdə Cəmil Həsənli və onun tipində liderlərin siyasi həyatının bitməsinə səbəb olardı. Bu informasiyalarda nöqtə və zərbələr o qədər dəqiqdir ki, buna reaksiyalar da aqressiv olur. Çünki Cəmil Həsənli hakimiyyətə bağlı informasiya orqanlarında hər gün tənqid olunur, ancaq onların heç birinə reaksiya vermir. Yalnız “Yeni Müsavat” qəzeti yazanda buna çox kəskin reaksiyalar verir. Bunun da səbəbi dediyim kimi, nöqtə zərbələridir”.
 
Baş redaktor qeyd edib ki, C. Həsənliyə bu məsələdə informasiya dəstəyi və siyasi dəstəyi AXCP sədri verir: “O istəyir ki, bu dava qızışsın. Bunun da səbəbi bəllidir. Çünki biz artıq müəyyən fasilələrlə 20 ilə yaxındır ki, Əli Kərimli ilə savaşırıq. Əvvəllər biz onu hakimiyyətə işləməkdə və düşərgəsini dəyişdirməkdə ittiham edirdik. İndi də eyni ittihamları müəyyən müddətdən sonra bizə qaytarır. Yəni, Əli Kərimli ilə münasibətlərimizdə dəyişən bir şey yoxdur. Sadəcə olaraq, bir zamanlar onun mövqeyində dayanıb bizə atəş açanlar, indi onun yanında yoxdurlar, yeniləri gəlib. Cəmil Həsənli də üçüncü dəfə onun yanına qayıdıb. Proses davam edir, onlar da əsas missiyalarını unudublar. Hakimiyyətə gəlmək, parlamentə seçilmək, siyasi mübarizə aparmaq, mitinqlər təşkil etmək əvəzinə, bütün güclərini bir qəzetlə savaşa sərf ediblər".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam