Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

“Türkiyə şirkətlərinə qarşı sanksiyalar tədricən qaldırılacaq”

putinRusiya türk şirkətlərinə qarşı sanskiyaları mərhələlərlə qaldırmaq niyyətindədir – “bu texniki məsələdir və yaxın zamanda həll olunacaq”

Xeberinfo.com:   Bunu Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanla birgə mətbuat konfransında Vladimir Putin deyib.
Türkiyəyə qarşı iqtisadi və viza sansksiyaları 2015-ci ilin noyabr ayında, Rusiya təyyarəsinin Türkiyə qırıcıları tərəfindən vurulmasından sonra tətbiq edilib.
Rusiya, Türkiyə ilə iqtisadi əməkdaşlıq və digər əlaqələri bərpa etməyə hazırdır, prezident Vladimir Putin türkiyəli həmkarı Rəcəp Tayyip Ərdoğanla Sankt Peterburqda görüşündə deyib.
Bu, Ərdoğanın ötən ay çevrilişə edilmiş cəhddən sonra ilk xarici səfəridir.
Ərdoğan həmkarına təşəkkür edərək deyib ki, “sizin çevrilişə cəhddən sonra dərhal zəng etməniz çox xoş idi”.
Görüş Qərbin Türkiyəni çevrilişdə ittiham edilənləri həbs etmək barədə tənqidinin səbəb olduğu sərin münasibətlər fonunda baş tutur.
Ərdoğan Sankt-Peterburqa getməzdən öncə cənab Putini “dost” adlandırıb və deyib ki, o Rusiya ilə münasibətləri “yenidən qurmaq” istəyir.
İki ölkə arasında münasibətlər ötən ilin noyabrında, Rusiyaya məxsus hərbi təyyarə Suriya sərhəddində Türkiyə tərəfindən vurulandan sonra pisləşmişdi və bu hadisədən sonra Rusiya ticari əlaqələrə sanksiya qoymaqla yanaşı Türkiyəyə turist səfərlərini də dayandırdı.
İyun ayında Kreml bəyan etmişdi ki, Ərdoğan vurulan hərbi təyyarəyə görə üzr istəyib və həlak olan pilotun ailəsinə başsağlığı məktubu göndərib.
Sankt-Peterburqda həmçinin ticarət, investisiya və vacib turizm əlaqələrinin bərpası da müzakirə olunmalıdır.
İki liderin həmçinin indiyə qədər bir-birinə müxalif olan düşüncədə olduqları Suriya məsələsini də müzakirə edəcəyi deyilir.
BBC müxbiri Sarah Rainsford deyir ki, Rusiya çevriliş cəhdindən sonra Türkiyənin Avropa ilə yaranan soyuq münasibətlərindən xeyri götürməyə çalışır.
Ərdoğan çevrilişlə bağlı kütləvi həbslərə görə Avropa Birliyi və ABŞ-ın tənqidlərindən hirslənib.
Çevrilişə cəhdə görə 18 minə yaxın insan ya saxlanılıb ya da həbs olunub, o cümlədən kütləvi sayda hərbi vəzifə dəyişikliyi olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam