Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Türkiyə və Rusiya inqilabi yaxınlaşma ərəfəsində

Türkiyə və Rusiya inqilabi yaxınlaşma ərəfəsində - Bakı da uduşda

 

Ərdoğan-Putin görüşü: saatlar Ankara vaxtına qurulur; “Kartlar” təzədən paylanır: Moskva-Ankara münasibətləri “Su-24” insidentinədək olan səviyyədən də yüksəyə qalxa, 15 iyul qiyamı regionun təzədən şəkillənməsinə təkan verə bilər; rusiyalı hərbi ekspert: “Türkiyə ABŞ-dan uzaqlaşacaq, NATO-dan çıxmasa belə, onun formal üzvünə çevriləcək...” 

 

Xeberinfo.com:  Rusiya və Türkiyə prezidentlərinin görüş tarixi bəlli oldu. Kremlin mətbuat katibi Dmitri Peskov prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin avqustun birinci on günlüyündə Rusiya şəhərlərinin birində görüşəcəyini bildirib. Görüşdə əsas müzakirə mövzuları ikitərəfli münasibətlər, regional məsələlər, terrorla mübarizə olacaq.  
Qarşıdakı görüşlə bağlı gözlənti iki mühüm özəlliyinə görə region və dünya üçün xüsusi önəm kəsb edir. Bunlardan biri odur ki, Ərdoğanla Putin ötən il noyabrın 24-də baş vermiş “Su 24" insidentindən, münasibətlər qaydaya düşdükdən sonra ilk dəfə bir araya gələcəklər. 
İkincisi isə görüş 15 iyul dövlət çevrilişinə cəhd səbəbindən Türkiyə-ABŞ münasibətlərinin əhəmiyyətli şəkildə soyuduğu dönəmə təsadüf eləməsi ilə diqqətdə olacaq. Yerli və xarici siyasi şərhçilər qarşıdakı görüşün mümkün nəticələrinə ilk növbədə bu prizmadan yanaşmağa başlayıblar.  
*** 
Rusiyalı tanınmış hərbi ekspert, Moskvadakı Plexanov adına İqtisadiyyat Universitetinin Sosiologiya və Politologiya kafedrasının dosenti Aleksandr Perenciyev Ərdoğan-Putin görüşü və onun gözlənilən nəticələrini rusdilli vest.az saytına şərh edib. Onun fikrincə, Ərdoğan hazırda öz ölkəsi ətrafında tamamən başqa bir siyasi konfiqurasiya qurur. “Bu, məhz həmin məqamdır ki, Ankara Moskva ilə ciddi yaxınlaşmaya gedə bilər” - politoloq güman edir. 
 
Ekspert deyib: “İki ölkə arasında münasibətlər hətta Rusiya təyyarəsi vurulanadək olandan da yüksək səviyyəyə qalxa bilər. Baxmayaraq ki, bu, bizim üçün çox xoşagəlməz bir insident oldu, amma indi Türkiyə ilə münasibətlərimiz yüksəliş dövrünü yaşayır - məlum təyyarə insidenti bir növ münasibətlərin möhkəmləyinin sınağı oldu. Biz əlbəttə ki, sonsuza kimi türkləri günahlandıra bilərik ki, onlar bizim pilotumuzu vurublar və haqlı da olarıq. Ancaq əgər Türkiyə bizə kömək eləməyə və bir çox məsələlər üzrə müttəfiq olmağa hazırdısa, niyə də olmasın?”
Analitikin sözlərinə görə, Türkiyənin mövqeyi istənilən halda Rusiyanın pozitivinə işləyir: “Ona görə ki, bizim türkdilli Qazaxıstan, Qırğızıstan kimi türkdilli ölkələrin daxil olduğu KTMT adlı təşkilatımız var, postsovet məkanında  Özbəkistan və Türkmənistanla əlaqələr qururuq, bizim ölkə daxilində çoxlu türkdilli xalqlar var. Sadalananların hamısı Türkiyə ilə münasibətlərin inkişafına yardımçı olacaq”.
Ekspert əminlik ifadə edib ki, Moskvanın Ankara ilə münasibətlərinin daha da yaxşılaşması Azərbaycana və bütövlükdə Dağlıq Qarabağ ətrafındakı situasiyaya da müsbət təsir edəcək. «Söhbət əlbəttə ki, Qarabağa dair Bakını qane edən optimal həll variantının tapılmasından gedir. Üstəgəl, Türkiyədən Qərbə qarşı düzəndə istifadə eləmək olar" - Perenciyev hesab edir. 
“Hazırda çox maraqlı bir layihə qurulmaqdadır - İran, Rusiya, Türkiyə. Üstəlik, İran Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmağa hazırlaşır (indi müşahidəçi statusundadır-red.) Gələcəkdə Türkiyənin də müşahidəçi statusda üzvlüyünə baxıla bilər. Aydındır ki, bütün bunlar Çinlə razılaşdırılmalıdır. Ancaq əgər belə bir şey baş versə, o zaman hamı görəcək ki, Türkiyə Qərbə qarşı getməsə də, başqa yolla gedəcək” - təhlilçi ardınca vurğulayıb.
Rusiyalı hərbi analitikin qənaətincə, Moskva ilə Ankara arasında münasibətlərin yaxşılaşması tərəflər üçün böyük imkanlar aça bilər: “Rusiya diplomatiyası bundan istifadə eləməyə çalışacaq. Əlbəttə ki, bizim münasibətlərdə problemlər olub və var. Ancaq düşünürəm ki, hamı onların üstündən adlamalıdır. Elə eləmək lazımdır ki, Türkiyə Rusiyanın müttəfiqi olmasa da, onun etibarlı tərəfdaşı olsun. Bu, çox yaxşı olardı. Əminəm ki, avqustun əvvəllərində aparılacaq danışıqlar məhz həmin tərəfdaş əlaqələrin qurulmasına yönələcək. Fikrimcə, Türkiyə Birləşmiş Ştatlardan uzaqlaşmağa başlayacaq. Türklər NATO-dan çıxmasalar da, Alyansın formal üzvü olacaqlar”.
*** 
 
Qeyd edək ki, bir sıra digər ekspertlər də hesab edir ki, Türkiyədəki hərbi çevrilişdə “Amerika izi”nin üzə çıxması Ankara və Moskvanın daha da yaxınlaşması, hətta yeni hərbi müttəfiqlik yaratması üçün unikal imkan açıb və bu imkan Bakının da xeyrinə işləyə bilər. O sırada Rusiyalı tanınmış tarixçi-analitik, Oleq Kuznetsov bildirib ki, Türkiyə üçün indi əsas oriyentir Rusiya olacaq, ABŞ yox. Onun ehtimalına görə, regionda hətta Moskva-Ankara-Bakı təhlükəsizlik üçbucağı formalaşa bilər. Ekspertə görə, Türkiyədə baş tutmamış dövlət çevrilişi cəhdindən sonra hamı tarixi bir eranın astanasındadır. 
Bunun nə dərəcədə real olduğunu yəqin ki, avqustda baş tutacaq Ərdoğan-Putin görüşündən sonra biləcəyik. Bu görüşün aparıcı siyasi fiquru sözsüz ki, Ərdoğan olacaq.  Saatlar tədricən Ankara vaxtına qurulur...   
Musavat.com

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam