Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ərdoğan-Putin barışığının gizli detalları açıqlandı

putin-erdogan1Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında bu gün  Sankt- Peterburqda görüş keçiriləcək.

Xeberinfo.com:  ABŞ və Avropa Birliyinin 15 iyul çevrilişə cəhdin qarşısında Türkiyəni tək qoymamasının ardından gerçəkləşməsi baxımından görüş tarixi bir önəm daşıyır. İki liderin görüşməsi sadəcə Türkiyə və Rusiyada deyil, eyni zamanda dünyada ən vacib mövzu halına gəlib.

İki ölkə arasında barışıq üçün ilk addım iş adamı Cavid Cağların Dağıstan rəhbəri Ramazan Abdulatipov vasitəsi ilə Putinə bir kanal aça biləcəyini Ərdoğana deməsi ilə başlayıb.

Ərdoğan məsələyə yaşıl işıq yandırmasının ardından 30 apreldə Ərdoğan Baş qərargah rəisi Akar və Çağlar ilə görüşərək məsələni müzakirə edib. Müzakirədən sonra Ərdoğanın yazılı bəyənnaməsi üçün Putinin məsləhətçisi Yuri Uşakov ilə danışıqlar aparılıb.

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalının yazdığı məktubun layihəsi dəfələrlə müzakirə olunub. Nəhayət Qazaxıstan Prezidenti Nazarbayev 23 iyunda müsbət siqnal verib.

Sankt Peterburqda Putin ilə görüşən Nazarbayev bildirib ki, Ərdoğandan məktub gələrsə, Putin əl sıxmağa hazırdı. Məktubun 23 iyun saat 13:00-a qədər Şanxay Əməkdaşlıq təşkilatının Özbəkistanın paytaxtı Daşkəndə çatdırılması önəmli idi.

Ərdoğan 23 iyul gecəsi imzaladığı məktubda üzüntülərini bildirib. Məktubu gecə saat 03:00 da havalanan təyyarə ilə  iş adamı Çağlar çatdırır. Təyyarə 24 iyul saat 12:15 də Daşkəndə çatır. Uşakov, məktubu Putinə göstərdikdən sonra zəng edib, “nəticə müsbətdir” deyib.

Müsbət nəticə əldə olunduqdan sonra ilk görüş Soçidə xarici işlər nazirlərinin səviyyəsində görüş keçirilib. Əlaqələri sağlamlaşdıracaq əsl addımlar üçün gözlər Ərdoğan-Putin görüşünə çevrilib. Ərdoğanın görüşdə Putinə təyyarənin FETÖ əsgəri tərəfindən vurulmasının ortaya çıxması barədə məlumat verməsi gözlənilir.  (modern.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam