Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ölkəmizə qarşı diplomatik savaş

Ölkəmizə qarşı diplomatik savaş başlayır - Bakı çarpaz atəş altda

Azərbaycan üçün kritik həftə; Rəsmi Bakı yeni demokratiya və Qarabağ testi qarşısında; AŞPA-nın qış sessiyasında gedəcək müzakirələr və qəbul ediləcək qətnamələr ABŞ Konqresində ölkəmizlə bağlı sənədin də aqibətinə təsirsiz ötüşməyəcək; iqtidarın təhdidlərə qarşı ən effektli ön hazırlığı siyasi dustaq probleminin həlli ola bilər... 

 

Xeberinfo.com:  Birinci hadisə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sabah başlayacaq qış sessiyasında cərəyan edə bilər. Sessiyada Ermənistan əleyhinə üç qətnamə layihəsi səsverməyə çıxarılacaq: onlardan biri “Dağlıq Qarabağ və Azərbaycanın işğal edilmiş digər ərazilərində zorakılığın artması”, digəri ermənilərin beynəlxalq hüquqa zidd olaraq Sərsəng su anbarını qanunsuz istismarı barədə məruzəçilərin hazırladığı sənədlər və kəlbəcərli girovlar - Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Azərbaycan tərəfinin təqdim elədiyi qətnamə layihəsidir.
 
Birinci iki sənəd böyük səs çoxluğu ilə ötən il müvafiq komitələrin təsdiqindən keçib. Bundan narahat olan erməni tərəfi bəllidir ki, neçə vaxtdır qətnamələrin qəbulunu əngəlləməkdən ötrü diplomatik həmləyə hazırlaşır. Azərbaycana qarşı bir neçə ssenarinin nəzərdə tutulduğu deyilir. Bu barədə yazan erməni mətbuatı düşmən tərəfinin konkret hansı kontur-addımlar atacağının ciddi məxfilik altında olduğunu qeyd edib - ki, Azərbaycan tərəfi tez xəbər tutsa, əks-tədbirlər görə bilməsin. 
Vəziyyətin ciddiliyinə dəlalət edən məqamlardan biri də budur ki, əgər həmin sənədləri əngəlləmək və ya onların mətnini Ermənistanın xeyrinə dəyişmək mümkün olmasa, o zaman Ermənistan nümayəndə heyətinin rəhbəri, parlamentin indiki vitse-spikeri Ermine Naqdalyan vəzifəsindən istefa verəcəyini bəyanlayıb.
*** 
Qeyd edək ki, AŞPA bir neçə il öncə də Ermənistanın işğalı ilə bağlı ədalətli qətnamə qəbul edib. Ancaq indi birdən-birə iki (hətta üç) analoji sənəddən söhbət gedir - həm də kifayət qədər həssas beynəlxalq vəziyyətdə. Üstəlik, bu, Rusiyanın Krımı işğal eləməsindən sonra təşkilatın öz prinsiplərinə sadiqliyin nümayişi baxımından əhəmiyyət daşıyır. 
 
O üzdən rəsmi Bakı onların qəbul edilməsinə ikiqat səy göstərməli, yardımçı olmalıdır. Çünki sənədlər həlledici gücə malik olmasa da, prosesin özü ideoloji və prinsip məsələsidir, prinsipial məsələdir. Bununla nüfuzlu bir beynəlxalq təşkilat Ermənistanın işğalçılıq siyasətinə açıq və birmənalı qiymət vermiş olacaq. Minsk Qrupunun ermənipərəst davranışlarından yorulan Azərbaycan üçün bu, heç də az önəm kəsb eləmir və işğalçıya xoş üz göstərən həmsədrlər üçün “soyuq duş” effektli ola bilər. Yeri gəlmişkən, həmsədrlərin qətnamələrlə bağlı yaydığı son bəyanat onların da ermənilərin xeyrinə narahatlıq keçirdiyini ortaya qoyub.  
Odur ki, sənədlərin yüzdə yüz keçməsi üçün rəsmi Bakının da stimullaşdırıcı addımlarına ehtiyac  var - ilk növbədə də siyasi dustaqlar məsələsində. Yaddan çıxarmaq olmaz ki, əgər Azərbaycan hakimiyyəti Dağlıq Qarabağ məsələsini prioritet hesab edirsə, AŞPA üçün prioritet təməl insan haqları, universal dəyərlər, rəsmi Bakının bu sahədə götürdüyü öhdəliklərdir. 
Söhbət öncəliklə siyasi məhbusların hamısını və ya böyük hissəsini, ələlxüsus Avropa Məhkəməsinin qeyd-şərtsiz azad olunmasını tələb etdiyi dustaqları buraxmaqdan gedir. Azərbaycanın hazırkı qəliz iqtisadi-sosial durumunda bu inadkarlıq xüsusilə mənasız görünür. Əvəzində erməni tərəfi siyasi məhbus problemindən gen-bol öz xeyrinə istifadə şansı qazanır. 
Doğrudur, son vaxtlar hakimiyyətin bu məsələdə yumşaqlığı sezilir - Nardaran ağsaqqalı Məşədi Natiqin, üsyankar müstəntiq Rüfət Səfərovun ev dustaqlığına buraxılması buna kövrək əsaslar yaradır. Ancaq aydındır ki, problem köklü şəkildə həllini tapmayınca, o həm hakimiyyətin, həm də Azərbaycanın başı üzərində daim Domokl qılıncı kimi asılı qalacaq.    
*** 
AŞPA qətnamələrinin taleyinə başqa bir məsələ də təsir göstərmək gücündədir. Məsələ ondadır ki, Avropa Şurasının baş katibi Torbyörn Yaqland ötən ilin sonlarında ilk dəfə olaraq Avropa İnsan Haqları Konvensiyasının 52-ci maddəsinin imkan verdiyi səlahiyyət çərçivəsində Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasını necə yerinə yetirməsi üzrə rəsmi araşdırmaya başlamağa göstəriş verib. Öz qərarı ilə bağlı baş katib o zaman demişdi: “Avropa İnsan Haqları Məhkəməsinin qərarları Azərbaycanda tənqidi səslərin susdurulması, söz azadlığının məhdudlaşdırılması üçün hüququn özbaşına (əsassız) tətbiqini üzə çıxarıb. Belə narahatedici bir şəraitdə durumun düzəlməsinə yönəlik müsbət addım atılmadığından, Azərbaycana təmsilçilər göndərəcəyəm. Onlar ölkənin insan haqları konvensiyasının icrası ilə bağlı hakimiyyətdən izahat istəyəcəklər”. 
 
Bundan öncə isə Yaqland Azərbaycanda insan haqları üzrə hökumətlə birgə yaradılan İşçi Qrupdan çıxmışdı. Sübhə yox ki, Avropa Şurası baş katibinin mövqeyi də Ermənistanın işğalçılığı barədə AŞPA qətnamələrinə təsir eləmək gücündədir.  
***
Nəhayət, yanvarın sonuncu həftəsində ABŞ Konqresinin Helsinki Komissiyasının sədri Krist Smitin Azərbaycan hakimiyyəti əleyhinə hazırladığı sanksiya sənədi layihəsinin müzakirəyə çıxarılması da gözlənilir. Artıq konqresmenlərin qış tətili başa çatıb. Böyük ehtimalla, AŞPA-da Qarabağla bağlı qəbul ediləcək qətnamələr bu sənədin də aqibətinə izsiz ötüşməyəcək.
Bəzi iddialara görə, ABŞ Konqresi, son olaraq isə prezident Barak Obama bir neçə səbəbdən Smitin təşəbbüsünü dəstəkləməyəcək. Bunlar Azərbaycanın Amerika üçün bölgədə strateji önəmini ehtiva edən amillərdir. Lakin İran üzərindən beynəlxalq sanksiyaların götürülməsindən sonra Azərbaycanın Amerika üçün energetik və geosiyasi dəyərinin azalması fonunda bu amillər az effektli də ola bilər. 
Musavat.com

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam