Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Rusiyaya böyük zərbə:Putin Nikolayın səhvini təkrarladı

Kreml sahibi Vladimir Putin çaşqınlıq içərisindədir, onun və ölkəsinin imicinə böyük zərbə dəyib.

Yenixeber.org: Bu sözləri politoloq Elxan Şahinoğlu Ukraynanın Kursk vilayətinə hücumu haqda qeyd edib.

O bildirib ki, Putin Ukrayna ordusunu Rusiya ərazisindən çıxarmaq üçün bütün mümkün imkanlardan istifadə edəcək, minlərlə gəncinin ölümü hesabına nəticə əldə etməyə çalışacaq:

“Kreml itki ilə hesablaşmır, nə olursa-olsun, “Böyük Rusiya” ideyasını reallaşdırmağa çalışır. Ancaq bu ideya Ukrayna müharibəsinin üçüncü ilində ruslar arasında artıq əvvəlki kimi populyar deyil. Putinin ətrafı da məyusdur, ancaq hələ ki, fikirlərini açıq bildirməyə çəkinirlər. Putin İkinci Nikolayın səhvini təkrarlayır. Ötən əsrin əvvəllərində Rusiya imperiyası güclü idi, Avropa ölkələrinin əksəriyyəti Rusiyanın kənd təssərrüfatı məhsullarına möhtac idi. İkinci Nikolay ölkəsini Birinci Dünya müharibəsinə qoşduqdan sonra imperiya üçün sonun başlanğıcı göründü. Rusiyanın müharibədə itkiləri artdıqca cəmiyyətdə narazılıq artmağa başladı, inqilabi əhval-ruhiyyə yetişdi, o zamana qədər cəmiyyətdə böyük nüfuzu olmayan bolşeviklər çevriliş yolu ilə hakimiyyətə gəldilər, Nikolayı ailəsi ilə birlikdə güllələdilər, 300 illik Romanovlar sülaləsinin sonu faciəylə bitdi. İmperiya dağıldı”.

Politoloq qeyd edib ki, Rusiyanı idarə edənlər tarixdən nəticə çıxara bilmirlər:

“SSRİ-ni idarə edənlər 1979-cu ildə Əfqanıstana soxulmaq qərarını verdilər, 12 il sonra bu imperiya da dağıldı. Putin eyni yolla gedir. Kreml sahibi bu ağır günlərdə özünü ətrafından da qorumaq barədə düşünmək məcburiyyətindədir. Çünki peşəkar kəşfiyyatçısı kimi bilməmiş deyil ki, belə ağır günlərdə ətrafa inanmaq olmaz. İkinci Nikolaya hakimiyyətdən imtina qərarını generalları imzalatdırmışdı”.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam