Redaktor seçimi
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
Günün xəbəri

Politoloji rəzalət

                    

 

                                     Şərhçilərimiz də əbədilik statusu alıb...

 

     Bu mövzu, bu problem yeni deyil-az qala müstəqilliyimizin tarixi qədər yaşı var. Əslində bu çoxlarımız üçün təəccüblü də deyil: burada nə var ki, biz də hər şey əbədidir, dönməzdir yəni azərbaycansayağıdır.

Elə şərhçilərimiz də-nə adları dəyişir, nə də özlərinə məxsus sayıqlamaları. Hə, bu arada Bzejiniskiyə yazığım da gəlir. O bəxtixoş bilsəydi ki, nə vaxtsa mübarizlər, vəfalar, nə bilim daha kimlər özlərini politoloq kimi bizlərə sırımaq istəyəcəklər inanmıram ki, “ağzına su alıb durmayaydı”.

“Dəyişməzlik”, “Əbədilik” kimi sərsəm bayağıları bizim “dahilərimiz” öz istədikləri kimi qəbul etməkdədir. İstər siyasi, istər sosial, istər iqtisadi, nə bilim hərbi və s. sahədə “ekspertlərimiz” də illərdir ki, mənasiz sayıqlamaları ilə bizləri bezikdirməkdən usanmırlar. Gözlərimiz, qulaqlarımız “mazol” olub bunların özlərindən başqa heç kimə lazım olmayan sayıqlamalarına şahidlik etməkdən. Mübariz Əhmədoğludan tutmuş Vəfa Quluzayədək, Vahid Əhmədovdan tutmuş Qubad İbadoğlunadək özləri özlərini aldatdığı kimi, bizləri də aldatmağa çalışırlar. Mən hələ mənasız Üzeyir Cəfərovu demirəm...

Nədir illərlə davam edən bu rəzalət? Niyə biz jurnalistlər mübarizlərdən, vəfalardan, üzeyirlərdən qurtula bilmirik, bəlkə də qurtulmaq istəmirik?

Bəlkə də qurtulmaq istıyirik, ... alınmır. Alınmır, başqasını görmürük. Nədən ki, “siyasi şərhçi”, “iqtisadçı ekspert”, “hərbçi ekspert”, nə bilim daha hansısa vəzifələr də bu kəslər tərəfindən özləlləşdirilib. Hə, məhz vəzifə.  Nə  ağılabatan bir söz eşidirik bunlardan, nə də verdikləri hansısa proqnoz özünü doğruldur. Hərdən mənə elə gəlir ki, bunlar heç özləri də nə dediklərini bilmirlər. Ya bizləri ... sayırlar, ya da özləri ...

Maraqlıdır, maraqlı yox e, yumşaq desəm fəlakətdir, fəlakət: iyirmi ildən çoxdur ki, bu ölkədə nə siyasi, nə iqtisadi, nə hərbi, nə mətbuat və s. sahə üzrə yeni bir sima görünmür. Bəlkə də görünür... Bu gün bizim gündəmimizi bu kəslər formalaşdırıb analiz edir, proqnoz verirlər.

 

 

   Bunca dəhşətin qarışılığında jurnalistika nədən bir yenilik nümayiş etdirə bilmir, bəlkə yeniləri yoxdur, yoxsa bizlər bunu bacarmırıq?

                                                                                ***

Bu günlərdə özünə hüquqşünas deyən bir kəsin anormal əməllərinin şahidi olmalı oldum. (Hələlik adını hallandırıb, onu şərəfləndirmək istəmirəm.) Saytımızda (xeberinfo.com) gedən bir yazı ilə bağlı mənim mobil telefonuma zəng etdi, əvvəlcə müxtəlif saytlarla əməkdaşlıq etdiyini deyib, (o saytların adını yazmağı uyğun bilmirəm) mənə “Cirtdanın nağılını danışdı”. Nə isə... Xahiş etdi ki, saytımızdan hansısa bir yazını çıxarım. Anlaşılmaz xahişinin və mənasız söhbətinin “daşa dəydiyini” görəndə isə çocuksayağı şantaja keçdi.

Doğrusu mən hansısa jurnalistin hansısa məmuru şantaj etdiyini eşitmişdim. Amma kiminsə jurnalisti şantaj etdiyinin ilk dəfə idi ki, şahidi olurdum...

Daha sonra bu əməli mənasız “hüquqşünas” mənim elektron ünvanıma nəinki hüquqşünasa uyğun, hətta küçə adamının ağlına uyğun olmayan tərzdə və səviyyədə dil uzatmaq istədi. Təəssüf, ... mən hələ ki, , vaxtımı və enerjimi boşuna xərcləmək istəmirəm.        

     

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam