Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Trampın sirli sülh planı-Rusiya ABŞ-ın Ukrayna planından narahatdır

Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov ABŞ ilə aparılan danışıqlardan sonra da Donald Trampın Ukrayna ilə bağlı sülh planının mahiyyətinin hələ də Moskva üçün qaranlıq qaldığını açıqlayıb.

Yenixeber.org: “Biz yəqin ki, kifayət qədər əminliklə Amerika tərəfinin tezliklə atəşkəsə nail olmaq istəyini qeyd edə bilərik”, — deyə Ryabkov bildirib.

Rusiya diplomatının sözlərinə görə, Vaşinqtonun atdığı addımlar və açıqladığı bəyanatlar ümid yaratsa da, konkret təkliflər və planın detalları hələ də məlum deyil. Bu isə Kremlin narahatlığını artırır.

Qeyd edək ki, Donald Tramp  Ukrayna böhranını “24 saat ərzində həll edəcəyini” bildirmişdi. Lakin onun təklif etdiyi sülh planının detalları nə Kiyevə, nə də Moskvaya tam açıqlanmayıb. Bu qeyri-müəyyənlik həm regionda, həm də beynəlxalq arenada gərginliyi artırır.

Hazırda Rusiya tərəfi ABŞ-ın “tezliklə atəşkəsə nail olmaq” istəyini müsbət qiymətləndirsə də, planın məzmununun sirr olaraq qalması tərəflər arasında anlaşılmazlıq yaradır. Bu isə gələcək danışıqlar prosesinin çətinliklərlə dolu olacağını göstərir.

Siyasi ekspertlər isə bildirirlər ki, Vaşinqtonun bu sirli yanaşması regionda yeni güc balansının formalaşmasına və mövcud vəziyyətin daha da mürəkkəbləşməsinə səbəb ola bilər.(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam