Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Dəməşqdən Moskvaya “uçan” tonlarla pul və Bəşərin Kremlə borcu

  Suriyanın devrilmiş Prezidenti Moskvaya 2 ton ağırlığında dollar və avro göndərib? – Qərb iddia, Rusiya təkzib edir

Yenixeber.org: 2018-2019-cu illərdə Suriya Mərkəzi Bankı Moskvaya təyyarə ilə təxminən 250 milyon dollar nağd pul göndərib. Bu barədə “Financial Times” (FT) məxfi sənədlərə istinadən yazıb. Bildirilib ki, bu illər ərzində prezident Bəşər Əsəd Suriyada hakimiyyətdə idi və Prezident “hərbi dəstəyə görə Kremlə borclu idi”. Eyni zamanda, nəşr qeyd edir ki, həmin vaxt Suriyada “kəskin xarici valyuta qıtlığı” yaşanıb.

FT yazır ki, Suriya hakimiyyəti Rusiyaya təxminən 2 ton ağırlığında - 100 dollar və 500 avro nominalında əskinaslar göndərib. Bu pullar Rusiya banklarında yerləşdirilmək üçün nəzərdə tutulub.

Nəşr “Import Genius” ixrac məlumatları xidmətinə istinadən aydınlıq gətirir ki, 2019-cu il mayın 13-də Suriya Mərkəzi Bankı adından göndərilən 100 dollarlıq əskinasları daşıyan təyyarə Moskvada Vnukovo hava limanına enib. 2019-cu ilin fevral ayında 500 avroluq əskinaslarda daha 20 milyon avro Rusiya paytaxtına göndərilib. 2018-ci ilin martından 2019-cu ilin sentyabrına qədər nağd pulun daşınması üçün ümumilikdə 21 uçuş həyata keçirilib.

FT yazır ki, 2018-ci ilə qədər Suriya Mərkəzi Bankı ilə Rusiya bankları arasında belə pul köçürmələri olmayıb. Moskvaya çatdırılan vəsaitlərin Rusiya Maliyyə Korporasiyası bankına (Rosoboroneksporta məxsus) köçürüldüyü iddia edilir.

Nəşrin məlumatına görə, 2018-ci ilin mart ayında Suriya Mərkəzi Bankı həmçinin Rusiyanın “CMRBank”ına 2 milyon dollar köçürüb. Hər iki kredit təşkilatı sonradan ABŞ sanksiyalarına məruz qalıb.

FT həmçinin iddia edir ki, Əsədin ailəsi gizli şəkildə “Rusiyadakı aktivləri, o cümlədən Moskvadakı dəbdəbəli mülkləri satın alıb. Onlar Moskvanın elit rayonunda ən azı 40 milyon dollar dəyərində ən azı 19 dəbdəbəli mənzil alıblar.

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin isə “Financial Times”ın yazdığını “absurd” adlandırmaqla yanaşı, belə xəbərlərə ehtiyyatlı yanaşmağın tərəfdarı olduğunu deyib. Deputat “Lenta.ru”ya açıqlamasında bildirib ki, bu, manipulyasiyadır.

“Məncə, bunun “Financial Times”da dərc olunması media məkanına onu manipulyasiya etmək, müvafiq qiymətləndirmələr, müvafiq şərhlər vermək üçün əlverişli versiyanın təqdim edilməsi üzrə klassik əməliyyatdır. Qalan hər şey ardınca gələcək. Gəlin görək bu məlumat nə dərəcədə doğrudur və niyə indi yayılıb?”, - deyə Karasin vurğulayıb.

Komitə sədri deyib ki, bu yazılar və xəbərlər birbaşa Əsədə və Moskvaya qarşı yönələ bilər: “Ona görə də, biz bu yazılarla bağlı çox diqqətli olun”.(AYNA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam