İDEOLOJİ SAVAŞDA MƏTBU ”GENERALLAR”IN MUNDİRİ
ƏHLİLƏŞDİRİLƏN PƏLƏNGLƏR VƏ PROQRAMLAŞDIRILMIŞ ROBOTLAR
Xeberinfo.com: İnsanlığın ən birinci qanunu olan DÜZLÜK BİGANƏLİYİN QURBANLIĞINA ÇEVRİLƏNDƏ özünü məmləkət əhli adlandıranların qiymətləndirə bilməmək bacarıqları da apaydın şəkildə üzə çıxır. “Fədakar xarakterlər”ini cəmiyyətə sırımağa çalışan aydınlarımızın tam əksəriyyəti bu gün kənara çəkilib hadisələri öz axarına buraxmaqla yəqin ki, öz kimliklərində gizlənən “gözəlliklər”i və qarın niyyətlərini qorumağa çalışırlar. Dumbul görəndə oynayan, mehrab görəndə ağlayan zurnaçı dəstəsi də öz kafasınca davranmaqdadır....
Doğrudan-doğruya baş verənlərə münasibətdə bizim seçilmişlərin seyirçi mövqedə dayanmaları vallahi mənə çatmır. Elə sosial şəbəkələrdəki dostları da başa düşə bilmirəm. Moskvada oturub birbaşa və açıq mətnlə Azərbaycan dövlətinin əleyhinə təbliğat aparan və özlərini hansısa azlıqların nümayəndəsi kimi təqdim edənlərin saçma-yalanlarını doğrudanmı bizim mətbuatımızın “generellar”ı, siyasətimizin Padarevskiləri görmürlər? İnanmıram, məndən də yaxşı görürlər...
Bugünkü siyasi qüvvələrimizin, həmçinin bir qisim mətbu infuzorların fəaliyyəti ancaq bir-birinin ünvanına hədyanlar yağdırmaq və bununla da öz yaşayış tərzlərini təmin etməkdən ibarət olub. Gündüzlər hakimiyyəti topa tutan müxalifət və “müxalifyönlü mətbuat” axşamlar elə həmin hakimiyyətin qapısı ağzında boyun burur. Türkiyəyə, Avropaya “sığınmış” (daha doğrusu, adı çəkilənlərin qucağına alınmış – müəllif) mətbu nümayəndələrsə nədənsə Moskvada hürüşən itləri görmədikləri halda Azərbaycanın siyasi elitasının nəzərdə tutduqlarını belə saf-çürük edirlər. Sanki gözləri kor, qulaqları da kar olub ki, o istiqamətlər unudulur. Proqramlaşdırılmış robotlar kimi ancaq Azərbaycanın siyasi hakimiyyətini guya ki, tənqid etməkdədirlər...
Zamanında söyləmişdim ki, Azərbaycandakı monitorda brakonyer fərziyyəçilik intellektual formada cəmiyyətə təqdim olunur. Və cəmiyyətin gözü belə parıltıya alışqan olmadığından baş verənləri ya böyük tapıntı, ya da dərdlərə məlhəm möcüzə kimi dəyərləndirilir. Tüpücəkdə, qurd yağında, kecələ beynində, iylənmiş ayaqları öpməkdə, dizi-dizi hansısa axmağın hüzuruna sürünməkdə, heyvanların iz buraxmaq üçün istifadə etdikləri ağaclara, qapılara şırğa bağlamaqda, üzərrikdə, nallarda, yallarda, əzizlərini kimlərəsə fəda etməkdə, rusun, farsın, erməninin, fransızın, ingilisin, ərəbin istəyi, diktəsi və diliylə danışmaqda qurtuluş axtaranlar öz maraqları naminə milli mənliyimizi, milli kimliyimizi qurban verməkdədilər. Maraqlı qüvvələrin danışan dillərinə çevrilən mətbuatın “”tələbləri” aldığı abbasının qədərindədir, ondan nə çox, nə də azdır.
Azərbaycan mətbuatındakı “generallar”ın təqdim etdikləri informasiyalara nəzər yetirəndə ya hansısa qurumun, ya da hansısa xəfiyyə orqanlarının hesabatları adamın gözünün qabağına gəlir. Sanki o qurumların hesabatları bu adamların diliylə bəyan edilir. Həmin yazılarda olan “informasiya bolluğu” ilə öyünən “generallar” nədənsə lap qulaqlarının dibində, gözlərinin qənşərində dövlətçiliyimizə münasibətdə ortaya qoyulan dezinfirmasiyaları nədənsə görməzliyə vururlar. Adama deyərlər ki, “qardaş və bacı” kimi görünməyə çalışanlar, axı sizlər Azərbaycanın sağlığını istəyənlər tək davranma nümayiş etdirirsiniz, elə isə nədən bu sosial şəbəkələrdəki, çap mətbuatındakı, hansısa TV-lərdəki zəhərli ilanları, əhliləşdirilən “pələnglər”in, “şirlər”in yanqlyorluqlarını görmürsünüzmü? Axı onların çıxışları Azərbaycan üçün daha qorxuludur, nəinki hansısa hakimiyyət nümayəndəsinin. Həmin ət və sümükdən ibarət varlıqlar açıq mətnlə sənin dövlətçiliyinin, millətçiliyinin üstündən xətt çəkir, sənsə durub kimlərinsə düşünə biləcəyi nəsnələri müzakirə obyektinə çevirirsən. Bu gün Rusiya və İran KİV-i birbaşa Azərbaycanda etnik parçalanmanın, şovinizmin baş qaldırması üçün tam heyətlə səfərbər olunub. Sapı özümüzdən baltalarla Azərbaycanın dövlətçilik maraqlarını döyəcləyirlər. Elə indiki mətbuat nümayəndələrinin, elə indiki müxalifət nümayəndələrinin vaxtilə “”siyasi məhbus” kimi dəyərləndirdikləri qırmızı fanarlı küçə itlərinin Hollandiyada, Ermənistanda, Moskvada satışa çıxardıqları cəmdəklərini görmürsünüzmü? Qərbin, rusun, farsın, erməninin yalıyla həmin şəbəkənin hürməsi heç qulaqlarınızı dəng eləməyibmi?
Bəylər və xanımlar, müəllimlər və müəllimələr, yoldaşlar, dövlət maraqları təhdid altında olanda iqtidar, müxalifət mövqeyi sərgiləməyin özü xəyanətdir. Elə isə nədən Azərbaycan mətbuatı və Azərbaycan müxalifəti korporativ maraqların deyil, dövlətin yanında olmaq baxımından ortaq mövqedən çıxış etmək haqqında fikirləşmir?!
Bu gün RUSİYA MÜXALİFƏTİYLƏ MƏTBUATI ELƏ PUTİNİN ÖZÜ KİMİ Pyotr sərsəmləmələrinə söykənərək öz ağqulaq əsgərlərinin çəkmələrini Hind okeanının isti sularında yuyacaqlarının peşindədilər. İRANDA DA eyni halın şahidiyik. Pəhləvilərdənqalma ildırım sürətli türklərin assimilyasiyası siyasəti islam inqilabından sonra nicat tapacaqlarına inanan 40 milyonluq güneyli soydaşlarımızı elə uykuya verdi ki, ayılanda yanlarında özlərindən olmayanları gördülər. Güneyli soydaşlarımızın Azadlıq Mücadilələri indi də fars mətbuatı, fars müxalifəti və fars iqtidarı tərəfindən havadan, sudan, qurudan elə əhatəyə alınıb ki, elə sıxıntılı bir şərait yaradılıb ki, türklər hətta bir çox hallarda özləri özlərini belə eşitmirlər, “baba, biz iiiranlıyıq” deyirlər. ELƏ ERMƏNİSTANDA DA belədir. Birbaşa rusların və farsların yardımıyla tamamilə türksüzləşdirilən Qərbi Azərbaycanda yerləşdirilən ermənilərin tutduqları siyasi düşərgədən asılı olmayaraq hər biri özünü dənizdən-dənizə hesablanmış “Böyük Hayıstan”in əsgəri sanır...
BƏS AZƏRBAYCANDA!!!!Azərbaycanda siyasi hakimiyyət uğrunda gedən ideoloyi savaş dövlət maraqlarımızı üstələyib. Və bu savaş qəhrəmanları mətbuatı şəbəkələşdirməklə ümummilli maraqlarımızın təmin edilməsini heçə endiriblər....
GÜLMƏLİ VƏ YENƏ DƏ GÜLMƏLİDİR. CƏNABLAR, qüdrəti heçə endirilmiş mətbu ordunun “generalları”nın dəhşət saçan taktikası anlayışını dilə gətirəndə zərrə qədər də olsa heç utanırsınızmı? Və bu sual bütün çap məhsullarının, saytların rəhbərlərindən tutmuş ta Mətbuat Şurasının, cürbəcür yurnalist təşkilatlarının söz sahiblərinə qədər hər bir kəsə ünvanlanıb. Adları saymaqla qurtaran olmadığı üçün müraciət də ümumi haldadır və burada hansısa çəkinməklik, yaxud ayrıseçkilik yoxdur. Doğrudanmı sizlər Azərbaycanı və bu dövlətin İnsanını bunca sevirsinizsə, nədən ətrafımızda hürüşən itlərə sarı bircə dənə olsa belə daş demirəm, kəsək də atmırsınız!? Bu kontekstdə “APA” İnformasiya Agentliyinin Allahşükür Paşazadənin münasibətini yayınlaması təqdirəlayiq haldır...
ƏCƏBA, doğrudanmı sizlər Azərbaycanı və bu dövlətin İnsanını bunca sevirsinizsə, hansısa gic-gic məsələlərlə bağlı konsalidium təşkil etdiyiniz halda nədən dövlətçiliyimizə yönəli hədyanlara cavab vermək üçün ortaya bir format qoya bilmirsiniz?
ƏCƏBA, doğrudanmı sizlər Azərbaycanı və bu dövlətin İnsanını bunca sevirsinizsə, nədən rəhbərlik etdiyiniz qəzet səhifələrində, saytlarda mətbu ənənəyə uyğun olaraq maarifləndirmədən, ideyalandırmaqdan vaz keçib, günün baş xəbəri kimi keçinin tərs axmaqlığından, suyu bağıra-bağıra keçməsindən, qoyunların qırxılıq altında özləri necə hiss etməsindən, oynağan danaların mıxlarının bərkidilməsindən, itin iti boğmasından, pişiyin hansısa anlarda ecazkar səs çıxarmasından, qurbağaların quruldamasından, qarışqa bacarığından, göyün guruldamasından, suyun şırıltısından, milçək vızıltısından və sair şou aləmindəki gözəlçələrin ah-zarından yazmağı daha məqbul variant kimi qəbul edib yayımlayırsınız?!...
CƏNABLAR, yetər yalanlar altında zahiri görüntüylə baş aldatmağınız, artıq mahiyyətiniz bəllidir. Bu mənada həm də hürüşən itlərin qiyməti artır ki, sizlərin kimliyini də susmağınızla cəmiyyətə bəyan olur. Eyb eləməz. Mən o adlar, o isimlər haqqında ayrı-ayrı yazaram, bəlkə onda ayıldılar. Onsuz da sosial şəbəkədəki profilimi gündə darmadağın edirlər, dostlara mənim adımdan etik normalara sığmayan videolar göndərirlər. Əbəsdir, çünki dostlar da məni tanıyır və hansı YOLun qulu olduğumu anlayırlar, belə yanlışlıqlara Onlar heç zaman inanmazlar... Ancaq elə həmin şəbəkələrdəki TV-lərin yaydıqları cəfəngiyyatlara münasibətdə dostlarımızın susması, tanınmışların, yüksək vəzifədə oturanların öz fikirlərini bildirməmələri dəhşət doğurur. Sizdəmi onlarla razısınız?! Nədən sosial şəbəkələrdə dövlətçiliyimizin, millətçiliyimizin əleyhinə olan statuslar, paylaşımlarla bağlı sivil qaydada öz şikayətinizi bu şəbəkələri dünyaya bəxş edən informasiya texnoloqlarına bildirmirsiniz? Bu kateqoriyadan olan paylaşımlara söyüş, qarğış yanrıyla münasibət bildirmək şübhəsiz ki, heç klaviaturadan əlinizi çəkməmiş adekvat reaksiya ilə qarşılaşacaq. Elə beynəlxalq tədbirlərdə elmi, məntiqi əsaslara söykənməyən cavablar verməklə hansısa etiraz əlaməti olaraq durub zalı tərk etmək də bu qəbildəndir. Öncə cavabını ver, fikirlərini əsaslandır, sonra hara gedirsən, get. Yoxsa əl-qolunu daha geniş açmaq üçün meydanı qarşı tərəfə vermək, etiraz adıyla hansısa çay süfrəsinin arxasına yollanmaq mübarizə metodu deyil!
EYNƏN FB-DƏ də belədir. Hansısa şovinisti, dindar adı altında gizlənən hansısa təriqətçini söylədiyi hərzə-mərzə sözlərə görə allı-güllü söyüşlərə "qonaq" etdiyin "təamlar" çox keçməz ki, sənin də qarşına qoyula bilər, özü də daha duzlu bir şəkildə. Belə şeylərdən qaçmaq lazımdır. Əlahəzrət FAKTın diliylə danışmaq lazımdır, FAKTın! Rusla farsın siyasi izdivacından doğulanlar tək cəfəng və əsassız iddia, ironik yanaşmalar sərgiləmək lazım deyil. Mətbuat nümayəndələri öz xəbərçi statuslarıyla susan aydınları, elm adamlarını, yazıçıları, şairləri hədəf qismində göstərə bilərlər. “Onlar danışsın, biz də yayımlayaq” iddiasıyla çıxış edərlər və müəyyən mənada haqlıdırlar da. Bəs siz niyə danışmırsınız?
Hanı bu ALİMLƏR ordusu, şairlər, yazıçılar, tar çalan, nağara çalan “professorlar” - cavab haqqı naminə cürətləri, danışmağa savadları, elimləri yoxdurmu? AYRILIQ deyilən zülm milli varlığımızın köksündə dərin bir xəndək açdı, zurufçular kateqoriyasından olanlar məhz həmin xəndəklərdə özlərinə sığınacaq tapdılar, dərdimizlə oynadılar, eşdilər yaralarımızı, indi də o yaranı daha da dərinləşdirib sağalma ehtimalımızın üstündən xətt çəkmək istəyirlər. Para müqabilində mənəviyyatən zorlanmasına göz yuman “professor” rtarzan ramizlər, qarmonisrafillər, nağarasadıqlar buna “ləbbeyk” deyirlər. Dövlətimizin, millətimizin taleyi bu “professorlar”ı və alimlərimizi ilgiləndirmirmi? Sosial şəbəkələrdən millətimizin, dövlətimizin varlığına susamış informasiya hücumunu görmürlərmi? Dövlətin vətəndaşına sahib çıxmasından dəm vuran ADAMLAR, bir az da vətəndaş olaraq dövlətimizə sahib çıxmağınızı sərgiləyin.... Adbaad müraciətmi edim? Zamanında yaşamaqla ölməyin fərqiylə bağlı özünü mətbuatımızın əvəzedilməzləri sananlardan, yazılarını sevə-sevə oxuduğum şairlərdən, yazıçılardan baş verənlərin fonunda ölməklə yaşamağın fərqini, zamanın güzgüsündə hansının daha böyük önəm kəsb etməsini, fikirlərini əsaslandırmalarını sordum, cavab gəlmədi. Dostluğumda olan həmin kəslərin ünvanlarına yazını göndərdim, hamısı cavab haqqını verə bilmək qüdrətində ola bilmədiklərini susmaqla ortaya qoydular, etibarlı limana çəkildilər. Və biz dala çəkildikcə itlər də üstümüzə daha həvəslə, daha cəsarətlə cummağa başladı. Fərd olaraq o itləri qınamağım bir yana qalsın, ancaq məhz etibarlı limanda yatanlarımızin elə bu hala rəvac vermələrinin fərqindəsinizmi? Yəni, sizlərin, bəli, bəli, sizlərin!!!!!!!!
Hərə öz kafasınca davranmaqdadır. Bütövlüyümüzü təhdidlərlə hədələyənlər qarşısında susmağımız elə öz biganəliyimizin qurbanına çevrilməyə şərait yaratmaqdır.....
P.S: SİZ HEÇ SİRK ARENALARINDA BİR LOXMA HƏSRƏTİYLƏ OYNADILAN QURD GÖRDÜNÜZMÜ?
İGİD TEYMURLU