“AZADLIQ” və “DEMOKRATİYA” İYRƏNC ANLAYIŞ FORMATINDA
“PEŞMANÇILIQ QANUNU”, DEDAL LABİRİNTİ VƏ MİNOTAVR(YAN)LARIN BÖYÜK ERMƏNİSTAN XÜLYALARI
Siyasi sferaya qədəm qoyduğu andan demokratiya mantiyası altında aldanmış elektoratın timsalında çürük əsasıyla intiqam palladiumunda var-gəl edən bir adam var – adı İSA, soyadı QƏMBƏRdir. Bir müddət öncə Müsavat Partiyasının BAŞ QANl olan bu Adam indi özünə bir təşkilat yaradıb MƏDƏ NİYYƏTİni pusquda dayananlara təqdim edir. “PEŞMANÇILIQ QANUNU”nun qəbul edilməsinə cəhd formulasıyla gündəmdə siyasi şou düzənləyir. Müsavat Partiyasının keçmiş başqanı bu şoudan bir möcüzə gözləyərkən əslində öz israrı ilə olan-qalan sevincindən də məhrum olub. Təbii ki, aktiv elektoratın dəstəyini itirməklə. Ən azından buna sosial şəbəkələrdəki müzakirələr də şahidlik edir. “İsa Qəmbərin o zamankı müdafiə naziri olmuş” (mən “Azərbaycanın” desəm də, ünsiyyətdə olduğum xalqın nümayəndələri belə təqdimatla çıxış edirlər – müəllif) RƏHİM QAZIYEVsə bir səngər də o tərəfə adlayaraq bununla əlaqədar ermənilərə görə Ali Baş Komandana müraciət imzalayıb. İlk baxışdan anlaşılmayan bir şey yoxdur və buna bir söz demək olmaz. Ən azı ona görə ki, bu da Rəhim bəyin xəyalıdır. Xəyalsa Uca Yaradanın bizlərə bəxş etdiyi bir nemətdir ki, İsa Qəmbərlə Rəhim Qazıyev də həmin nemətdən yararlanırlar. Ancaq məsələ burasındadır ki, adı çəkilən adamların təqdimatında heç də dediklərindən doğan demokratiyaya olan məhəbbətin işığı deyil, daha çox məqam gözləyən tamahkarlıq sezilməkdədir...
Yaxın keçmişimizdə Böyük Britaniyanın baş naziri olmuş Çörçillin belə bir sözü var: “Demokratiya idarəetmənin ən iyrənc metodudur”. Əvət, bu, Çörçillin yanaşmasıdır. Yəqin Çörçillin zamanında da iqtidar-müxalifət münasibətlərindəki düşüncə tərzi indiki Azərbaycanda olduğu kimi həyata vəsiqə alıbmış ki, o da zarə gəlib bu sözləri deyib...
Siyasət çoxüzlüdür. İqtidarın deyə bilmədiklərini adətən onların əl quşlarına çevirdikləri “müxalifət” deyir. Bir çoxlarının timsalında daha çox konyuktur maraqlara söykənən müxalifətin siyasi proseslərə təsir rıçağı kokret proqrama söykənmir. Onlar cəmiyyətin üzləşdiyi problemləri sivil mübarizə metodlarıyla həll edə bilmək qüdrətindən çox-çox uzaqdadılar. Müxalifətçiliyin onlara verdiyi imkanı qədərində qiymətləndirə bilmədiklərindən çarəsizlikdən hakimiyyətin bilərəkdən yaratdığı süni situasiyalarda eyforik yanaşmalar sərgiləyirlər. Eşşəyi öz siyasi fəaliyyətlərində simvol kimi qəbul edən şortikli conların məqsədli, məkrli niyyətlərini bu adamlar əsas fikir mənbəyi kimi sadə elektorata sırımağa çalışırlar. Mədə niyyətlərindən irəli gələn istəkləri özləri deyil, xaricdəki BARANLAR dilə gətirir. Dördüncü hakimiyyətə iddialı kimi görünməyə çalışan mətbuatsa hər iki düşərgənin XƏBƏRÇİSİ qismində çılpaq söyüdlərin geyindirilməsində buyruq qulu kimi çıxış edir...
Mahiyyətindən asılı olmayaraq təbliğat və antitəbliğat yoluyla səsləndirilən fikirlərin cəmiyyətdə oturuşması üçün insanlara danışmaq, yazmaq, istədiyin kimi geyinib-kecinmək azadlığı verilir. Azərbaycanda azadlığın bəxşişini belə dəyərləndirirlər: Oğru, Quldur, Korrupsioner vicdandan, namusdan, vətəndaş hüquq və azadlıqlarından, insan haqlarından; xanım tamaşaçıya “qadın ancaq kişi xeylağına yaxınlaşar, gəlirəm üstünə, ay filankəs dayı” deyərək mübarək Gümə Gününü “əyləncə günü” kimi təqdim etməklə milləti AZAN sədalarından uzaqlaşdıranlar “iman”dan, “din”dən, “mənəviyyat”dan, “danışıq mədəniyyəti”ndən, “yurnalist etikası”ndan; bədənini satışa çıxaracaq qismində MAVİ ekranın qəhrəmanına çevrilənlər “milli-mənəvi etik davranışlar”dan, “abır-həya”dan, “ismət”dən; konstitusion hüquqlarımızı ayaqlar altına salanlar “hüquq bərabərliyi”ndən, “məmləkətdə demokratik ab-havanın təşəkkül tapması”ndan; hər il müəyyən bayramlar çərçivəsində bir milyon insana dilənçi payı verənlər və bu dilənçi payını ağızlarının suyunu axıda-axıda əlahəzrət səlahiyyət sahiblərindən qəbul etməklə onlara can sağlığı diləyənlər ordusu “böyük iqtisadi inkişaf” və “analoqu olmayan tərəqqi”dən; yurdu, eli, obanı, torpağı erməniyə peşkəş edən satqınlar ordusu “vətən sevgisi”ndən, “yurd harayı”ndan biçarə millətə dərs keçə-keçə AZADLIĞI da, DEMOKRATİYANI da millətin baxış bucağına iyrənc anlayış kimi həkk ediblər...
Sonra da durub İSGƏNDƏR HƏMİDOVu qınayırlar ki, niyə o vaxt canlı yayımda əsəbi davranışlar sərgilədi. Belə təqdimatları görəndə adamın sizin “demokratiya”nıza elə o zamankı İsgəndər Həmidovsayağı yanaşması, mövqe nümayiş etdirməsi gəlir...
Qırmızısaqqal Nostradamus qələt eləyir mənim yanımda. Hələ mətbuat üzərindən senzura götürüləndə demişdim ki, demokratiya Azərbaycanın axırına çıxacaq və çıxmaqdadır da. Söhbət elə özümdən düşmüşkən, daha keçib, deməsəm ölləm, ölləm, ölləm.
Bu gün “Peşmançılıq qanunu”nun həsrətindən saralıb solan İsa bəy səhv etmirəmsə hələ 1991-ci ildə ŞADP-ı (Şimali Azərbaycan Demokrat Partiyası) yaratmaq istəyəndə o zamankı burulğanla taleyi siyasətin çənginə keçən kəslərin çoxunun dalağı sancmışdı. Doğrudan da, dalaq sancılası bir vəziyyət idi: millət birlikdən, bütövlükdən, qaniçən imperiyaya qarşı birgə mübarizənin daha effektiv variant olmasından, müstəqilliyimizi əldə etmək üçün fikirlərin haçalanmamasından danışdığı və bütün varlıqlarıyla buna səy etdikləri bir vaxtda İsa Qəmbər də öz konyuktur maraqlarını ortaya qoyurdu. Yaxşı ki, o zaman “gənc tarixçi” öz fikrindən daşındı, ya da ki, onu bu fikirdən daşındırdılar...
Ümumiyyətlə, siyasətdə şəxsi maraqlar üstünlük təşkil edirsə, istər-istəməz gec, ya da ki, tez, kor ehtiraslar çılpaq şəkildə özünü büruzə verir. Və budur: Müsavatdaxili sferada gözləmədiyi (bəlkə də gözlədiyi və ssenarisini yazdığı) hadisələrlə qarşılaşan İsa bəy “Peşmançılıq qanunu”nun işığında cəmiyyətə təqdir etiyi DEDAL LABİRİNTİni təqdim edir. Ancaq deyəsən o labirintin sakini olacaq Minotavrların dəhşətlər saçan gündəlik mədə niyyətlərini nəzərə almırlar. Bizimlə döyüşən Minotavrların mədə niyyətləri də “Böyük Ermənistan”dır. Peşman olub labirintə düşsələr də yeməlidirlər. Azərbaycanı yenədəmi yem etmək istəyirsiniz, bəylər!!!
Ən azından ayıbdır, vallah ayıbdır! Koçaryan, Sarkisyan, Ohanyan, yumşaq Ətlərin calaq olduğu Sümükdən ibarət olan digər “yanlar”ın çoxu halına yandığınız “Qarabağ erməniləri”ndəndir, ay İsa bəylə Rəhim bəy! Xocalı soyqırımında birbaşa iştirak etmələrindən qürur duyan bu vampirlərə “Peşmançılıq qanunu” əsasında necə qucaq açmaq olar, ay özünü “ana müxalifət” adlandıranlar?! Nə deyirsiz, qucaq açaq ki, gəlib siyasi rəqqasların göbək oynatdıqları Bakıda qətlə yetirdikləri Şəhidlərimizin Nigaran Ruhlarına yanıqlıq verib elə beləcə də desinlər: “Baxın, baxın, diqqətlə baxın. Biz yenə də “Böyük Ermənistan” naminə intiqam palladiumuna qayıtdıq. Qayıtdıq ki, bu torpağa kömülən cisminiz qədərində böyütdüyünüz Azərbaycanda bizim timsalımızda qalib əsgərin ayaq səsləri ruhunuzun gününü də göy əskiyə düyünləsin, sizi rahatca dolaşmağa qoymasın”...
Ayıbdır, vallah, ayıbdır. Yararlandığınız “demokratiya” mantiyanızı çıxarın “müxalifətçi”, “millətçi” siluetinizdən. Tullayın onu Şərqdən çıxaraq həyata işıq bəxş edən Günəşin batdığı və siyasi fahişəliyi “özgürlüyün qorunması” adıyla dünyaya ixrac edən Qərb deyilən səmtə sarı. Çırpın bu mantiyanı Azərbaycanın Dərdlərinə biganə qalan Qərbin təpəsinə. Və bir də onların timsalında söykəndiyiniz çürük əsanın ovuntularına diqqətlə baxın ki, yıxılanda sizlər üçün gec olmasın. Öz cübbənizə cahib çıxın ki, əməllərinizdən utanmayacaq dərəcədə böyük olun!...
P.S. Nigaran Ruhların harayı: Lənət, min lənət olsun Primakova. “KOBRA”lar Seyid Əhməd rolunda çıxış edirlər...