Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

AŞPA-nın qış sessiyasında azərbaycanlı girovlar məsələsi qaldırılacaq

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında separatçı Dağlıq Qarabağ rejiminin təşkil etdiyi “məhkəmə”nin azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə çıxardığı “hökm”lə bağlı məsələ qaldırılacaq.

"Xeberinfo.com":  Məlumata görə, bunu APA-ya açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Bununla bağlı Avropa Şurasına etiraz məktubunun göndərildiyini deyən S.Seyidov qeyd edib ki, ümumiyyətlə, Dağlıq Qarabağ məsələsi ilə bağlı sessiya çərçivəsində komitələrin iclası zamanı qaldırılacaq müzakirə zamanı azərbaycanlı girovlara çıxarılan “hökm” də müzakirə olunacaq.

Onun sözlərinə görə, separatçı rejimin beynəlxalq ictimaiyyətin gözü qarşısında oynadığı bu “məhkəmə” şousuna və onun çıxardığı “hökm”ə üzv ölkələrin iradlarının bildirilməsi, buna buna ciddi reaksiya verilməsi tələb olunacaq: “Biz həmişə olduğu kimi, tam ciddiyyətlə bu məsələ ilə də bağlı konkret faktlar əsasında tələbimizi ortaya qoyacağıq. Amma əsas odur ki, görək əməkdaşlıq etdiyimiz bu beynəlxalq təşkilat buna ikili standartla yox, həqiqi gözlə baxsın”. Qeyd edək ki, separatçı rejimin “birinci instansiya məhkəməsi” dekabrın 19-da keçirilən prosesdə D.Əsgərova ömürlük həbs verib, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam