Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Ölkəmizdəki vəziyyət AŞPA-da müzakirə olunacaq

 

Avropada mətbuat azadlığı haqqında qətnamə layihəsində Xədicə İsmayılın adı da var; sənədin hazırlanmasında ermənilər niyə iştirak edib?

"Xeberinfo.com":  Məlumata görə, yanvarın 26-da Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA)  qış sessiyası başlayacaq.  AŞ PA-nın mətbuat xidmətindən verilən xəbərə görə, sessiyanın açılışında Avropa Komissiyasının prezidenti Jan Klod Yunker və İrlandiya prezidenti Mikael Higensin sessiya iştirakçılarına müraciət edəcəklər. Daha sonra Ukraynada humanitar vəziyyət, Avropada media azadlığının qorunması əsas müzakirə mövzusu olacaq. Eləcə də sessiyada Avropada qeyri-tolerantlıq və diskriminasiya mövzularına toxunulacaq, bərabərlik və böhran kollektiv sövdələşmə və tətil hüququ barəsində fikir mübadilələri aparılacaq.
Yanvarın 30-dək davam edəcək sessiyada  Avropa Şurasının baş katibi Torbyörn Yaqland, hazırda Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Belçikanın xarici işlər naziri Didie Reyndersin çıxışları nəzərdə tutulub.
Qıs sessiyasında Azərbaycanda da maraqla gözlənilən Avropada mətbuat azadlığı haqqında qətnamə layihəsi müzakirəyə çıxarılacaq. Sənədin layihəsi artıq AŞ PA-nın saytında dərc edilib. “Turan”ın məlumatına görə, sənəddə deyilir ki, bəzi Avropa ölkələrində söz və KİV azadlığının boğulması ilə bağlı ciddi hallar baş verir. Qətlə yetirilən mətbuat işçiləri arasında azərbaycanlı jurnalistlər Elmar Hüseynov və  Rafiq Tağının, həmçinin Anna Politkovskaya, Pavel Xlebnikov, Georgi Qonqadze və Qrant Dinkin də adları sadalanır. Həmçinin Azərbaycanda həbs olunmuş AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın da işindən danışılır. Qətnamədə rəsmi Bakı həbsdə olan jurnalistlərin dərhal azad edilməsinə, onlara qarşı təqiblərə son qoyulmasına çağırılır. Maraqlıdır ki, layihə AŞ PA üzvlərindən ibarət qrup tərəfindən hazırlanıb ki, bura erməni nümayəndə heyətinin (?-red.) üzvləri də daxildir. Azərbaycandakı vəziyyətin müzakirəsi təqdir edilsə də, sənədin hazırlanmasında Azərbaycana düşmən olan bir ölkənin təmsilçilərinin iştirakı haqlı suallar doğurur və AŞ PA-nın obyektivliyinə şübhələrə yol açır...
Sessiyada Azərbaycanı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu təmsil edəcək. Nümayəndə heyətinin tərkibinə deputatlardan Əli Hüseynli, Elxan Süleymanov, Rafael Hüseynov, Qənirə Paşayeva, Sabir Hacıyev, Rövşən Rzayev, Aydın Abbasov, Sevinc Fətəliyeva, Sahibə Qafarova və Fazil Mustafa daxildir.
Öz növbəsində Azərbaycan tərəfi “Kəlbəcər girovları”- Dilqəm Əsgərov və Şahbaz Quliyevin işini AŞ PA-nın müzakirəsinə çıxarmaq niyyətindədir. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bununla bağlı Avropa Şurasına etiraz məktubunun göndərildiyini deyib. S.Seyidov bir neçə gün əvvəl verdiyi açıqlamada qeyd edib ki, ümumiyyətlə, Dağlıq Qarabağ  məsələsi ilə bağlı sessiya çərçivəsində komitələrin iclası zamanı qaldırılacaq müzakirə zamanı azərbaycanlı girovlara çıxarılan “hökm” də müzakirə olunacaq. Onun sözlərinə görə, separatçı rejimin beynəlxalq ictimaiyyətin gözü qarşısında oynadığı bu “məhkəmə” şousuna və onun çıxardığı “hökm”ə üzv ölkələrin iradlarının bildirilməsi, buna buna ciddi reaksiya verilməsi tələb olunacaq: “Biz həmişə olduğu kimi, tam ciddiyyətlə bu məsələ ilə də bağlı konkret faktlar əsasında tələbimizi ortaya qoyacağıq. Amma əsas odur ki, əməkdaşlıq etdiyimiz bu beynəlxalq təşkilat buna ikili standartla yox, həqiqi gözlə baxsın”.(musavat.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam