Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Türkiyə və İran arasında yeni ixtilaf:Ankara ilə su davası qızışır - Təhlil

 

Oqtay Tanrısevər

“Anadolu News Agency” (Türkiyə)

 

Yenixeber.org: Tehran daha təsirli su siyasətini mənimsəyərək və daha təcrübəli texnologiyalardan istifadə edərək sudan qaynaqlanan ekoloji və aqrar problemlərini həll edə bilər. Lakin bunun yerinə, iranlı səlahiyyətlilər Türkiyə və digər qonşu ölkələri günahlandırmaq yolunu seçərək, hidro-diplomatiyadan yararlanırlar. İranın bu davranışı ictimai fikrin diqqətini su qaynaqlarına dair öz səriştəsizliyini pərdələmək cəhdi kimi görünür.

İran su mövzusunda 2017-ci ilin əvvəlindən bəri bir sıra müşküllərlə boğuşur. Tehranın bu qeyri-konstruktiv hidro-diplomatiyası, bəzi iranlı səlahiyyətlilərin iyun ayından bu yana Türkiyəni ittiham etməsində yeni miqyas alıb. İran rəsmiləri Türkiyəyə xüsusilə Fərat və Dəclə çayları üzərində olan bəndlərini və planlaşdırılan su anbarı layihələrini irad tuturlar. Bu anbarlar Türkiyənin çoxsektorlu və inteqrasiya-regional inkişaf strategiyasına söykənən, əhatəli Cənub-Şərqi Anadolu Layihəsinin (GAP) təməlini təşkil edir.

Təxminən 20 səddin və hidroelektrik stansiyasının inşa edilməsini planlaşdıran GAP bu anbarların tam güclə fəaliyyətə keçməsi nəticəsində təkcə bölgədəki əkinçilik sektorunun suvarma texnologiyasını modernizə etməyəcək, eyni zamanda, bölgədəki sənaye sektoru üçün də daha çox enerji təmin edərək sosial inkişafı dəstəkləyəcək, bölgə sakinləri üçün səhiyyə və təhsil imkanlarını yaxşılaşdıracaq.

İranın enerji naziri Həmid Çitçian iyun ayının əvvəlində İranın şimal-qərbindəki Xuzistan əyalətində meydana gələn qum və toz fırtınalarını Türkiyənin anbar inşaatları ilə əlaqələndirib. Çitçian bu fırtınaların Türkiyənin anbar layihələrinə görə Suriya və İraqa buraxdığı suyun miqdarının azalması ilə İraqda qurumuş su ərazilərdən qaynaqlandığını düşünür.

Prezident Həsən Ruhani də Çitçianın şərhlərini iyulun 3-5-də Tehranda təşkil edilən "Torpağın səhralaşması və toz fırtınaları ilə mübarizə" adlı beynəlxalq konfransın açılışında təkrarlayıb.

Ad çəkmədən Türkiyənin Fərat və Dəclə hövzələrində daha çox anbarı qurma planlarını tənqid edən Ruhani, "ekoloji təsirlərini qiymətləndirmədən anbarlar inşa edən bu ölkənin" qonşu dövlət olduğunu söyləyib. İran prezidenti bu anbarların ətraf mühitə zərər verməsi fikrini müdafiə edib.

Ancaq iranlı səlahiyyətlilərin bu diplomatiyası dəlillərə əsaslanmır. İranın Xuzistan əyalətindəki toz və qum fırtınaları Türkiyənin Fərat və Dəclə hövzəsindəki anbarlar arasında birbaşa əlaqə yoxdur. Başqa təbirlə, Türkiyənin bəndləri ilə İranın toz və qum fırtınalarının əsl qaynağı olan səhralaşma problemi arasında elmi bir əlaqə təsbit edilməyib.

Bu mövzuda elmi ədəbiyyat Xuzistan əyalətindəki qum və toz fırtınalarının bölgədə yeni olmadığını, uzun zamandır mövcud olan çöllərdən qaynaqlandığını söyləyir. Əslində, Türkiyədə bəndlərinin fəaliyyətdə olduğu son 20-30 ildə yeni meydana gəlmiş çöllər İranın bu qismində görülmür.

Xuzistandaki toz və qum fırtınaları ilə yanaşı, səhralaşmanın qaynaqları və xüsusiyyətlərinə dair elmi-obyektiv məlumatların yoxluğunda İranın iddiaları Yaxın Şərqdəki regional siyasətdə ən əhəmiyyətli rəqiblərindən biri olaraq gördüyü Türkiyənin nisbətən daha təsirli su qaynaqlarına qarşı siyasi, subyektiv izahatlardır.

İranlı səlahiyyətlilərin iddialarının əksinə, Türkiyənin anbarları bölgədəki su qaynaqlı problemlərin deyil, Fərat və Dəclə hövzəsindəki su ilə bağlı qarşılaşdığı çətinliklərə gətirilən həllərin bir parçası olaraq meydana çıxır. Bu anbarlar əkinçilik üçün ən yaxşı şəkildə istifadə olunur və Türkiyənin Fərat və Dəclə hövzələrindəki sosial-iqtisadi inkişafını dəstəkləyir.

Anbarlar eyni çaylarda sahili olan İraq və Suriyanı quraqlıq vaxtlarında belə nizamlı və kafi miqdarda su təmin edir. Bu anbarlar, eyni zamanda, çayların hövzələri həddindən artıq yağış suyu ilə dolduqda onların keçdiyi ölkələrdə selin qarşısını almaqda da əhəmiyyətli rol oynayır.

Quraqlıq və sel riskləri nəzərə alındıqda, Türkiyədəki anbarlar həm İraqda, həm də Suriyada su ehtiyatında birbaşa, İrandakı ekoloji vəziyyətdə isə bilavasitə olaraq müsbət təsir edir.

İranın Xuzistan bölgəsindəki ekoloji böhranının səbəbi İraqın keçmiş dövlət başçısı Səddam Hüseynin İraqın cənubundakı bataqlıqları qurutmasıdır, bu da qonşu Xuzistan bölgəsində toz fırtınalarının cəmləşməsinə səbəb olub.

Bundan əlavə, İranın səhralaşması və su ilə əlaqədar bəzi struktur faktorlar var. Bunlar arasında İrandakı yüksək əhali artımı və su istehlakı xüsusi yer tutur. Digər bir struktur problemi isə kənd təsərrüfatı məhsuldarlığının artırmaq üçün su qaynaqlarının səmərəli istifadəsində müasir texnologiyalara və suvarma sistemlərinə kifayət qədər investisiya qoyulmamasıdır.

Bu mənada, İranın su siyasəti ekoloji problemlərin pisləşməsində təyinedici bir rol oynayır. Xuzistan əyalətindəki vəziyyətə təsir edən sonuncu, amma ən əhəmiyyətli faktor bu bölgədəki Karun çayının İsfahan bölgəsindəki Zende Rud çayına istiqamətləndirmək üçün bir sıra anbarlar və kanallar inşa edilməsidir. Bu mübahisəli layihənin Xuzistan bölgəsindəki toz və qum fırtınaları ilə bərabər, torpağın səhralaşmasına yol açdığı ifadə edilir.

Son faktora daha yaxından nəzər yetirilməlidir. İran rəsmiləri kompakt ərəb əhaliyə sahib bölgənin problemlərini Türkiyədəki mövcud anbarlar və planlaşdırılan anbar layihələrinə bağlayır. Bu mövzuda dəlil olmasa da, İranın günahlandırma oyunu etnik ərəblərin narazılığını qızışdırmağa yaraya biləcəyi iddia edilə bilər. Başqa təbirlə, yerli ərəb icmasının hərəkətliliyinin qarşısını almaq üçün Türkiyəyə qarşı diplomatiya icra edilir.

 

Tərcümə: (Strateq)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam