Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda qiymətlər kəskin bahalaşıb

 

 

 

 

            Ekspertlər həyəcan təbili çalır

 

 

 

      "xeberinfo.com": “Sovetski”də evlər sökülür. Təbii ki, bu Bakı və Bakı ətrafı ərazilərdə mənzillərin qiymətinə öz təsirini göstərəcək. Artıq sözügedən ünvanda “ev elan”ları gözə dəyir. Bunlar daha çox Bakının kəndlərində torpaq sahələrinin, evlərin satışı barədədir.

Paytaxtın kənar hissəsi sayılan Əhmədli qəsəbəsində, Günəşlidə bir otaqlı evlərin qiyməti 50-55 min manatdan aşağı deyil. Mikrorayonlarında isə bir otaqlı evlər isə 60 min manatdan başlayır. Bu, köhnə binalara aiddir. Yeni binalarda isə evlərin bir kvadratmetri 750-850 manat arasında dəyişir.

“İnşaatçılar” metrostansiyasının yanında yerləşən üç otaqlı köhnə evlər 90-105 min manata təklif edilir. “Memar     Əcəmi”də bir otaqlı evlər 48-50 min manatadır. Yeni tikililər daha bahadır. Elanlara diqqət yetirsək şəhərdən kənarda, Masazırda 50 kvadratmetrlik mənzil 45 min manata təklif edilir. Mətbuat prospektində isə 130 kvadratmetrlik mənzil 185 min manatadır.

     Qiymətlər kirayə evlərə də təsirini göstərib. Xətai və Nizami rayonlarında bir otaqlılar 200-300 manata başa gəlir. İki otaqlı evlərin qiyməti isə 250-350 manat arasındadır. NZS qəsəbəsində kirayə həyət evləri qiymət artımından sonra 150 manatdan başlayır.

      Ekspertlər hesab edir ki, paytaxtdakı mənzillərin qiymətinin qalxmasına səbəb söküntü işlərinin getməsidir. İnsanlar verilən kompensasiyanın təzminatın əvəzində ev almağa çalışır.

Ekspertlərin fikrincə son dövrlər bazarda baş verən proseslərin mənzil tikintisinin tempinə göstərdiyi müsbət təsirlər nəticəsində yeni tikililərin reabilitasiya və dövriyyə imkanları ötən ilin müvafiq göstəriciləri ilə müqayisədə xeyli artıb. Bu isə təkrar bazara daxil olan yeni tikililər üzrə qiymətlərin artımına gətirib çıxarıb. Bütövlükdə tikintisi başa çatmış yeni tikililərdə kommunal təchizat problemlərinin həll olunması da qiymətlərin artımına təsir göstərir.

Ev axtaran vətəndaşlar da bahalıqdan şikayətlənirlər. Vətəndaşlar hətta xaricdə ev bazarında bu cür bahalığın olmadığını bildirirlər.

     İqtisadçı ekspert Vüqar Bayramlı “Facebook” səhifəsində mənzillərin kəskin bahalaşmasıyla bağlı bunları yazıb: “Keçmiş “Sovetski” adlandırılan ərazidən 10 minə yaxın ailənin köçürülməsi planı əmlak bazarına yeni axının yaranmasına gətirib çıxaracağı gözlənilir. Evlərin köçürülməsi fonunda yalnız nağd kompensasiyaların ödənilməsi “yeni evsizlərin” mənzil axtarmasına səbəb olacaq. Bu isə artıq 10 min alıcı deməkdir. Paytaxtın əmlak bazarına qısa zamanda minlərlə alıcının daxil olması isə birmənalı şəkildə tələbin yüksəlməsinə və nəticədə qiymət artımlarıa gətirib çıxaracaq”.

      İqtisadçı qeyd edib ki, bu baxımdan, ötən il mənzil bazarında müşahidə edilən artımlarının 2014-ci ildə də davam edəcəyi gözlənilir.

     “Kompensasiyaların məbləğini nəzərə alaraq Bakıda mərkəzə yaxın rayonlarda əsasa 2 otaqlı mənzillərə, nisbətən kənar ərazilərdə isə 3 və daha çox otaqlı evlərə tələbatın artacağı gözlənilir. Konpensasiya məbləğlərinin şəhərin mərkəzindəki evlərə tələbat yaratmamasına baxmayaraq əmlak bazarındakı qiymət artımları paytaxtın mərkəzi hissələrinə də nüfuz edəcəyi proqnozlaşdırılır”.

 

     V.Bayramov kəskin qiymət artımının yaranmaması üçün təkliflər də verib. “Əslində, Bakınin yeniləşməsinin qiymət artımlarına gətirib çıxarmaması üçün vətəndaşlara nağd şəkildə konpensasiyalar deyil, onların sökülən evlərinin müqabilində uyğun mənzillərin təklif edilməsid daha məqsəduyğunudr. Bu zaman, otaqların sayına uyğun olaraq yaxın ərazilərdə uyğun mənzil təklif edilə bilər. Oxşar təcrübədən Rusiya və Qazaxıstanda istifadə edilib. Bu zaman, dövriyyəyə nağd pul kütləsi və eyni zamanda bazara yeni alıcılar daxil olmur. Bu isə, paytaxtdakı yeniləşmə planlarının məzil bazarına təsirlərini minimumlaşdırır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam