Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ermənistanı Qarabağdan çəkilməyə çağıran sənəd AŞPA-dan niyə keçmədi?

AŞ PA-nın qış sessiyasında Qarabağ münaqişəsinə dair Ermənistanın Azərbaycan ərazlərini işğal altında saxladığını təsbit edən iki sənəddən ancaq birinin-Sərsəng su anbarına dair məruzənin qəbul edilməsi Strasburqda çoxdan gözlənilən İrəvan-Bakı qarşıdurmasının heç-heçə nəticələnməsi kimi qiymətləndirilə bilər.

Xeberinfo.com:   Hərçənd ki, britaniyalı Robert Uolterin Azərbaycanın işğal edilmiş ərazilərində zorakılıq hallarının artmasından narahatlıq ifadə edən qətnamə layihəsinin Bakı üçün siyasi əhəmiyyəti daha çox idi. Çünki bu sənəddə Ermənistanın işğal edilmiş Dağlıq Qarabağdan və ətraf rayonlardan qoşunlarını çıxarması tələb olunurdu. Bu baxımdan Uolterin məruzəsinin səsvermədən keçməməsi Azərbaycan nümayəndə heyətinin taktiki uğursuzluğu da hesab edilməlidir.

Qeyd etmək lazımdır ki, həmin sənədlər AŞ PA-nın sessiyasının gündəliyinə çıxarılanda Ermənistan rəhbərliyi bundan bərk narahat olmuşdu. İşğalçı ölkədə bu sənədlərin səsverməyə çıxarılması barədə AŞ PA bürosunun qərarından sonra prezident və xarici işlər naziri də daxil olmaqla səfərbər olmuşdular. Serj Sərkisyanın tapşırığı ilə Ermənistan Xarici İşlər Nazirliyi Avropa Şurasına üzv ölkələr arasında İrəvanın daha yaxın siyasi münasibətlərinin olduğu ölkələrlə bu sənədlərin qəbuluna mane olmaq üçün iş aparmağa başlamışdı. Həmçinin Ermənistan parlamentinin nümayəndə heyətləri sessiya ərəfəsində bir neçə Avropa ölkəsinə ezam edilmişdi və onların qarşısında parlamentlər səviyyəsində iş apararaq həmin sənədlərin qəbuluna mane olmaq vəzifəsi qoyulmuşdu.

Qətnamələrin qəbulunu əngəlləmək üçün erməni diaspor təşkilatları da səylər göstərirdilər. Hətta iş o yerə çatdı ki, ötən həftə ATƏT-in Minsk Qrupunun həmsdrləri də AŞ PA-nı “münaqişənin nizamlanması prosesinə zərər vurmamaq üçün” bu sənədlərin qəbulundan çəkinməyə çağıran bəyanat qəbul etdilər.

Bəs Azərbaycan diplomatiyası, o cümlədən parlament diplomatiyası Ermənistanın işğalçı kimliyini təsbit edən həmin sənədlərin qəbulu üçün nə etdilər? Belə görünür ki, Bakıda sənədlərin hər ikisinin qəbul ediləcəyindən çox arxayın idilər və bu səbəbdən erməni diplomatiyasının bütün cəbhə boyu təşkil edilmiş əks-həmlələrini neytrallaşdırmaq üçün yetərli iş görülmədi. Hansı ki, Ermənistanda sənədlərin səsvermədən keçəcəyinə çox az şübhə var idi və İrəvanda hesab edirdilər ki, AŞ PA-da Azərbaycan lobbisinə qalib gələ bilməyəcəklər.

Ancaq başı diplomatlarla bağlı müxtəlif qalmaqallara qarışmış Azərbaycan XİN-in AŞ PA-dakı səsvermənin bu cür nəticələnməməsi üçün hansısa aktiv diplomatiya yürütdüyünü heç kim xatırlamır. Eləcə də AŞ PA-dakı Azərbaycan nümayəndə heyəti bu kritik səsverməni sanki şansa buraxmışdı. Nəticədə Ermənistanı AŞ PA-da 2-0 hesabı ilə məğlub etmək imkanı olduğu halda qarşı tərəfin bu sənədlərdən birinin –siyasi baxımdan daha çox əhəmiyyət kəsb edən qətnamə layihəsinin qarşısını alması mümkün oldu.

Bununla belə AŞ PA-da hər halda Ermənistanı az da olsa pərt edən hadisə baş verdi-bosniyalı deputat Milisa Markoviçin Sərsəng su anbarından istifadəyə dair qətnamə layihəsində bu su anbarının Ermənistanın nəzarəti altında olduğu vurğulanır.

Doğrudur, AŞPA-nın qəbul etdiyi qətnamələr münaqişənin nizamlanması baxımından birbaşa hüquqi qüvvəyə malik deyil. Bununla belə Assambleyanın qətnamələrində Ermənistanın işğalçı kimi təsbit edilməsi danışıqlar prosesində, münaqişəyə dair vəziyyətin beynəlxalq ictimaiyyətə çatdırılmasında Bakıya əlavə və mühüm diplomatik arqumentlər verir.

Və bunu xüsusi qeyd etmək lazımdır ki, AŞ PA bu problemlə hələ 2005-ci ildə öz münasibətini bildirib. Assambleya Ermənistanın işğalçı kimi tanındığı və qoşunlarını Azərbaycan ərazilərindən çıxarmalı olduğu barədə sənədi hələ 10 il əvvəl qəbul edib. Bəs elədirsə Azərbaycan lobbiçiləri bu məsələni Uolterin məruzəsində yenidən səsverməyə çıxarmaqla nə dərəcədə düzgün taktika yürütdülər? Yaxud məsələni yenidən gündəmə gətirmək lazım idisə nədən Uolterin məruzəsinin səsvermədən keçməsi üçün yetərli işlər görülmədi? Bu suallar açıq qalır...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam